Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Şuşada xidmət zamanı ehtiyatsızlıqdan iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən sabiq polis əməkdaşına hökm oxunub.
Oxu.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Şuşa şəhərində baş verib. Şəhər ərazisində xidmət aparan Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşının xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan bir atəşdən işğaldan azad edilmiş əraziyə ezam olunmuş, Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru 1982-ci il təvəllüdlü Ramiz İsmayılov və şöbənin polis serjantı Abid Mustafazadə həlak olub.