Rusiya ilə Azərbaycan arasında ortaya çıxan məsələlər konstruktiv şəkildə tənzimlənməlidir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Yaranan problemlər şübhəsiz ki, bizim ikitərəfli münasibətlərimizin ümumi ruhuna uyğun şəkildə, konstruktiv yolla həll edilməlidir”, – Peskov qeyd edib.