Rusiyada yaşayan azərbaycanlılara qarşı yeni təzyiq dalğası başlayıb.
Musavat.com xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyindən azərbaycanlı işçilər barədə hesabat tələb olunur
Rusiyanın sosial şəbəkə səhifələrində yayılan məlumatlara görə, Fövqəladə Hallar Nazirliyinin (MÇS) əməkdaşlarına işçi çatında Azərbaycan vətəndaşlarının sayı barədə saat 12:00-dək hesabat vermələri tələb olunub. Eyni zamanda, onlar 14:00-dək doldurulması vacib olan cədvəli təqdim etməlidirlər.
Bundan başqa, Moskvadakı tikinti şirkətlərində azərbaycanlı işçilərin yataqxanalardan çıxarılmağa başlandığı barədə narahatlıq doğuran xəbərlər yayılıb.
Bu hadisələr Rusiyada azərbaycanlılara qarşı qeyri-rəsmi təzyiq kampaniyasının əlamətləri kimi qiymətləndirilir.