. AzTimes.az saytına bir qrup Oğuz sakini tərəfindən şikayət ünvanlanıb. Şikayət məktubunda deyilir:
”Oğuzun Xal-Xal kəndində meşə və yaşıllıq hissələrində günün gündüz vaxtı, axşam vaxtı... fərq etmir ağacları kəsib daşıyırlar. Sözlə ifadə olunmayacaq qədər özbaşnalıq baş alıb gedir. Bura istirahət üçün gəlmişəm və göz önündə bu hallar baş verir. Uzun illər bundan öncə əkilmiş və çox qiymətli ağaclar kəsilir.
Hətta kötük hissələri konkret görsənir . Soruşsan niye belə edirlər, deyirler, yuxardan icazələri var və burda qaz yoxdur. Nəzərə almağınızı xahiş edirəm. 5 ildən sonra burda ağac qalmayacaq”.