Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərliyə ağır itki üz verib.
"DİA-AZ" “Operativ Media”ya istinadla xəbər verir ki, siyasətçinin atası Gürcüstanda yerləşdirildiyi xəstəxanada vəfat edib.
Qeyd edək ki, N. Cəfərli bir müddət əvvəl izləyicilərinə müraciət edərək atasının Gürcüstanda reanimasiyada olduğunu və buna görə zənglərə, mesajlara cavab verə bilmədiyini bildirmişdi.