Son iki ayda Rusiyadan Ermənistana səfər edən tursitlərin sayı stabil olub.
Tribunainfo.az xəbər verir ki, yerli “Past” qəzeti bu barədə maraqlı araşdırma aparıb.
Qəzetin yazdığına görə, may və iyun aylarında Rusiyadan Ermənistana gələn turistlərin sayı 150-200 min arasında olub. Lakin avqust ayı üçün bu rəqəm çox fərqlidir. Belə ki, Rusiyadan Ermənistana gələcək turistlərin sayının 300 min nəfər olacağı gözlənilir.
Amma məsələnin maraqlı tərəfi başqadır. Tribunainfo.az xəbər verir ki, gəlməs gözlənilərn turstlərin böyük qismi məhz Rusiya vətəndaşı olan ermənilərdir. Bilet sifarişlərindən da bunun aydın görüldüyü qeyd edilir.
Birdən birə bu qədər erməninin Ermənistana gəlməsi təbii ki, səbəbsiz ola bilməz. Yerli tur agentliklər iddia edirlər ki, onlar yay istirahəti və ailələrini görmək üçün gələnlərdir.
Lakin Ermənistanda son baş verən hadisələr, Rusiyanın bu olaylara yanaşması tamamilə əks fikri deməyə əsas verir. Belə ki, Rusiya bir xeyli müddətdir Ermənistanda hakimiyyət dəyişikliyi etmək üçün ciddi şəkildə çalışır. Kilsə də daxil olmaqla, bütün təsiri altında olan qüvvələri meydana çıxaran Rusiya, istəyinə indiyə qədər nail olmayıb. Son həbslərdən sonra isə yeni taktikanın işə salınması daha ağlabatan görünür.
Məsələ belədir ki, əlindəki resurslarla Ermənistanda əsas meydanı doldura bilməyən Rusiya, öz ərazisində yaşayan ermənilərin imkanlarından istifadə etməyə planlaşdıra bilər. Belə ki, Rusiyadakı erməniləri ölkələrinə göndərib, onları İrəvanda aksiyalara cəlb etməsi mümkündür.
Yerli ekspertlər avqust ayında Ermənistan üçün “qaynar dövr” olacağını bildirirlər.