“Rusiyanın Azərbaycanla qarşıdurmaya girməsi onun maraqlarına uyğun deyil, çünki bu halda sərhədlərində daha bir düşmən dövlət meydana gələr”.
Bakupost.az xəbər verir ki, bu fikirləri "Çarqrad TV"-yə müsahibəsində ukraynalı siyasətçi, Ali Radanın sabiq deputatı Oleq Tsaryov bildirib:

“Belə bir vəziyyətin yaranmaması üçün çalışmaq lazımdır. Bu istiqamətdə səylər göstərilməlidir”.
O əlavə edib ki, indiki mərhələdə bu vəziyyətə yenidən baxmaq, Azərbaycanla dialoqu kimlərin qurduğu və bu gərginliyin necə baş verdiyi məsələlərini araşdırmaq vacibdir.