Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadı və qayınanasını bıçaqlamaqda təqsirləndirilən Əbülfəz Bayramovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 23 iyun 2024-cü il tarixdə, saat 08:30 radələrində Gəncə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Əbülfəz Bayramov keçmiş qaynanası, zərərçəkmiş Zəminə Səfərova və keçmiş arvadı, zərərçəkmiş Afaq Səfərovanı (hər ikisinin soyadı şərtidir) övladları ilə birlikdə kirayə yaşadıqları ünvanda bıçaqlayıb. Buna səbəb isə Zəminənin mobil telefonunda onun mobil nömrəsini qara siyahıya daxil etməsi olub.
Hadisədən sonra Əbülfəz Bayramov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.