Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq .....                     Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                     Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                     ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir .....                     Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                 

"Bizim qarşımızda guya ”ya deputat mandatı, ya da təşkilatın sədri" seçimi qoyulmayıb" - YAP-da NƏ BAŞ VERİR?
Tarix: 14-07-2021, 08:58 | Çap et
"Bizim qarşımızda guya ”ya deputat mandatı, ya da təşkilatın sədri" seçimi qoyulmayıb"
Ötən ilin sonunda keçirilən qurultayda ölkənin hakim partiyası olan YAP-ın yeni Nizamnaməsi qəbul edilib; 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdi.

Sədrdən sonra əsas səlahiyyətlərin cəmləşdiyi İcra Katibliyi ləğv edilərək əvəzində Mərkəzi Aparat yaradılıb və Aparatın sədri keçmiş icra katibi Əli Əhmədov deyil, Statistika Komitəsinin sədri Tahir Budaqov təyin olundu. Əli Əhmədov hazırda partiyada sədrin müavinlərindən biri olaraq qalır və əvvəlki yüksək statusu əlindən alınıb. Qurultaydan keçən müddətdə YAP-da dəyişikliklər davam edir və proses dayanmayıb. Məlumatlara görə, kadr dəyişiklikləri davam edəcək. Ciddi kadr dəyişiklikləri hakim partiyanın Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəzarətindən çıxarılması kimi də izah edilirdi.

Azpolitika.info-nun məlumatına görə, Hesablama Palatasının YAP-ın son 5 ildəki fəaliyyəti ilə bağlı başladığı yoxlamalar da bu prosesin tərkib hissəsidir. Çünki partiyanın maliyyə-təsərrüfat işlərinə uzun illər “köhnə qvardiya”nın aparıcı üzvləri rəhbərlik edib. Həmin dövrdə məsul şəxslər YAP-ın icra katibi Əli Əhmədov və onun müavini, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olan Siyavuş Novruzov, maliyyə və təsərrüfat şöbəsinin müdiri isə Mahir Abbasəliyev olub.

Maraqlıdır ki, ilk dəfə olaraq hakim partiyanın maliyyə vəziyyətinin yoxlanması kənar auditə - Hesablama Palatasına həvalə olunub. Qeyd edək ki, hakim partiya ölkədə ən iri büdcəli partiyadır, illik gəliri və xərcləri milyonlarla ölçülür. Gözlənilir ki, yoxlamaların Əli Əhmədovun, eləcə də Siyavuş Novruzov və onlarla birlikdə bu vəsaitlərin toplanmasına və xərclənməsinə cavabdeh olan şəxslərin sonrakı taleyinin müəyyənləşməsində həlledici rolu olacaq.

İlk dəfə olaraq Hesablama Palatasının (yəni partiyadan kənar strukturun) YAP-da ciddi maliyyə yoxlaması aparması üçün görəvləndirilməsi təsadüfi deyil. Bu o anlama gəlir ki, bu yoxlamalarda hakimiyyətin üst düzeyi maraqlıdır və yəqin ki, partiyaya toplanan pulların mənimsənilməsi ilə bağlı ciddi siqnallar var. Bu isə yuxarıda adları çəkilən və çəkilməyən bir çox YAP funksionerinin gələcək karyerasının üzərindən xətt çəkə, hətta bəziləri həbs də edilə bilər. İstənilən halda, YAP elitasının dəyişdirilməsi prosesinə start verilib və hakim partiya islahat prosesinə cəlb edilib.

Daha bir informasiyaya görə, qurultaydan sonra yerli təşkilatların sədrləri və mərkəzi aparatda vəzifə tutan deputatlar seçim qarşısında qoyulub. Onlara ya mandat, ya da təşkilatdakı vəzifələrindən birini seçmək tələb olunub. İddialara görə, bunun nəticəsi olaraq YAP Mərkəzi Aparatının Analitik İnformasiya və Təhlil şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə, Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı, Qaradağ rayon Təşkilatının sədri, deputat Aydın Hüseynov, Gəncə Şəhər Təşkilatının sədri, deputat Naqif Həmzəyev, Nizami (Bakı) rayon Təşkilatının sədri, deputat Sədaqət Vəliyeva, Yevlax rayon Təşkilatının sədri, deputat İlham Məmmədov, Ağdaş rayon Təşkilatının sədri, deputat Cavid Osmanov və Partiyanın Beynəlxalq Əlaqələr şöbəsinin sədri, deputat Sevinc Fətəliyeva partiyadakı vəzifələrindən gediblər. Lakin hələ ki, onların yerinə yeni sədr seçilmədiyi üçün vəzifələrini müvəqqəti icra edirlər.

Musavat.com bildirir ki, YAP-da islahatlar aparmaq və partiyanı yeniləmək siyasi iradə sahibinin 2 il öncədən olmaqla, planında vardır. Lakin bu prosesi sakit və asta templə, partiya qarşısında xidməti olan, lakin hazırda bir işə yaramayan kadrları tədricən əvəzləməklə həyata keçirtmək taktikası seçilib. Artıq ciddi bir məsafə qət olunub, kadr və struktur islahatları geriyədönməz xarakter alıb. 700 mindən çox üzvü olan bu nəhəng təşkilatı işlək və faydalı bir mexanizm halına gətirmək islahatın əsas hədəfidir. Bəlli olduğu kimi, hətta indiki halında belə YAP, böyük potensialına rəğmən, sosial mediada və ictimai rəy rıçaqlarında müxalifət partiyalarından geri qalır və hakim siyasətə ciddi dəstək ola bilmir.

Qeyd olunanlarla bağlı deputat Aydın Hüseynovla əlaqə saxladıq. Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sonuncu qurultayda qəbul olunmuş yeni Nizamnaməyə görə, YAP-ın ərazi təşkilatlarının sədrləri ikinci, üçüncü vəzifəni daşıya bilməz, əsas iş yeri hansıdırsa, orada fəaliyyət göstərməlidir: “Deputatın isə əsas iş yeri Milli Məclis hesab edilir. Biz Milli Məclisdə fəaliyyət göstərdiyimiz üçün dövlət büdcəsindən əməkhaqqı alırıq. Bizim rayon təşkilatının sədri vəzifəsindən getməyimizdə başqa heç bir səbəb yoxdur. Onu da deyim ki, hələ rayon təşkilatlarına yeni sədrlər təyin olunmadığı üçün bizlər o vəzifəni müvəqqəti icra edirik. Bizim qarşımızda guya ”ya deputat mandatı, ya da təşkilatın sədri" seçimi qoyulmayıb. Məsələyə sırf yeni Nizamnamənin tələbinə uyğun olaraq yanaşmaq lazımdır. Yeni Azərbaycan Partiyasının bir sıra rayon təşkilatlarının sədrləri eyni zamanda həmin rayonun icra hakimiyyəti başçısının müavinidir. Nizamnamənin yeni tələbi onlara da şamil edilir. Onlar da bu iki vəzifədən birində olmalıdırlar. Bu məsələləri başqa cür təqdim etməyə, başqa istiqamətlərə yönəldib uzağa gedən nəticələr çıxarmağa lüzum yoxdur.

Partiyada maliyyə yoxlamasının aparılmasına gəlincə, bu cür yoxlamalarda qeyri-adi heç nə yoxdur. Bütün təşkilatlarda olduğu kimi Yeni Azərbaycan Partiyasında da maliyyə yoxlaması keçirilir. Burada başqa nə var? Bu, bir. İkincisi, hələ yoxlamanın nəticəsi məlum deyil ki, hansısa nəticəyə gəlinə və fikirlər yürüdülə. Üçüncüsü, Yeni Azərbaycan Partiyasında əməkhaqqından başqa hansı bir maliyyə vəsaitləri olur? Ona görə də hesab edirəm ki, media bu məsələləri həddən artıq şişirdərək təqdim edir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Dünən, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Dünən, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Dünən, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Dünən, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Dünən, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Dünən, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Dünən, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Dünən, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Dünən, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Dünən, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Dünən, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Dünən, 13:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru