Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının Mühafizəsi Xidmətində daha bir vəzifəli şəxs işdən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, qurumun Nəzarət şöbəsinin rəisi Mehman Hüseynov İsrafil oğlu da işdən çıxarılıb. O, sözügedən xidmətdə əsas fiqurlardan biri kimi tanınıb.
Qeyd edək ki, bundan əvvəl Xidmətin rəis müavinləri Həbib Əliyev və Eyyub Həsənov, Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev, həmin strukturun bölmə rəisi Əziz Ağayev, Nəqliyyat şöbəsinin rəisi Ramiz Nəcəfov, Əməyin mühafizəsi şöbəsinin rəisi Rauf Əliyev, 5 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Qafur Quliyev, 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov və Səyyar tərəzi nəzarət məntəqəsinin rəisi Mehman Həmzəyev vəzifələrindən azad olunublar.









