Xəbər verdiyimiz kimi, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.
"Unikal"ın məlumatına görə, nümayəndə heyəti Ağverandakı "Apricot Hotels & Resort" hotelində yerləşib.
Polis hotelə aparan yolu bağlayıb və jurnalistlərin hotel ərazisinə yaxınlaşmasına icazə verilmir.
Ağveran Ermənistanın Kotayk rayonunun Arzakan kəndi yaxınlığında yerləşən, dağ-meşə landşaftlı tanınmış kurort və istirahət zonasıdır.
VİDEO: https://twitter.com/i/status/2049454847968325822









