Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                     Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                 

"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Tarix: Bu gün, 16:42 | Çap et

“Addım-addım Vətəndə” layihəsi qələbəmizin 5 illiyinə həsr olunub. Bu teatrlar arasında yaradıcılıq mübadiləsi, teatrların bir-birini yaxından tanıması və onların bir araya gəlməsi üçün nəzərdə tutulmuş bir layihədir. Hər dəfə biz yerlərdə bir bölgə teatrı ilə bir araya gəlirik, səhnəni bölüşürük, tamaşalarımızdan parçalar oynayırıq. İndiyə qədər layihə çox uğurla baş tutub. Biz layihənin yekununu Xankəndində etməyi planlaşdırırıq. Bu may ayının ikinci on günlüyünə təsadüf edir”.
Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər teatrının direktoru, əməkdar artist İntiqam Soltan deyib.
O daha sonra əlavə edib:
“Bilirsiniz ki, Xankəndində hazırda təmir-tikinti işləri sürətlə davam etdirilir. Orada muzeydə və Xankəndi Dövlət Dram Teatrında təmir işləri gedir. Ona görə də bu dəfə “Addım-addım Vətəndə” layihəsini teatrda nümayiş etdirə bilməyəcəyik. Biz Qarabağa universiteti ilə danışıqlar aparmışıq. Universitetin tələbələri üçün bayrağımıza, himnimizə, qələbəmizə həsr olunmuş “Vətən” tamaşasını oynayacağıq. Eyni zamanda biz Qax Dövlət Gürcü Dram teatrında da bu layihəni etməyi düşünürdük. Hava şəraiti ilə əlaqədar olaraq Qaxı bir az geriyə atdıq. Yekun tamaşadan sonra adıçəkilən teatrda bu layihəni nümayiş etdirəcəyik. Festivala Bakıda yekun vurmağı düşünürük. Nəzərdə tutmuşuq ki, həmin bölgə teatrları Bakıya gəlsinlər və Bakıda “Addım-addım Vətəndə” layihəsi üçün hər teatr bir tamaşa hazırlasın. Bakı Uşaq və Gənclər teatrı olaraq həmin teatrların əməkdaşları üçün xüsusi mükafatlar da nəzərdə tutulub. Xüsusilə onu qeyd etmək istəyirəm ki, bütün layihələrimizdə olduğu kimi bu layihəmizdə də bütün xərcləri teatrın daxili imkanları hesabına, tamaşalardan gələn gəlirlərlə etmişik. Kollektiv çox böyük qəhrəmanlıq və fədakarlq göstərib. Bir qarın ac, bir qarın tox, elə olub ki, bütün gecəni yol gedib, bütün gecəni yol gəlmişik. Yorğun-arğın ora gedib çatan kimi həmən tamaşa oynamaq məcburiyyətində qalmışıq. Əlbəttə ki, aktyorun yorğunluğunun tamaşaçıya heç bir aidiyyatı yoxdur. Aktyorların çəkilişi olub, bir ürəyi burada, bir ürəyi orada yarımayaq getmək məcburiyyətində qalmışıq. Bütün bunlara baxmayaraq kollektiv böyük fədakarlıq etdi, qaş düyünləndirəcək qədər problemimiz olmadı. Uzaq yol gedəndə gərginlikdən bəzən olur ki, birinin dediyi söz o birininin boğazından keçmir, mübahisə düşür. Bizim teatrda belə hallar heç vaxt olmayıb və bundan sonra da olmaz. Biz yekunu da alınaçıqlığı ilə başa vuracağıq. Eşq olsun qələbəmizə və teatr sənətimizə”.
İntiqam Soltan teatrların inkişafına mane olan bəzi səbəblərdən, əzbər tamaşalardan və müasir tamaşaçıların istəyindən də danışıb:
“Birinci növbədə bu gün incəsənətdə maddi maraq yoxdur. Ona görə də rejissor yeniliklər etməyə o qədər də meyilli deyil. Ümumi, biləvasitə əzbər bilinən klassik əsərləri götürüb səhnələşdirirlər. Bilirsiniz necə səhnələşdirirlər?! Saata baxa-baxa.. “Ay yubandım mənim filan teatrda məşqim var, filan teatrda tamaşam var”. Bütün bunların hamısını başqalarının-ələxsus biznesmenlərin, vəzifə adamlarının qarşısında gedib boynubükük, ovucunu açıb pul istəməsinlər deyə edirlər. Çünki qürur deyilən bir şey var. O qürur qırılsa sonra o insanlarda yaradıcı adam çıxmayacaq! Axı biz qüruru, mənəviyyatı təbliğ edirik. Mənim mənliyim, qürurum olmadığı halda onu səhnədə necə təbliğ edə bilərəm?! İkincisi isə rejissorlar eksperiment etməyə çox ehtiyyat edirlər. Niyə? Çünki teatrdan bir pillə yuxarı olanların özləri teatrın haqqında o qədər az bilirlər ki, qorxurlar ki, o eksperimenti qəbul etməsinlər. Halbuki “z”, “alfa”, “betta” nəsli axı klassik tamaşaların tamaşaçısı olmayacaq. Əvvəla ona görə olmayacaq ki, pillə-pillə tamaşaçı yetişdirə bilmirik. Uşaqlarla işləyən bir neçə teatr var. Bakı Uşaq və Gənclər Teatrı, Dövlət Kukla teatrı, Milli Gənc Tamaşaçılar Teatrı.. Amma digər teatrlar da uşaq tamaşaları hazırlayırlar. Bu o demək deyil ki, onlar uşaqları həyata, böyük tamaşalara hazırlamağa meyllidirlər. Xeyr! Onlar sadəcə olaraq plan doldurmaq üçün işləyirlər. Uşaqlara nəsə öyrətməyi çalışan Bakı Uşaq və Gənclər teatrının özünün heç yeri yoxdur, özü heç bilmir harada oturub-dursun?! Klassik əsərlərdə isə siz baxsanız zalda demək olar ki, 3-4 professor, akademik, təqaüdçüdən başqa yeni nəsil tapılmayacaq. Ya zorla gətirib gərək zalı doldursunlar.. Ya da ki, boş zal olacaq. Çünki bu tamaşalar yaşlı nəsil üçün nostalji hisslər yaşadır. Yeni əsərlər də səhnələşdirilməlidir axı. Teatrlarda gedən islahatlar göz qabağındadır. Teatrlarda səhnələşdirilən tamaşaların əksəriyyəti teatrın öz gəliri hesabına hazırlanan tamaşalardır. Belə deyək də, hazır dekorasiya, hazır geyimlərdən hazırlanmış tamaşalardır. Bu isə tamaşanın keyfiyyətini aşağı salır. Tamaşa kobud şəkildə desək iki cür olur. Biri var tamaşaçını öz arxasınca aparan tamaşa, bir də tamaşaçının dalınca sürünən tamaşa. Tamaşaçının istədiyini biz məcburiyyət qarşısında qalırıq ki, səhnəyə gətirək ki, bəlkə o tamaşa tamaşaçı gətirdi. O halda yaradıcılıq 2-ci, 3-cü planda qalır, süni intellektlə böyümüş, repetitor yanında təhsil almış yeni nəslin zövqünə uyğun olmağa çalışırıq ki, yaradıcılıq, maliyyə və tamaşaçı planını dolduraq. Bu da günü-gündən bəsitləşməyə gətirib çıxarır. Bu yaxşı heç nə vəd etmir. Mən məsələyə pessimist yanaşmıram. Mədəniyyət Nairliyi çalışır, yeni-yeni islahatlar edir. Ola bilər ki, teatra yeni nəsil gəlsin, bu günün, sabahın yaradıcılığını ortaya qoysun. Dünya standartlarına uyğun tamaşalar hazırlasınlar və teatrlar da inkişaf etsin. Peşəkarlar olmayan sahədə inkişaf ola bilməz. Nazirlik güclü attestasiya işləri ilə məşğuldur. Mən düşünürəm ki, attestasiya növbəsi gəlib teatra da çatacaq və teatrdan qeyri-peşəkarları uzaqlaşdıracaq. Necə ki, səhiyyədə, təhsildə, mətbuatda qeyri-peşəkarlar var, incəsənətdə də də, teatrlarda da, filmlərdə və seriallarda çəkilənlərin 80 faizi qeyri-peşəkarlardan ibarətdir. Nisbətən teatrlarda qeyri-peşəkarlar hələ azdır. Bu da keyfiyyəti, səviyyəni aşağı salır. Həmin serialların bəsit formada çəkilməsi məktəblərdə qalmaqallara qədər gətirib çıxarır. Nədənsə bu hamımızın gözündən yayınır. Bəsit deyə-deyə də hamımız o seriallara, filmlərə çəkilirik. Niyə? Çünki maddiyat problemi var. Hər kəs öz evini, ailəsini dolandırmaq məcburiyyətindədir”.
Müsahibimiz deyir ki, teatrların aşağı səviyyəli repertuar planını və zəif tamaşanın uğursuzluğunun günahını Mədəniyyət Nazirliyinin boynuna atmaq olmaz:
“Bir çox hallarda biz günahı qoyuruq yuxarı təşkilatların, məsələn Mədəniyyət Nazirliyinin boynuna.. Mən fəaliyyətdə olduğum bu uzun illər ərzində bir dəfə görmədim ki, Mədəniyyət Naziriliyi hansısa qadağanı qoysun. Təbii ki, cızığından çıxana qədər.. Sən özün üçün sərhədi müəyyən etməlisən. Etmirsənsə sənə sərhədi başqası müəyyən edəcək. Mədəniyyət Nazirliyi teatr rəhbəri olaraq mənə arxayındırsa, mənim o arxayınlıqdan sui-istifadə etməyə haqqım yoxdur. Tamaşaçının zövqünü korlamağa üumumiyyətlə haqqım yoxdur. Teatr sistemində yuxarı təşkilatın qadağasını heç vaxt mən görməmişəm. Buna görə həmişə onlara minnətdar olmuşam. Mən bu inamı doğrultmalıyam. Vətən övladlarını, vətəni niyə səndən az istəməliyəm ki?! Bəsit tamaşaların teatrlarda yer almasının, gözəl tamaşaların repertuardan çıxarılmasının günahkarı da teatr rəhbərləridir. Mədəniyyət Nazirliyi heç vaxt demir ki, sən bu tamaşanı səhnələşdir, yaxud da səhnələşdirmə. Peşə namusu olmayan sahədə inkişafdan söhbət gedə bilməz. Peşə namusu da peşəkar adam olan yerdə mümkündür. Peşə namusu olmayan adamın yanında bundan danışanda sənə rişxəndlə baxır, sanki gülür.. Nə qədər ki, teatr və digər sənətlər ixtisaslı, peşəkar kadrlarla dolmayacaqsa, onlardan peşəkarlıq gözləmək sadəcə sadəlövhlük ola bilər. Mən öz peşəmin namusunu bilirəmsə niyə kimsə mənə qadağa qoymalıdır ki? Təbii ki, buna görə heç kəs mənə qadağa qoymayacaq”, - deyə İntiqam Soltan bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru