Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan xaricdə yaşayan ermənilərin rüşvət alıb seçkilərdə iştirak etmək üçün gələcəkləri təqdirdə həbs olunacaqları barədə əvvəlki açıqlamasını xatırladıb.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında bildirib.
Rubinyanın sözlərinə görə, bu açıqlamasından sonra bəzi media qurumları, rusiyalı oliqarxların qırıntıları ilə yaşayanlar səs-küy salaraq onun cəmiyyəti qorxutduğunu iddia ediblər.
“Başa düşürsünüzmü, əziz satılmış jurnalistlər? 2017-ci ildir, Serj Sərkisyanın dövrüdür? Yəni rüşvət verənlər və alanlar qorxmamalıdır? Bəli, mən qorxuduram. Bütün rüşvət verənlər və alanlar bilməlidir ki, həbs olunacaqlar. Qorxun!”, - o vurğulayıb.
Yerli mediada Rusiyada yaşayan 100 mindən çox Ermənistan vətəndaşının rüşvət müqabilində müxalifətə səs vermək üçün ölkəyə göndərilə biləcəyi barədə məlumat yayılıb. Əsas məqsədin rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyana dəstəyin təmin edilməsi olduğu bildirilib.
“Güclü Ermənistan” Partiyasının çoxlu sayda təmsilçisi rüşvət vermək ittihamı ilə saxlanılıb, barələrində cinayət işi açılıb.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.









