İran ABŞ və İsraildən reparasiyalar almadığı təqdirdə müharibə nəticəsində yaranmış zərərləri Hörmüz boğazından keçid haqları hesabına kompensasiya edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə İranın Qahirədəki səfiri Müctəba Firdovsi Pur bildirib.
Diplomat qeyd edib ki, Tehran ABŞ və İsraildən kompensasiya tələb edir və bu tələb yerinə yetirilməzsə, ölkə zərərləri alternativ yollarla qarşılamağa məcbur olacaq.
“Biz ABŞ və İsraildən reparasiyalar tələb edirik. Əgər bunları almasaq, müharibə nəticəsində yaranmış zərərləri Hörmüz boğazından keçən gəmilərdən yığılan rüsumlar hesabına ödəməli olacağıq”, - deyə səfir vurğulayıb.









