"İdrak” Liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentlə bağlı yeni məlumat yayılıb.
Məlumata görə, hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb.
AZXEBER.COM mövzu ilə bağlı "İdrak” liseyi ilə əlaqə saxlayıb.
Liseydən verilən rəsmi açıqlamada bu məlumatların həqiqətə uyğun olmadığı bildirilib:
"Yayılan məlumatların hamısı yalandır. Heç kim işdən çıxarılmayıb. Müəllim işinin başındadır”.
Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. "İdrak” Liseyinin 10-cu sinif şagirdi Əli Şirinov atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllim Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimin boyun nahiyəsindən 16 qırma çıxarıblar. Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.











