“Rusiyalı oliqarx Samvel Karapetyan uzun illər Robert Köçəryan və “Daşnaksütyun”un (Azərbaycan və Türkiyəyə qarşı – red.) təbliğ etdiyi saxta tezisləri sözbəsöz təkrar edir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.
Fraksiya rəhbəri Samvel Karapetyanın Robert Köçəryan kimi Ermənistanda cəmiyyəti türklərə qarşı nifrətə təşviq etdiyini bildirib.
“Kaluqalı oliqarx (Samvel Karapetyan) indi də “Sünikin itirilməsi” və “türkləşmə təhlükəsi” barədə danışır. O, uzun illər Robert Köçəryan və “daşnaklar”ın təkrarladığı eyni saxta tezisləri sözbəsöz təkrar edir.
Samvel Karapetyan Robert Köçəryandan daha çox “Robert Köçəryan olmağa çalışır, onun əlindən sönməkdə olan siyasi bədbinliyin çırağını almağa çalışır”, - o vurğulayıb.
Hayk Koncoryan Samvel Karapetyanı “ideoloji cəhətdən iflas etmiş dollar milyarderi” adlandırıb və qeyd edib ki, bu, əsl dərslik nümunəsidir.











