Azərbaycan Memarlıq və İnşaat Universiteti publik hüquqi şəxsin 1 saylı tədris binasının fasadında kompozit panellərin (Alkapon) cari təmiri məqsədilə elan edilmiş satınalma müsabiqəsi dayandırılıb.
32,gun.az bildirir ki, ehtimal olunan qiyməti 8 260 AZN təşkil edən bu layihənin ləğv edilməsinə səbəb kimi, qanunvericiliyin tələbinə uyğun olaraq müsabiqədə iştirak edən ixtisaslı təchizatçıların sayının üçdən az olması göstərilib.
"Dövlət satınalmaları haqqında" qanunun 36.1.1-ci maddəsinə əsasən, tələb olunan sayda iddiaçı iştirak etmədiyi üçün universitetin fasad təmiri işləri üzrə tender prosesi rəsmi olaraq baş tutmamış hesab edilib.









