İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                 

“Xocalı abidəsini ziyarət dövlət protokoluna salınmalıdır"
Tarix: 23-11-2017, 08:32 | Çap et
“Xocalı abidəsini ziyarət dövlət protokoluna salınmalıdır"
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıdan sonra İrəvana səfər etməsi və orada saxta soyqırım abidəsini ziyarət etməsi Türkiyə və Azərbaycan ictimaiyyətində ciddi etiraz doğurub. Erməni əsilli nazirin ziyarəti ilə bağlı ən müxtəlif fikirlər var.

Lavrovun səfər öncəsi müəyyənləşən protokol qaydaları ilə hərəkət etdiyini deyənlər də var, bu ziyarətin onun erməni sevgisini çılpaqlığı ilə bir daha sübut etdiyini söyləyənlər də az deyil. Rusiyanın Türkiyə ilə münasibətlərinin yüksək səviyyəyə çatdığı bir dövrdə XİN rəhbərinin bu hərəkətinin əlaqələrə ciddi kölgə salacağı ilə bağlı fikirlər də səslənir. Azərbaycanın Xocalı soyqırımı ilə bağlı ucaldılan abidənin ziyarətini belə səfərlər vaxtı protokola salmasının vacibliyi vurğulanır.

ADP sədri Sərdar Cəlaloğlu qəzetimizə açıqlamasında Azərbaycanda da soyqırım abidəsinin olduğuna işarə vurdu: “Milli Məclisin soyqırım haqqında qərarı var. Düşünürəm ki, Azərbaycanda soyqırım abidəsini ziyarət protokola salınmalıdır ki, Ermənistandakı saxta soyqırım abidəsini ziyarət siyasi çalarlar yaratmasın. Çox təəssüflər olsun ki, bunları hələ də Azərbaycan hökuməti nəzərə almır. Bundan əlavə, iqtidar düşünməli idi ki, Lavrov Bakıdan sonra İrəvana gedəcək və orada saxta abidəni ziyarət edəcək. Əgər Bakıda belə bir abidə qoyulsaydı, Lavrovun bu ziyarətinin heç bir mənası olmazdı. Digər tərəfdən, ziyarətin Rusiyanın Türkiyə və Azərbaycana mesajı olduğunu düşünürəm. İndiki vaxtda Rusiya hər iki ölkə ilə özünü müttəfiq kimi aparır. Amma mesaj da verir ki, Ermənistan Rusiya üçün Azərbaycan və Türkiyədən yaxın ölkədir. Lavrovun Qarabağ münaqişəsinin tezliklə həll olunmayacağı barədə mesajı da təzyiq xarakteri daşıyırdı. Yəni demək istəyirdi ki, Azərbaycan ölkəsinin tabeliyinə keçməyənə qədər Qarabağ probleminin həllinə imkan verməyəcəyik. Abidəni ziyarət etməklə onu da deyir ki, Rusiya hökuməti ermənilərin iddialarının yanındadır - baxmayaraq ki, Suriya məsələsində Türkiyə ilə əməkdaşlıq edirlər. Bir sözlə, Kreml ermənilərin dili ilə Türkiyə və Azərbaycana qarşı öz düşmənçiliyini aparır. Azərbaycan iqtidarı ağıllı addımlar ata bilər ki, ermənilərin əlində soyqırım məsələsi kozur olmasın. Niyə Xocalı abidəsi protokola salınmır ki, Bakıya gələn Lavrov ziyarət etsin, ermənilər və dünya yaxşı anlasın ki, tək ermənilər soyqırım iddiaları irəli sürmürlər”.

Politoloq Elçin Mirzəbəyli Lavrovun ziyarətinin məcburiyyətdən doğmadığını qeyd etdi: “Qeyd edim ki, rəsmi səfərlər zamanı protokol öncədən razılaşdırılır. Qondarma soyqırım abidəsinin ziyarət olunması kimi bir məcburiyyət heç bir ölkənin rəsmisi və yaxud nümayəndəsi qarşısında qoyula bilməz. Yəni bu, o deməkdir ki, qondarma soyqırım abidəsini ziyarət edən şəxslər bu ayini könüllü şəkildə yerinə yetirirlər. Etnik erməni olan Lavrovun hər səfərində qondarma abidəni ziyarət etməsində təəccüblü bir şey yoxdur. Digər tərəfdən, qondarma soyqırım abidəsi və bu abidənin yerləşdiyi ərazi ilk növbədə Rusiyanın, daha sonra isə Fransa və Böyük Britaniyanın Osmanlı Türkiyəsinə, regionun türk və müsəlman xalqlarına qarşı yürütdükləri siyasətin nəticəsidir. Erməni məsələsinin ideya mərkəzlərindən birini təmsil edən Sergey Lavrov da təmsil etdiyi dövlətin ”mənəvi-siyasi" irsini davam etdirir. Bu məsələyə görə rəsmi Ankaranın və Bakının Rusiyaya etiraz edəcəyini gözləmirəm. Bunun subyektiv və obyektiv səbəbləri var. Düşünürəm ki, Lavrovun Bakıya səfəri zamanı protokola Şəhidlər Xiyabanı ilə yanaşı Xocalı soyqırımı abidəsinin ziyarət edilməsi də salınmalıydı. Şübhəsiz ki, səfər proqramı öncədən bəlli olduğu üçün Lavrov protokolun bu hissəsində iştirak etməkdən imtina edə bilərdi. Doğrusu, Xocalı soyqırımı abidəsinin ziyarət edilməsinin protokola salınıb-salınmadığı barədə məlumatlı deyiləm. Xocalı abidəsinin protokola salınması, hətta Lavrov bundan imtina etsə belə, qondarma erməni soyqırımı abidəsinin ziyarət edilməsinə etirazımızı diplomatik müstəvidə və daha ciddi şəkildə əsaslandıra bilərdik. Hesab edirəm ki, Xocalı soyqırımı abidəsinin ziyarət edilməsinin bütün rəsmi səfərlərin protokolunda yer alması vacibdir".

E.Mirzəbəyli rəsmi Ankaranın bu məsələdə aktiv mövqe nümayiş etdirəcəyini düşünmür: “Belə bir etirazın səsləndirilməsi üçün bundan öncə də kifayət qədər fakt olub. Adətən Türkiyə dövlət səviyyəsində qondarma soyqırım abidəsinin ziyarət edilməsinə reaksiya vermir. Qondarma soyqırım, erməni məsələsi və Ermənistan Rusiyanın regiondakı geosiyasi alətləridir. Rusiya Türkiyə ilə münasibətlərinə görə bu alətlərdən imtina etməyəcək. Ümumiyyətlə, Rusiyanın tarixində ikitərəfli münasibətlərə görə könüllü şəkildə nələrdənsə imtina etmək təcrübəsi yoxdur. Rusiya yalnız məcbur olduqda nədənsə imtina edə bilər. Hazırda belə bir məcburiyyət üçün ciddi əsas olduğunu düşünmürəm”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru