Siyəzən İnformasiya Kommunikasiya Texnologiyalarına Xidmət sahəsinin işçiləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Məlumat üçün bildiririk ki, SOCAR tərəfindən verilmiş 2148/2026 saylı məktuba əsasən çalışdığımız Siyəzən İnformasiya Kommunikasiya Texnologiyaları xidmət sahəsi ləğv edilərək İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin ştat cədvəlindən çıxarılmış və bunun nəticəsində bizim tutduğumuz vəzifələr üzrə ixtisar aparılması qərara alınmışdır.
Lakin qeyd olunan ixtisar prosesi Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə zidd şəkildə həyata keçirilir və ciddi qanun pozuntuları müşahidə olunur.
Bizə altentaiv iş təklif edilmir. Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə əsasən ştatların ixtisarı zamanı işəgötürən işçiyə müəssisə daxilində mövcud olan digər uyğun iş yerlərini təklif etməlidir.Fakt: Bizə heç bir alternativ vəzifə və ya iş yeri təklif edilməmişdir.
Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən ixtisar zamanı işdə saxlanılmaq üçün işçilərin peşəkarlığı, ixtisası, əmək stajı və sosial vəziyyəti nəzərə alınmalıdır.
Fakt: 6 nəfər rabitə xətt elektrik montyorundan yalnız 3 nəfərin saxlanılması planlaşdırılır, lakin seçim meyarları şəffaf deyil və qanuni əsaslandırma təqdim olunmayıb. Bu hal işdə saxlanılmada üstünlük hüququnun kobud şəkildə pozulmasıdır.
İşçilərin sosial vəziyyətləri nəzərə alınmır.Əmək Məcəlləsinə görə ixtisar zamanı ailə vəziyyəti (aliment ödəyənlər, kredit öhdəlikləri və s.) nəzərə alınmalıdır. Fakt: İşçilərin sosial vəziyyəti (bank kreditləri, aliment öhdəlikləri və s.) tamamilə nəzərə alınmamışdır. Bu ödənişlər dövlət ödənişləridir və işçinin Bank qarşısında öhdəlikləri var.
Ən önəmli nüans isə əmək şəraitinin qeyri – real planlaşdırlmasıdır.Mövcud vəziyyətdə xidmət sahəsinin əhatə etdiyi ərazi təxminən 45–50 km təşkil edir. Bu qədər geniş ərazidə yalnız 3 nəfər montyorun fəaliyyət göstərməsi real deyil və bu, qalan işçilər üçün qanunsuz əlavə iş yükü yaradacaqdır ki bu da işçinin əməyinin istismarı hesab olunur.Bu hal Əmək Məcəlləsinin 91 və 99-cu maddələrində nəzərdə tutulmuş iş vaxtı və normativlərin kobud şəkildə pozulması hesab olunur.
Onu da qeyd edək ki biz bizə təqdim olunan ixtisar bildirişi ilə razılaşmadığımız üçün onu imzalamamışıq.Həmin bildirişi imzalamadığımız üçün bizə hədə qorxu gələrək bildirdilər ki “Biz onsuzda sizi işdən azad edəcəyik və sizin yerinizə başqa yerdən işçi gətrib işlədəcəyik”.Bu isə işəgötürənin prosesi qanuni qaydada və şəffaf aparmadığını göstərir. Burda sual oluna bilər əyər biizm yerimizə başqa işçi gətirləcəksə bizi niyə işdən azad edirlər bizimlə nə qərəzləri var? Bura dövlət idarəsidir kiminsə özəl idarəsi deyil və heçbir vətəndaşın işçi ilə bu şəkildə davranma səlahiyyəti və hüququ yoxdur çünkü Azərbaycan konstititusiyasında “Azərbaycan hüququ dölvət “hesab olunr
Bu hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69 cu maddəsinin 7 -ci bəndinə ziddir və qanunvericiliyin ayaq altına alınmasıdır.Əmək müqaviləsinə xitam yalnız qanuni əsaslarla və könüllü iradə ilə verilə bilər. Qeyd edək ki Azərbaycan Respublikası Əmək məcəlləsinin 14 -cü maddəsinə əsasən “Əmək münasibətləri sahəsində dövlət hakimiyyəti orqanlarının vəzifələri İşçinin hüquqlarının pozulmaısın qarşsını almaq və pozulmuş hüquqlarının bərpa edilməsidir.”Ümüd edirik ki Dövlət Əmək Müfəttiişliyi və Baş prokrorluq məsələni ciddi araşdıracaq.
Bizim xahişimiz və tələbimiz odur ki birinci növbədə Əmək qanunvericiliynin şərtlərinə riayət olunsun və əmək şəraiti düzgün planlaşdırlsın çünkü qeyd etdiyimiz kimi Siyəzənnfet NQÇİ -nin ərazisi böyükdür və bu sahədə 3 nəfər işçinin öz iş funksiyasını icra etməsi münkün deyil və bu işçiyə əlavə iş yükü yükləməkdir ki bu hal mütləq nəzərə alınmalıdır.
Bundan əlavə də qeyd etdiyimiz kimi bizə heçbir iş təklif edilmədən işdən azad etmək yenə kobud qanun pozuntusudur.Biz Siyəzənnfet NQÇİ -nin ərazisində işləyirik və hazırda həmin NQÇİ -də çox sahədə işçi azlığı çatışmamazlığı müşahidə olunur bizi həmin NQÇİ ərazisindəki sahələrdə işlə təmin etsinlər.6 nəfər Rabitə xətt elektrik montyoru 2 nəfər stansiya montyoru və bir texnik üçün NQÇİ -də yetəri qədər boş iş yeri var.Bizim ailə və dövlət qarşısında öhdəliklərimiz var bunlar mütləq şəkildə nəzərə alınmalıdır.
Bütün qeyd olunanları əsas alıb Sizdən xahiş edirik ki aparılan qanunsuz ixtisar prosesi durdurulsun,hər bir işçiyə uyğun alternativ iş yerlərinin rəsmi şəkildə təklif edilməsi nəzərdən keçirilsin,işdə saxlanılma ilə bağlı meyarlar qanunvericiliyə uyğun şəkildə qiymətləndirilsin,əmək hüquqlarımızın pozulmasına hüquqi qiymət verilsin..."









