Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                 

Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Tarix: Bu gün, 16:42 | Çap et

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliliyə görə əmək pensiyasının müddətsiz təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Məhkəmə kollegiyası qərarında “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsini geniş təhlil edərək bildirib ki, həmin normada pensiya yaşına çatmış əlillərə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi imperativ qaydada nəzərdə tutulub və bu zaman əlilliyin yenidən qiymətləndirilməsi və ya şəxsin əlavə müraciəti şərt kimi müəyyən edilməyib. Qanunun mətnindən göründüyü kimi, tələb olunan əsas şərt şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması və həmin anda əlillik statusunun qüvvədə olmasıdır.

Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, şəxsə əvvəllər əlilliyə görə pensiya müəyyən müddət üçün təyin olunmuş olsa belə, həmin müddət ərzində pensiya yaşına çatdığı halda onun pensiyasının ömürlük təyin edilməsi hüququ yaranır. Bu hüququn reallaşdırılması əlavə formal prosedurlarla məhdudlaşdırıla bilməz.

Qərarda vurğulanıb ki, pensiya hüquqlarının təmin edilməsi inzibati orqanın xidməti vəzifəsidir. “İnzibati icraat haqqında” Qanunun prinsiplərinə əsasən, inzibati orqan yalnız şəxsin əleyhinə olan halları deyil, onun xeyrinə olan halları da araşdırmalı, hüquq və vəzifələrini izah etməli və qanunun tətbiqini öz təşəbbüsü ilə təmin etməlidir.

Qanunda birbaşa nəzərdə tutulmayan formal tələblər şəxsin sosial təminat hüququnun həyata keçirilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə bu baxımdan əlavə müraciət tələbini qanunun məzmununa uyğun hesab etməyib.

Pensiya yaşına çatmış əlil bu qərarın icrasına necə nail ola bilər? Bu qərar real təcrübədə necə tətbiq edilir?

‎Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında hüquq müdafiəçisi Samir Zeynalov bildirib ki, pensiya yaşına çatmaq müddətsiz əlillik üçün hər zaman əsas şərt deyil:

“Pensiya yaşına çatmış əlil şəxslər bu məsələ ilə bağlı müraciət edərək onların müddətli əlillik statusunun müddətsiz əlilliyə çevrilməsi üçün yenidən komissiyaya cəlb olunmasını tələb edə bilərlər. Əgər həmin şəxsin mövcud xstəlikləri və vəziyyətində ağırlaşmalar müşahidə olunursa, bu halda ona müddətsiz əlillik təyin edilə bilər.

Amma digər tərəfdən, şəxsin əgər mövcud vəziyyəti, əlillik durumu onun müddətsiz qaydada şəhadətləndirilməsinə əsas verirsə, bununla bağlı pensiya yaşına çatmaq da tələb olunmur. Belə şəxslər də çoxdur”.

Onun sözlərinə görə, praktikada bəzi şəxslərin illər əvvəl verilmiş əlillik qərarları sonradan yenidən yoxlanılır:

“Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bu gün 65 yaşına çatmadan xeyli şəxsə-bunların arasında hətta Vətən müharibəsi iştirakçıları da var- təyin olunmuş müddətsiz əlillik statusları qeyri-qanuni şəkildə ləğv olunur.

Məsələnin problem tərəfi əsasən bundan ibarətdir. Bundan əlavə, cavabdeh orqan – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi çox təəssüf ki, mövcud məhkəmə təcrübəsini nəzərə almır.

Mövcud məhkəmə təcrübəsi ondan ibarətdir ki, müddətsiz əlillik statusları ilə şəhadətləndirilmiş şəxslərin əlillik statusları yalnız bir il ərzində cavabdeh orqan tərəfindən mübahisələndirilə bilər.

Amma praktikada 10–15 il ərzində əlillik statusu almış, yəni müddətsiz qaydada əlillik statusları şəhadətləndirilmiş şəxslər bu gün də inzibati icraatlara cəlb olunurlar. Onlara əyani baxışla bağlı məktublar, bildirişlər göndərilir, müayinəyə çağırılırlar.

Əsasını da belə qoyurlar ki, sizin əlillik vəziyyətinizə dair şübhələr yaranıb. Yəni şübhə ilə yanaşırlar və şübhə adı altında da əlillik statuslarını qeyri-qanuni şəkildə ləğv edirlər”.

Hüquq müdafiəçisi qeyd edib ki, müvafiq qurum bu məhkəmə mövqeyini praktikada tətbiq etmir:

“Amma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli qərarı da var ki, hətta vaxtilə müddətsiz əlillik statusu qanunsuz təyin olunsa belə, onu şübhə adı altında ləğv edilməsi qanunsuz sayılır.

Belə əlillik statusları, yəni müddətsiz əlillik statusları "İnzibati İcraat haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əlverişli inzibati akt sayılır. Yəni vətəndaş artıq dövlətin onunla bağlı qəbul etmiş olduğu belə qərara etimad göstərir ki, o, ömürlük əlil olacaq, onun reabilitasiya, sağalmaq imkanı mövcud deyil.

Amma bir müddət sonra belə bir qərarın qəbul olunması təbii ki, vətəndaşın dövlət orqanına olan etimad hüququnun pozulması sayılır. Bununla bağlı Ali Məhkəmənin mövqeyi var.

Lakin çox təəssüf ki, Ali Məhkəmənin bu mövqeyinə baxmayaraq, inzibati orqan olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vahid məhkəmə təcrübəsini qətiyyən nəzərə almır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Bu gün, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Bu gün, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Bu gün, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Bu gün, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Bu gün, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Bu gün, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Bu gün, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Bu gün, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Bu gün, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Bu gün, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Bu gün, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Bu gün, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Bu gün, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Bu gün, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Bu gün, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Bu gün, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Bu gün, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru