“Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                 

İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Tarix: Bu gün, 14:07 | Çap et

Dələduzluq dosyelərini vərəqlədiqcə, oxuduqca bu cinayətlərdə qurban olan insanların durumuna acımamaq olmur. Dələduzluq hadisələri sərhəd tanımır, həm beynəlxalq ekstradisiya, həm məhkəmə hökmləri, həm də genişmiqyaslı aldadılma sxemlərini əhatə edir.

Faktlara diqqət edək:

69 min aldı, Türkiyəyə qaçdı

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Sevinc Hüseynovanın Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi diqqət çəkən hadisələrdən biridir. İttihama görə, o, vətəndaşları işə düzəltmək və vəzifəyə təyin etdirmək vədi ilə aldadaraq ümumilikdə 69 min manat mənimsəyib. Hüquq-mühafizə orqanları onun ölkəyə gətirilməsini beynəlxalq əməkdaşlığın nəticəsi kimi qiymətləndirir.

200 min də belə getdi

Bakı Ağır Cinayətlər Məhkəməsində isə Cəbrayıl Qəmbərovun işi yekunlaşıb. O, müəllim vəzifəsinə işə düzəltmək adı ilə vətəndaşları aldadaraq 200 min manatdan çox vəsait mənimsəməkdə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum edilib.

400 mini belə ələ keçirdi

Oxşar cinayət işi üzrə Vüqar Əsədov da məhkəmə hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum olunub. İttihamlara görə, o, “quşçuluq biznesi” və yüksək gəlir vədi ilə 400 min manatdan çox vəsait ələ keçirib, həmçinin işə düzəltmə və digər vədlərlə əlavə dələduzluqlar həyata keçirib.

Ekspertin 400 minlik “eksperimenti”

Digər bir işdə Təhsil Nazirliyinin sabiq eksperti Maqsud Nəsirovun adı keçir. O, ucuz mənzil satışı və dövlət qurumları vasitəsilə iş vədləri verərək 400 min manatdan artıq vəsaitin mənimsənilməsində ittiham olunur. İş üzrə məhkəmə prosesi davam edir.

1 gündə 12 dələduz ələ keçdi

Eyni zamanda aprelin 30-da polis tərəfindən keçirilən əməliyyat nəticəsində dələduzluqla bağlı axtarışda olan 12 nəfərin saxlanılması da açıqlanıb.

Bu hadisələr göstərir ki, Azərbaycanda dələduzluq əsasən üç istiqamət üzrə geniş yayılıb: işə düzəltmə, investisiya və gəlir vədləri, eləcə də mənzil və sosial layihələrlə bağlı aldatmalar. Hüquq-mühafizə orqanları bu sahədə əməliyyatları davam etdirir, məhkəmələr isə ardıcıl olaraq hökmlər çıxarır.

Digər tərəfdən, bu işləri törədənlərin bir çoxu təsadüfi adamlar deyil. Bəziləri vaxtilə hansısa qurumda işləyib, bəziləri isə sadəcə özünü “içəridən adam” kimi təqdim edib. İnsanlar da inanır. Çünki düşünür ki, dövlətə yaxın olan adam yalan danışmaz. Amma məhz bu “etibar” ən böyük silaha çevrilir. Ən təhlükəli məqam isə “asan qazanc” illüziyasıdır. Bir adam deyirsə ki, “pul qoy, hər ay 10 faiz gəlir götür”, bu, iqtisadi baxımdan mümkün deyil. Amma yenə də inanan tapılır. Niyə? Çünki hamı tez qazanmaq istəyir. Dələduz isə əvvəl az miqdarda pul qaytarıb etibar yaradır, sonra böyük məbləği götürüb yoxa çıxır. Başqa bir reallıq da var: insanlar rəsmi mexanizmlərə tam güvənmir. “Dövlət yolu ilə alınmırsa, başqa yolla həll edim” düşüncəsi hələ də yaşayır. Bu isə vətəndaşı qanunsuz və riskli yollara sürükləyir. Amma burada çox vacib və az danışılan başqa bir məsələ də var – məhkəmələrin bu işlərə yanaşması. Bəli, dələduzlar tutulur, məhkəmə qarşısına çıxarılır. Amma çox vaxt cəmiyyət belə bir mənzərə görür. Ziyanın bir hissəsi qaytarılır və bu, yüngülləşdirici hal kimi qəbul olunur.

Təqsirləndirilən şəxs “ilk dəfə cinayət törədib” arqumenti ilə daha yüngül cəza alır və ya minimum həddə yaxın hökmlər çıxarılır. Bu isə yeni dələduzlar üçün bir növ “hesablanmış risk” mühiti yaradır. Adam əvvəlcədən bilir ki, əgər planı baş tutmasa belə, ən pis halda cəzanı yüngülləşdirmək mümkündür. Pulun bir hissəsini qaytarmaqla, müxtəlif bəhanələrlə, prosesləri uzatmaqla. Ən pisi də odur ki, zərərçəkmişlər çox vaxt tam kompensasiyanı ala bilmir. Yəni dələduz müəyyən hissəni qaytarır, amma qalan böyük məbləğ itib gedir. İnsan həm pulunu itirir, həm də ədalətin tam bərpa olunduğunu görmür. Ortada bir psixoloji məqam da var: “bəlkə mənim işim alındı” ümidi. Hamı bilir ki, dələduzluğa görə həbs olunanlar var. Amma eyni zamanda hər kəs düşünür ki, bəlkə bu dəfə alınacaq. Məhz bu düşüncə yeni qurbanlar yaradır. Nəticədə dələduzluq adi xəbərə çevrilir. Artıq cəmiyyət şok olmur, sadəcə oxuyub keçir. Bu isə ən təhlükəli mərhələdir. Çünki problem dərinləşir.

Nə etməli? Vəziyyətdən çıxış yolu nədir?

Vəkil Asim Abbasov Musavat.com-a deyib ki, bu gün dələduzluğun belə geniş yayılması təsadüfi deyil:

“Bu, həm insanların düşüncə tərzi, həm də cəmiyyətdə formalaşmış bəzi yanlış inancların nəticəsidir. Ən birinci səbəb - insanlar hələ də tanışlıqla iş tapmaq olar fikrinə inanır. Kimsə gəlib deyəndə ki, filan yerdə adamım var, səni işə düzəldərəm, çoxları bunu nağıl kimi yox, real imkan kimi qəbul edir. Çünki illərlə belə söhbətlər eşidilib. Dələduz da məhz bundan istifadə edir. Azərbaycan insanı vəzifəli və ya vəzifəyə yaxın görünən adamlara daha tez inanır. Düşünür ki, bu adam dövlət qurumunda işləyib, yalan danışmaz. Halbuki, çox vaxt məhz bu “etibar” aləti kimi istifadə olunur”.

Vəkil bildirib ki, Azərbaycanda asan qazanc istəyi ilə yaşayanlar çoxluq təşkil edir:

“Kimsə deyir ki, pul qoy, hər ay 10 faiz gəlir götür. Normalda bu mümkün deyil. Amma insanlar riskə gedir, çünki tez qazanmaq istəyir. Dələduz da əvvəl bir az pul qaytarır ki, etibar yaransın, sonra böyük məbləği götürüb yoxa çıxır. Problem həm də dövlət qurumlarına etimadın zəifliyindədir. İnsanlar rəsmi yolların işlədiyinə tam inanmır. Düşünür ki, dövlət yolu ilə alınmırsa, başqa yol tapım. Bu isə onları qeyri-rəsmi və təhlükəli yollara aparır və nəticədə maliyyə itkisi meydana çıxır”.

Vəkilin sözlərinə əsasən, dələduzluq işlərində cəzanın əmələ nisbətdə, dələduzluqla əldə olunan məbləğə nisbətdə zəif hiss olması bu cinayətə meyillənmənin əsas səbəblərindən biridir:

“Hamı bilir ki, tutulanlar var, amma eyni zamanda belə fikir də var ki, bəlkə mənim işim alınar, ilişmərəm. Və ya tutulsam, dələduzluqla əldə etdiyimdən bir hissəsini qaytararam, yenə də azadlıqda qalaram. Bu düşüncə dələduzluğun yayılmasını şərtləndirir. Nəticədə dələduzluq artıq tək-tək hadisə deyil, adi hala çevrilir. Hər gün oxşar xəbərlər çıxır və insanlar buna alışır. Bu isə ən təhlükəli mərhələdir. Yeni dələduzlar üçün bir növ “hesablanmış risk” mühiti yaradır. Adam əvvəlcədən bilir ki, əgər planı baş tutmasa belə, ən pis halda cəzanı yüngülləşdirmək mümkündür. Ən pisi də odur ki, zərərçəkmişlər çox vaxt tam kompensasiyanı ala bilmir. Yəni dələduz müəyyən hissəni qaytarır, amma qalan böyük məbləğ itib gedir. İnsan həm pulunu itirir, həm də ədalətin tam bərpa olunduğunu görmür”.

Vəkil vətəndaşların dələduzluq qurbanı olmaqdan özlərini sığortalaya biləcəklərini deyib:

“Reallıq isə çox sadədir. Pul müqabilində dövlət işinə düzəlmə çox vaxt tələdəki pendir misalıdır. Heç kim qısa müddətdə böyük və stabil qazanc vəd edə bilməz. Heç bir “tanışlıq” qanundan üstün deyil. Amma bu reallıqlarla yanaşı başqa bir həqiqət də var. Əgər həm cəmiyyət riskli düşüncədən imtina etməsə, həm də hüquqi sistemdə cəzanın qaçılmazlığı və sərtliyi real hiss olunmasa, dələduzluq azalmayacaq. Bu gün problem təkcə dələduzlarda deyil. Problem həm də onları yaradan mühitdə, onlara inanan düşüncədə və bəzən də onları kifayət qədər sərt cəzalandırmayan sistemdədir”.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru