ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                 

Ziya Məmmədovdan yediyi pulların HESABI SORULACAQMI? - DƏDƏ MALI DEYİLDİ Kİ...
Tarix: 22-04-2022, 09:16 | Çap et
Ziya Məmmədovdan yediyi pulların HESABI SORULACAQMI?
Azərbaycana böyük neft pullarının gəldiyi illərdə büdcədən ən iri investisiyalar yol infrastruktrunun yenidən qurulmasına ayrılıb. Paytaxtla ölkənin Qərb, Cənub və Şimal sərhədlərini birləşdirən magistral yollar yenidən qurulub, genişləndirilib, habelə paytaxtda yol qovşaqları, körpülər, tunellər inşa edilib. Əksər yollar genişləndirilib, yeniləri çəkilib və nəticədə ölkənin sürətlə artan avtomobil parkının tələbatını qarşılamağa müəyyən dərəcədə nail olunub.

2007 ci-ildən etibarən hər il yol tikintisinə büdəcədən azı 2 milyard manat vəsait ayrılıb. Eyni zamanda, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. beynəlxalq maliyyə qurumlarının, kreditor ölkələrin milyardlarla dollarlıq vəsaitlərindən istifadə edilib.

Mütəxəssislər bildirirlər ki, neft bumu illərində bu sektora ümumilikdə 30 milyard manatdan çox investisiya yatırılıb. Bu nəhəng vəsaitlərin idarə olunmasında isə 2002-2017-ci illərdə ölkənin nəqliyyat naziri olmuş Ziya Məmmədovun “xüsusi rolu” olub. Bu, həmin oliqarx-nazirdir ki, vəzifədə olduğu illərdə özünə ölkə iqtisadiyyatının bir sıra sahələrində aparıcı mövqe tutan "ZQAN" Holdinq qurmuşdu və onun vasitəsi ilə bank, sığorta, tikinti, turizm, ticarət, otelçilik və s. sahələrdə yüz milyonlarla dollarla ölçülən yatırımları idarə edirdi.

Beş il əvvəl, Z.Məmmədov vəzifədən istefaya göndərilməzdən bir qədər öncə, onun biznes imperiyası artıq çökmüşdü. Əlbəttə, büdcə pullarını silmək hesabına yaradılan gəlir mənbələri 2015-ci ildə baş verən iqtisadi böhrandan və onun nəticəsi olan devalvasiyadan salamat çıxa bilməzdi.

Z.Məmmədov vəzifədən getsə də Azərbaycanın yol infrastrukturnda onun "şah əsərləri" qalmaqdadır. Məsələn, 2008-ci ildə inşa olunan Bakı-Quba-Rusiya avtomobil yolunun bərbad vəziyyətdə olması artıq kütləvi narazılığa yol açıb.

Sadə vətəndaşlarla yanaşı vəzifəli şəxslər də dağılmış avtomagistraldakı acınacaqlı durumdan təngə gəldiklərini ifadə etməyə başlayıblar. Qeyd edək ki, 10 ilə tam sıradan çıxmış bu yolun tikintisinə büdcədən 545 milyon 287 min 800 manat xərclənmişdi. O zaman Ziya Məmmədov Bakı-Quba-Rusiya avtomobil yolunun 30 il davam gətirəcəyini bəyan edirdi...

Z.Məmmədovun dövründə yenidən qurulmuş Bakı-Şamaxı yolu da maliyyə yeyintilərinə görə ikizolaqlı tikilmişdi, kifayət qədər büdcə vəsaitinin xərclənməsinə baxmayaraq avtoban inşa edilməmişdi. Bir neçə il əvvəl hökumət məcbur olub Dünya Bankının kreditləri hesabına həmin yolun ikinci hissəsini tikməyə başladı.

Daha sonra ikizolaqlı tikilən Hacıqabul-Kürdəmir yolu da Avropa Yenidənqurma və İnkişaf Bankının 80 milyon dollarlıq krediti hesabına yenidən dördzolaqlı inşa edildi. Bundan əvvəl Nəqliyyat Nazirliyinin podratçı şirkətlər vasitəsi ilə çəkdiyi 100 milyon manata yaxın xərc isə havaya sovruldu. Hazırda Bakı-Qazax avtomagistralının bir hissəsi sıradan çıxıb. Yolun Bakı-Ələt, Hacıqabul - Kürdəmir, Kürdəmir-Ucar hissələrində çökmələr, çalalar yaranıb və yaxın zamanlarda yenidən əsaslı təmir olunmasa, Bakı-Quba yolundakı bərbad durumdan fərqlənməyəcək.

Ziya Məmmədovun dövründə Bakıda körpülərin, tunellərin, yolların tikintisinə ayrılmış milyardlar da korrupsiyanın yeminə çevrilib. Onun nazir olduğu dövrdə paytaxtda yolların tikintisinə və təmirinə 10,5 milyard manat xərclənib. Onlardan biri - Zığ-Hövsan-Aeroport istiqamətində uzunluğu 13,2 kilometr olan yolun çəkilməsi layihəsinə 460 milyon dollar vəsait xəclənib.

Metronun ”Gənclik" stansiyasında tunel tikintisinə isə 2011-2014-cü illərdə 407 milyon dollar ayrılıb. Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon, 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat, cəmi 147,2 milyon manat (187,4 milyon dollar) sərf edilib.

Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, hər kilometr yeni yolun salınması xərcləri 142 min dollarla 1 milyon 832 min dollar arasında dəyişir. Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər vəsait xərclənr. Azərbaycanda isə 2006-2015-ci illərdə tikilən yollar bundan qat-qat baha başa gəlib.

Bir faktı da xatırladaq ki, nazirin bu gəlhagəlli dövründə büdcə pullarının xərclənməsinə nəzarət edən Hesablama Palatasına Z.Məmmədovun qudası Heydər Əsədov sədrlik edib. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur...

Bu günlərdə Ziya Məmmədovun oğlu, onun Azərbaycandakı və xaricdəki biznesini idarə edən Anar Məmmədovun dəbdəbəli həyatını əks etdirən video yayılıb. Sosial şəbəkələrdə populyar olan videoda A.Məmmədovun azyaşlı oğluna xüsusi sifarişlə hazırlatdığı lüks avtomobil görüntülənir.

Yeniyetmələr və gənclər üçün yəqin, heyrətamiz və həsəd aparılacaq həyat tərzidir. Amma onlardan əvvəlki nəsil yaxşı bilir ki, bir lüks avtomobil və ona xərclənən pul Məmmədovların ölkədən oğurladıqları sərvətin içində dəryada damla qədər kiçikdir...
"AzPolitika.info"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru