Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                 

“Putin ya sonadək vuruşacaq, ya da öz ölüm hökmünü imzalayacaq” - DALANA DİRƏNİB...
Tarix: 12-05-2022, 10:28 | Çap et
“Putin ya sonadək vuruşacaq, ya da öz ölüm hökmünü imzalayacaq”
Moskvada keçirilən 9 May Qələbə Paradı və ABŞ Prezidenti Co Baydenin həmin gün imzaladığı "Lend-liz" qanunu dünya gündəminin əsas müzakirə mövzusudur. Ukrayna ilə müharibə fonunda Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən paradın əvvəlki illərlə müqayisədə son dərəcə sönük keçməsi diqqətləri çəkdi. Diqqət çəkən daha bir məqam isə Putinin paradda qısa və məzmunsuz çıxışı oldu. Kreml rəhbəri "xüsusi əməliyyat" adlandırdığı Ukraynaya qarşı işğalçı müharibəni yenə öz əsassız arqumentləri ilə əsaslandırmağa çalışdı, Qərbi ittiham etdi, NATO məsələsini gündəmə gətirdi.

Ekspertlər parad və Putinin çıxışını şərh edərkən bildirirlər ki, görünən odur, Rusiya liderinin özü də artıq məğlubiyyətə doğru getdiyinin fərqindədir. Həmçinin bəzi gözləntilərin əksinə, Putin paradda Ukraynaya qarşı rəsmən müharibə elan etmədi, səfərbərlik göstərişi vermədi.

Baydenin "Lend-liz" qanununu məhz həmin gün imzalaması isə bir başqa diqqətçəkən məqamdır. Xatırladaq ki, sözügedən qanun sonuncu dəfə İkinci Dünya müharibəsi zamanı verilib və bu, faşizm üzərində qələbədə həlledici sayılır. diaaz.space xəbər verir ki, mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran tanınmış politoloq Rauf Mirqədirov maraqlı məqamlara toxunub. Analitik sual edir ki, "Sizcə, Rusiya rəhbərliyində sadəcə ağıldankəm insanlar toplaşıblar?!". Cavabında isə deyir: əlbəttə, xeyir:

- Rusiyanın intellektual bazası var və bu, baza kifayət qədərdir. Rusiya dövlət başçısına, digər rəhbər şəxslərə vəziyyətlə bağlı az qala hər saat məlumatlar gəlir. Hesab edirəm ki, Rusiya Prezidentinin taktiki səhvi ondan ibarət oldu ki, o, müharibəni çox qısa müddətdə qalib kimi başa çatdıracağına inanmışdı, yaxud onu inandırmışdılar. Rusiya siyasi elitası doğrudan da əmin idi ki, 48 saat, ən uzağı 96 saat ərzində Kiyevi zəbt edə biləcəklər. Təbii ki, ölkənin paytaxtının nəzarətə götürülməsi bir dövlətin varlığına vurula biləcək ən böyük simvolik zərbədir. Yadınızdadırsa, müharibənin ilk həftəsində Rusiya qoşunları Kiyevin 20 kilometrliyinə çatmışdılar, müəyyən qruplar hətta Kiyevə daxil ola bilmişdilər. İkinci Dünya müharibəsi zamanı Almaniya ordusu da Moskvanın 20 kilometrliyinə qədər irəliləmişdi. Rusiya işğalçı qüvvələri Kiyevə yaxınlaşdılar, amma sonrakı əməliyyatlarda və Ukrayna qüvvələrinin müqavimətini gördükdə, Rusiya rəhbərliyi anladı ki, Kiyevi tuta bilməyəcəklər. Əksinə, Kiyev yaxınlığında cəmləşdirdikləri qüvvələr də zərərsizləşdiriləcək və o qüvvələri də itirəcəklər. Bundan sonra geri çəkildilər.

Yəni əsas məsələ ondan ibarətdir ki, qısamüddətli müharibə ilə məqsədlərinə nail ola bilmədilər. 96 saata Kiyevi tutmuş olsaydılar, Moskvadakı parad başqa ab-havada keçiriləcəkdi. Düzdür, Ukrayna hakimiyyəti idarəçiliyi Lvova, yaxud başqa şəhərə köçürəcəkdi. Amma qısa müddətdə Putin böyük qələbə qazandığını nümayiş etdirəcəkdi və bu parad doğrudan da növbəti qələbə paradına çevriləcəkdi - necə ki, Krımı ilhaq etdikdən sonra parad keçirdi, necə ki, Gürcüstan ərazilərini işğal etdikdən sonra bunlar baş verdi, necə ki, ondan əvvəl Çeçenistandakı qələbəsini qeyd etdi. Kiyevi zəbt edə bilsəydilər, bu, Putinin özünün hakimiyyətinin üstünlüyü olacaqdı. Amma alınmadı.

- Paradın sönük keçməsi sadəcə bununla bağlıdır?

- Tək bununla bağlı deyil. Amma Rusiya qısa müddətdə Kiyevi götürsəydi, dediyim kimi, Putin iki üstünlük qazanacaqdı. Birinci üstünlüyü artıq dedim. İkinci üstünlük isə o olacaqdı ki, Rusiya bu qədər təcrid edilməyəcəkdi. Yadınızdadırsa, Ukraynanın xarici işlər naziri Kuleba Avropanın aparıcı dövlətlərinin birinin səfiri ilə görüşündən danışmışdı və bildirmişdi ki, həmin dövlət də ilk üç gündə Ukraynanın müqavimətinin qırılacağını düşünübmüş. Nazir açıq şəkildə bildirdi ki, səfir ona belə deyib: "Müharibə 3 günə Rusiyanın qələbəsi ilə yekunlaşacaq, siz ya mühacirət hökuməti təşkil edin, ya administrasiyanı Lvova köçürün". Təxminən bu səpkili bir xəbərdarlıq. Təbii ki, Rusiyaya qarşı sanksiyalar olacaqdı. Amma indiki qədər çökdürücü olmayacaqdı.

Eyni zamanda, müharibə Rusiyanın resurslarını tükətməyəcəkdi. Bu gün müharibə Rusiyanın resurslarını sovurmaqdadır. Belə genişmiqyaslı müharibə zarafat deyil - bu, böyük resurslar deməkdir. 150 minlik qoşun komplektləşdirilib. Təsəvvür edirsiniz ki, bu qoşunun təminatı nə qədər vəsait deməkdir?! Rusiya büdcəsi miqyasına baxanda görürük ki, onların büdcəsi o qədər də böyük deyil. Həmçinin Rusiya iqtisadiyyatı da böyük deyil, dünya iqtisadiyyatının 2 faizə yaxınını təşkil edir. Müharibə uzandıqca, iqtisadiyyat çöküşə gedir.

Bu gün Rusiyanın qarşısında dünya iqtisadiyyatının 50 faizini təşkil edən güc dayanır. ABŞ Prezidenti Co Bayden "Lend-liz" qanununu imzaladı. Bununla da ABŞ Konqresi Ukraynaya ilkin olaraq 40 milyard dollar vəsait ayıracaq. Təsəvvür edirsinizmi, söhbət hansı həcmdə vəsaitdən gedir? Bu, təkcə ABŞ-ın ayırdığı maliyyədir. Bu yardımlarla, bu güclə qarşı-qarşıya qalmaq Rusiyanın daha çox resurslarının tükənməsi ilə nəticələnəcək. Paralel olaraq, sanksiyaların gündən-günə artması, siyahının genişlənməsi həm siyasi, həm də iqtisadi baxımdan Rusiyanı çökdürəcək. Qarşıdakı müddətdə Rusiya üçün dəhşətli situasiya yaranıb.

- Hər halda bunu Rusiya rəhbərliyi anlayır...

- Bəli, hər şeyi çox gözəl anlayırlar. Bu günlərdə Rusiyanın nazirlərindən birinin açıqlamasını oxudum. Deyir ki, yaxın iki ildə daxili istehsal gücünə tibbi avadanlıqla təchizatı 50 faizə çatdırmalıdırlar. Təsəvvür edin ki, Rusiya xəstəxanalarında istifadə olunan tibbi cihazlarla təchizat hansı səviyyədədir. Demək ki, tibbi avadanlıqların 70-80 faizi xaricdən idxal olunur. Yaxın iki ildə bunlar daxili istehsalla tibbi avadanlıq ehtiyacını heç olmasa 50 faiz ödəmək istəyirlər. Bu, sadəcə bir sahədə olan problemdir.

Fikirlərimin əvvəlinə qayıdım ki, qısa müddətdə müharibədə qalib gəlmiş Rusiya şərtlər irəli sürəcəkdi, müəyyən diktələr edəcəkdi. Digər tərəfdən, "müharibə bitib və nəticə də budur" anlayışı Qərb dövlətlərinin hazırkı vahid birliyinin qarşısını qismən ala bilərdi. Yəni ki, Rusiyanın manevr imkanları artardı. İndi isə Rusiyanın manevr imkanları yoxdur. Artıq Qərbin aparıcı dövlətlərinin ortaq mövqeyi belədir ki, Rusiya, Putin qələbə qazanmamalıdır və bütün resurslar Rusiya ilə müharibəyə yönəldilməlidir. Ona görə də, demək olar ki, Moskvada düzənlənən parad qələbə paradı deyildi.

- Qırmızı meydanda əvvəlki illərdən fərqli olaraq bu dəfə heç bir xarici qonaq da gözə dəymədi.

- Bəli, paradla bağlı maraqlı məqamlardan biri də məhz budur. Məsələ ondan ibarətdir ki, Putinin yanında heç kim dayanmamışdı. Hətta MDB dövlətlərinin də başçıları Moskvada Putinlə yanaşı dayanmaq istəmədilər. Mən hələ Çini demirəm. Çin böyük dövlətdir və bu gün Moskva sanksiyalarla bağlı xilaskarı kimi Pekini görür. Demək olar ki, heç kim Putinin yanında deyil. Düzdür, 9 May Qələbə Günü ilə bağlı MDB dövlətlərində müəyyən tədbirlər keçirildi. Amma "Rusiyanın yanındayıq" deyən olmadı. Putinin təklənməsi kifayət qədər ciddi faktordur. Daha bir ciddi məsələ isə Putinin çıxışında "xüsusi əməliyyat" terminindən istifadə etməməsidir. Mən onun çıxışını oxudum, "xüsusi əməliyyat" terminini işlətmədi.

- Amma müharibə də elan etmədi. Halbuki paradda Putinin rəsmən səfərbərlik və müharibə elan edəcəyi gözlənilirdi...

- Bu nüanslar Putinin düşdüyü vəziyyətin nə qədər komik olduğunu göstərir. Artıq "xüsusi əməliyyat" sözü lağlağıya çevrilib. Hətta Putinin müttəfiqi və yaxın dostu Aleksandr Lukaşenko deyir ki, "xüsusi əməliyyat" nəsə uzun çəkdi. Vəziyyətin təhlili Rusiya Prezidentinin nə qədər problemli vəziyyətdə olduğunu göstərir. Co Bayden çıxışında maraqlı bir nüansa diqqət yetirdi. Səhv etmirəmsə, AYNA-ya əvvəlki müsahibələrimdən birində demişdim ki, Putinin uduzmaq lüksu yoxdur. Həmin sözü Bayden çıxışında işlətdi və bildirdi ki, Putinin geri çəkilmək, məğlubiyyətini etiraf etmək lüksu yoxdur. Kreml rəhbərinin geri çəkilməsi hakimiyyətinin sonu deməkdir. Hətta söhbət indiki halda təkcə hakimiyyətini itirməkdən getmir.

- Hesab edirsiniz ki, Putin sona qədər müharibəni davam etdirəcək?

- Bəli, düşünürəm ki, Putin sonadək vuruşacaq. Çünki başqa yolu yoxdur.

- "Lend-liz" qanunun imzalanması belə şərh edilir ki, bu ilin payızınadək çox qanlı döyüşlər gedəcək və sonda Rusiya məğlub olacaq...

- Mən optimist olmağa çalışıram, amma bir sıra reallıqlar var ki, onları gözardı etmək olmaz. Əgər söhbət orta və uzun vədədən gedirsə, Rusiyanın məğlubiyyəti qaçılmazdır. Çünki Rusiyanın resursları onun qarşısında dayanan qüvvələrin resursları yanında müqayisəolunmaz dərəcədə azdır. "Soyuq müharibə" bir dəfə olub, bunun nəticələri var. Amma "soyuq müharibə" zamanı Rusiyaya tətbiq edilən sanksiyaların miqyası indiki kimi deyildi. Rusiya neftini də, qazını da alırdılar, ticarət əlaqələri də mövcud idi. Yalnız bəzi sahələrdə məhdudiyyətlər mövcud idi ki, bu, o qədər də təsir etmirdi. İndi isə sanksiyaların miqyası başqadır. İndi söhbət həcmi 2 faiz olan iqtisadiyyatla 50 faiz olan iqtisadiyyatın döyüşündən gedir.

Onu da nəzərə almaq lazımdır ki, bütün dünya dövlətləri qarşıdakı müddətdə Rusiyaya qarşı bu və ya digər formada sanksiyalara qoşulmaq məcburiyyətində qalacaq. Bu, Rusiya üçün dəhşətli bir situasiyadır. Müharibənin uzanması Rusiyanın resurslarını tükədir, imkanlarını azaldır. Düzdür, proqnozlar vardı ki, neftin və qazın qiymətinin artması Rusiya büdcəsini artıracaq. Amma Rusiya Maliyyə Nazirliyinin açıqlamasına görə, aprel ayında Rusiyaya neft və qazın satışından gələn gəlir əvvəlki dövrlərlə müqayisədə 140 milyard rubl azalıb. Bu, sadə məsələ deyil. Ona görə də, düşünürəm ki, orta və uzun vədəli perspektivdə Rusiyanın məğlubiyyətinin şahidi olacağıq. Amma bu ilin payızınadək məğlub olacağını proqnozlaşdırmaq çətindir.

Əslində Putinin siyasəti Rusiyanın imperiya maraqlarından irəli gəlsəydi, payızı gözləməyə ehtiyac yox idi, ən qısa zamanda və ən yüngül şərtlərlə Ukrayna ilə sülh sazişi imzalamalı idi. Yəni ki, Putin dövlətinin maraqlarını qoruyurdusa, bunu etməli idi. Amma dediyim kimi, Putinin motivləri başqadır. Baydenin çıxışından görünür ki, artıq Qərbdə də Putinin motivlərini anlamağa başlayıblar. Putinin məqsədi dövlət maraqlarını qorumaq deyil, hakimiyyətini və özünün varlığını qorumaqdır. Dövlət maraqlarını düşünən lider bu müharibəni heç başlatmazdı. Putin Rusiyanı düşünsəydi, dövlətin iqtisadiyyatını dirçəldərdi, həqiqi islahatlarla dövləti inkişaf etdirərdi. Bununla da Rusiyaya dost olmaq istəyənlərin sayı artardı. Putin sadəcə öz hakimiyyətini qorumaq üçün işğal siyasəti həyata keçirir, xarici düşmən amili ilə manevrlər edir. Putin işğalçı siyasəti nəticəsində əldə etdiyi qələbələrlə hakimiyyətinin təkrar istehsalını təmin edir.

Bir məsələyə də toxunmaq istəyirəm. Mənim və bir çox insanların anti-Rusiya mövqeyində olması Rusiya və ruslara nifrətdən irəli gəlmir. Sadəcə olaraq, Rusiya ilə yaxınlıq, Rusiya ilə eyni cəbhədə dayanmaq müsbət heç nə vəd etmir.

- Məsələ burasındadır ki, ruslar da Putinin bu işğalçı siyasətini dəstəkləyirlər...

- Baxın, hələ də Putinin reytinqi yüksəkdir, rusların dəstəyi var. Düzdür, sözsüz ki, bu reytinq get-gedə zəifləyəcək. Amma hələ ki, ruslar Kreml rəhbərini dəstəkləyirlər. Ümumiyyətlə, həmişə Putinin qələbə qazandığı müharibələr zamanı reytinqi yüksəkdə qalıb. Amma ruslar ölkələrinin məğlub olduqlarını dərk etdikdə, Putinin reytinqindən heç nə qalmayacaq. Yenə də deyirəm, indi Putinin geri çəkilmək imkanı yoxdur. Onun geri çəkilməsi özünün ölüm hökmünü imzalamasıdır. Düzdür, ölüm hökmü götürülüb. Amma Putinin öldürülməsi üçün hökmən hansısa sənədin imzalanması vacib deyil. Onun ətrafındakılar "hökmü" imzalaya və Putinin öldürülməsi işini icra edə bilərlər. Putin bunu çox gözəl anlayır.

Ümumiyyətlə, Rusiya tarixinə baxsaq, çarların, hökmdarların, imperatorların bu və ya digər şəkildə hakimiyyətdən uzaqlaşdırılması, öldürülməsi adi haldır. Ona görə də o qədər optimist deyiləm ki, Putin asanlıqla məğlubiyyətini etiraf edəcək. Putin indi düşüncə içərisindədir ki, hansı resursları müharibəyə yönəltsin. Kreml rəhbəri heç olmasa qələbə görüntüsü yaratmaq üçün hansı resurslardan keçməli olduğunu, hansı qurbanları verməli olduğunu düşünür. Onun üçün veriləcək qurbanların əhəmiyyəti yoxdur. Putin ancaq və ancaq qələbə görüntüsünü təmin etməyə çalışır. Bununla da hakimiyyətdə qalmasını təmin etmək istəyir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru