Erməni əsgərlər hara daşınır? .....                     Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb .....                     Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: .....                     "Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb .....                     Paşinyanın GÜMRÜ GEDİŞİ... .....                     Əsl şeytan olan Paşinyan adlı bir türk... .....                     Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? .....                     BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA .....                     "Ocağım söndü" .....                     Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: .....                     Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı .....                     Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi .....                     Xankəndidən sonra vəziyyət DƏYİŞDİ .....                     İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib .....                     Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib .....                     Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana .....                     Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir... .....                     Putin Bakıya onları göndərdi: yeni təklif var .....                     Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb .....                     Komissar Kattaninin yorğun gülümsəməsi və ya: diaspora dalanından çıxış yolu .....                     “Onlarla eyni verilişdə olmayacağam” .....                     “Finex Kredit” BOKT ASC-nin icraçı direktoru vəzifəsindən .....                     Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib .....                     "Rusiya Azərbaycanla qarşıdurmaya girsə..." .....                     Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub .....                     "MedEra Hospital"da falçı otağı: Elnur Əli həkimdirmi? .....                     Bakıda kuryerlər "Wolt"u boykot edir .....                     Paylaşıb biabır edəcəyəm .....                     Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı .....                     MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdı .....                     Dilarə Kazımova Azərbaycan milli alətləri ilə klip çəkdirdi .....                     “Kubinka”da TƏHLÜKƏ .....                     Tələbələr etiraza qalxdı… .....                     Saakaşvili əfv edilməyəcək .....                     AZAL yeni onlayn xidmətini istifadəyə verib .....                     Prezident bu instituta yeni rektor təyin etdi .....                     Siyəzən sakinindən İnam Kərimova MÜRACİƏT .....                     Bazarda 6, marketdə 15 manat… .....                     Rusiya-Azərbaycan problemləri konstruktiv şəkildə həll olunmalıdır .....                     Azərbaycanla sərhəd kəndin rəhbəri saxlanıldı .....                 

“Bəlkə də, Kremlin qorxduğu yeganə ölkə Türkiyədir” - KUROPTEV
Tarix: 19-04-2022, 10:31 | Çap et
“Bəlkə də, Kremlin qorxduğu yeganə ölkə Türkiyədir”
Ermənistanın Baş naziri Nikol Paşinyan bu həftə Moskvaya rəsmi səfər edəcək. Bu barədə “Rossiya 1” telekanalında efirə gedən “Moskva. Kreml. Putin” verilişində məlumat verilib.

“Ermənistanın Baş naziri Rusiyaya rəsmi səfərə gəlir. Hazırkı beynəlxalq vəziyyətdə bu, xüsusi əhəmiyyət kəsb edən hadisədir”, - deyə məlumatda bildirilib.

Xüsusilə nəzərə alsaq ki, səfər bu yaxınlarda Avropa İttifaqının (Aİ) vasitəçiliyi platformasında, Bakı ilə İrəvan arasında keçirilən ikinci danışıqlardan bir qədər sonra baş tutacaq, Paşinyanın Moskva səfəri xüsusilə əhəmiyyətlidir.

Xatırladaq ki, Əliyev, Paşinyan və Şarl Mişel arasında Brüsseldə keçirilən görüşdən sonra Moskva qəfildən ATƏT-in Minsk Qrupu həmsədrlərinin üçlüyündə iştirakdan açıq şəkildə imtina etmək qərarına gəlib və hətta vasitəçisinin ranqını və adını dəyişib. Bundan sonra İqor Xovayevin vəzifəsi başqa cür adlanır: “Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi”.

Bütün bunlar Rusiya üçün nə deməkdir? Bu, bir növ təkbaşına vasitəçiliyi mənimsəmək cəhdidirmi? Biz Putinlə Paşinyan arasında Kreml görüşündən nə gözləməliyik? Moskvanın son “hərəkətləri” göstərir ki, sülh prosesinin onun iştirakı olmadan intensivləşməsi ilə bağlı bir növ qısqanclıq və təşviş var. Moskva sülh prosesində həqiqətən nəyi görmək istəməzdi? Moskva Bakı ilə İrəvanın öz aralarında olan bütün problemləri necə həll edəcəyindən, bundan sonra Qarabağda rus “sülhməramlılarının” olmasına ehtiyac qalmamasından ehtyiyatlanır? DİA.AZ xəbər verir ki, AYNA-nın suallarını tanınmış ekspertlər cavablandırıblar.

Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru, Tbilisidən olan politoloq Yeqor Kuroptev:

“Şübhəsiz ki, Moskvanın kabusu Bakı ilə İrəvan, İrəvanla Ankara arasında münasibətlərin qurulmasıdır. Kreml bunun baş verməməsi üçün hər şeyi etməyə çalışacaq. Digər tərəfdən, Moskva indi çox zəifləyib və Azərbaycan üçtərəfli sazişin tam gücü ilə işə başlamasını səbirsizliklə gözləyir. Biz bunu həm “Bayraktar”ların uçuşlarında, həm də Bakının digər birmənalı addımlarında görürük.

Kreml iki taktika seçə bilər: sonradan müdaxilə etməyə çalışmaq üçün İrəvanı bütün gücü ilə sülh yolu ilə həlli ləngitməyə sövq etmək və ya bu istiqamətdə enerji sərf etməmək üçün, həmçinin, təkcə Azərbaycan deyil, həm də Putinin çox ehtiyatlandığı Türkiyə ilə üzbəzüz gəlməmək üçün gələcək irəliləyişlərə yol vermək. Bəlkə də, Kremlin həqiqətən qorxduğu yeganə ölkə Türkiyədir.

Onlar həmişə Qərbi zəif hesab edirdilər. Ukraynadakı müharibə və Kiyevin güclü dəstəyi bu münasibəti dəyişdi, lakin hərbi baxımdan Kreml qətiyyən Türkiyə ilə üzbəüz toqquşmaq istəməzdi. Buna görə də, bu və ya digər şəkildə, indi Moskva Ukraynaya qarşı açdıqları müharibədən məğlub olaraq da olsa, simasını saxlamaqla çıxmaq üçün bütün istiqamətlərdə zamanla oynamağa çalışacaq. Bunu necə etmək qərarına gəliblər - yaxın həftələrdə görəcəyik.

Aydındır ki, Kreml Kiyevə göndərilən sanksiyalar və silahlarla Moskvanı sərt və təhqiramiz şəkildə sillələyən Aİ ilə hansısa formatlarda masa arxasında oturmaq istəmir və öz sərhədləri yaxınlığında ən azı bəzi məsələləri təkbaşına həll etməyə çalışacaq. Sual olunur: Ukraynada, məsələn, Buçada, bu qədər dinc sakini qətlə yetirmiş manyakın öz problemlərini həll etməsi Azərbaycan və Ermənistana yarayırmı?”.

Azərbaycanlı diplomat, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev:

“Hələlik vəzifə ikitərəfli dialoqa başlamaqdır və Aİ-nin vasitəçiliyi bizim üçün daha faydalı oldu, çünki buna real töhfə verdi. Təbii ki, Rusiya tərəfindən vəziyyətə nəzarət etmək cəhdləri görünür, lakin eyni zamanda, Lavrovun son bəyanatlarına baxmayaraq, mən deməzdim ki, Ermənistan və Azərbaycanın gördüyü hər bir iş Rusiyada düşmənçiliklə qarşılanır. Ən azı rəsmi səviyyədə Moskva tərəflərin sülh müqaviləsi bağlamaq niyyətini alqışlayıb. Rusiya təbii olaraq Ermənistanla Azərbaycan arasında siyasi proseslərə təsirini davam etdirmək istəyir.

Sülhməramlılara nə vaxt ehtiyac qalmayacaq məsələsinə gəlincə, hesab edirəm ki, bütün bunlar haqqında danışmaq hələ tezdir. Bu məsələ 3 ildən sonra öz həllini tapacaq. Biz təcili problemlərin həllinə diqqət yetirməliyik. Bu, sülh müqaviləsidir, sərhədlərin delimitasiyası, iqtisadi və nəqliyyat layihələri, kommunikasiyaların açılması, humanitar problemlərin həllidir. Əgər biz bu məsələlərdə irəliləyiş əldə etsək, bu, bütün regionumuzun təhlükəsizlik vəziyyətinə çox müsbət təsir göstərəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni əsgərlər hara daşınır? – MN video yaymamağa çağırdı
Dünən, 23:44
Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 23:40
Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: - Biri Rusiyada, digəri Afrikada çəkilib
Dünən, 18:03
"Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb
Dünən, 18:00
Paşinyanın GÜMRÜ GEDİŞİ... - ƏSLİNDƏ...
Dünən, 17:58
Əsl şeytan olan Paşinyan adlı bir türk... - Solovyov SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Dünən, 17:55
Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? – ŞOK TƏFƏRRÜATLAR
Dünən, 17:49
BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA - FOTOFAKT
Dünən, 17:39
"Ocağım söndü" – Pünhanın atası məhkəmədə fəryad etdi
Dünən, 17:36
Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: - Qlobal güclər bu regionu da yenidən dizayn etməyə çalışırlar
Dünən, 17:30
Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı - TƏFƏRRÜAT
Dünən, 17:28
Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi - Saakaşvili
Dünən, 17:26
Xankəndidən sonra vəziyyət DƏYİŞDİ – Rusiya Azərbaycanla barışmağa ÇALIŞIR
Dünən, 17:18
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib - Rusiya KİV
Dünən, 17:12
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib - RƏSMİ SƏBƏB odur ki...
Dünən, 17:11
Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana bu CƏZA verildi
Dünən, 16:53
Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir... - NƏ BAŞ VERİR?
Dünən, 16:48
Putin Bakıya onları göndərdi: yeni təklif var - FOTO
Dünən, 16:44
Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Dünən, 16:41
Komissar Kattaninin yorğun gülümsəməsi və ya: diaspora dalanından çıxış yolu - GƏLİŞMƏ
Dünən, 16:30
“Onlarla eyni verilişdə olmayacağam” - Xalq artisti etiraz etdi
Dünən, 16:28
“Finex Kredit” BOKT ASC-nin icraçı direktoru vəzifəsindən -AZAD EDİLDİ
Dünən, 16:26
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib - TASS
Dünən, 16:23
"Rusiya Azərbaycanla qarşıdurmaya girsə..." - AKTUAL
Dünən, 16:20
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub - FOTO
Dünən, 16:14
"MedEra Hospital"da falçı otağı: Elnur Əli həkimdirmi? - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 16:12
Bakıda kuryerlər "Wolt"u boykot edir - FOTO
Dünən, 16:07
Paylaşıb biabır edəcəyəm - Tanınmış bloger
Dünən, 16:03
Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı
Dünən, 15:58
MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdı – MƏHKƏMƏ İŞİ
Dünən, 15:57
Dilarə Kazımova Azərbaycan milli alətləri ilə klip çəkdirdi - VİDEO
Dünən, 15:01
“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır
Dünən, 14:51
Tələbələr etiraza qalxdı… - SABAH qruplarına onların qəbulu niyə ləğv edildi?
Dünən, 14:46
Saakaşvili əfv edilməyəcək - RƏSMİ TİFLİS
Dünən, 14:38
AZAL yeni onlayn xidmətini istifadəyə verib - DİQQƏT
Dünən, 14:35
Prezident bu instituta yeni rektor təyin etdi - SƏRƏNCAM
Dünən, 14:34
Siyəzən sakinindən İnam Kərimova MÜRACİƏT - Raman Sədrəddinov haqsız yerə həbs olunduğunu iddia edir
Dünən, 14:32
Bazarda 6, marketdə 15 manat… – Bakıda bu məhsul Rusiyaya görə baha satılır?
Dünən, 14:20
Rusiya-Azərbaycan problemləri konstruktiv şəkildə həll olunmalıdır - Peskov
Dünən, 14:14
Azərbaycanla sərhəd kəndin rəhbəri saxlanıldı - “Sputnik Ermənistan”
Dünən, 14:12
Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
Dünən, 14:00
“Ekspertiza Anarın şərəf və ləyaqətinin alçaldılıb-alçaldılmadığını araşdırır” – Məhkəməyə verilən şair
Dünən, 13:51
Lavrov Ukrayna ilə sülh sazişində Moskvanın tələblərini açıqlayıb
Dünən, 13:48
Rusiyada azərbaycanlılara qarşı YENİ təzyiq: İşçilər yataqxanadan çıxarılır - KREML MEYMUNLUĞA "DAVAM" DEYİR...
Dünən, 13:43
Sumqayıtın səsi: PRoMete və Cəsur Nemətovdan nostalji duet - VİDEO
Dünən, 13:15
Qarageni də Qalstanyanın aqibəti gözləyir: - Hakimiyyət yaxın zamanda kilsəni ram edəcək
Dünən, 13:07
Bakı metrosunda HƏYƏCANLI ANLAR: - Ana və övladları eskalatordan yıxıldılar
Dünən, 13:04
Putin Kəmaləddin Heydərovun yaxın dostunu Bakı ilə danışıqlara göndərir - Aleksandr Kurenkov kimdir?
Dünən, 13:01
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:58
Sahibini gözləyən kreslolar - SİYAHI
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru