SABUNÇU RAYONUNDA BAŞÇI PROBLEMİ
Tarix: 30-01-2013, 13:00 | Çap et
SAKİNLƏR ŞİKAYƏT ETMƏYƏ YER TAPMIR300 mindən artiq insanın yaşadığı Sabunçu, icra başçısının, hətta Tanrının da yadından çıxıb. Beləki, fəsildən asılı olmayaraq göydən yerə bir damcı su enən kimi bu qəsəbədə yaşayanların gün-güzəranı daha da ağırlaşır. İndi sakinlərin nə dərdlərini dinləyən var, nə də kömək üçün müraciət etdikləri bir qurum qalıb.Sakinlər həm qazdan, kanalizasiya və yolların bərbad olmasından şikayətçidirlər, həm də işsizlikdən əziyyət çəkirlər. Qəsəbədə qışda palçıqdan, yayda isə üfunətdən yaşamaq mümkün deyil. Dünən qəsəbədə təsadüfən qonaq olduq. Yaşayış məntəqəsinin mərkəzində az da olsa səliqə-sahman müşahidə edilirdi. Amma mərkəzdən 200 metr aralandıqda tamam başqa aləmə düşürsən. Elə bil ki, bura heç Bakının bir addımlığında yerləşən qəsəbə deyil. Burda palçıq və zibil əlindən tərpənmək mümkün deyil. Kanalizasiya olmadığından məişət suları birbaşa yola axıdılır. Ərazidə mazutlu gölməçələr çoxluq təşkil etdiyindən hava neft qoxuyur. Söhbətləşdiyimiz Həsən kişi bildirdi ki, payız gələndən onların günü gün deyil: “Əksər evlərin yanından neftli su axır. Palçıq əlindən tərpənmək olmur. Qazdan isə danışmağa dəyməz. İşıqlar tez-tez sönür. Burada əhalinin halına yanan yoxdur”. Söhbətləşdiyimiz sakinlərin sözlərinə görə, qəsəbənin ən təhlükəli yeri Sabunçu dəmir yolu vağzalıdır. Burada antisanitariya, özbaşınalıq, çirkab suların küçələrə axıdılması, bir sözlə, məmur harınlığı göz deşir. Ancaq daha bir biabırçı fakt vağzalda oğurluq hadisələri ilə bağlıdır. Oğurluq həyət evlərində də geniş yayılıb. İnsanların dediyinə görə, oğurluq hadisələri əsasən axşam saatlarında baş verir. Qəsəbənin başqa bir böyük problemi yolların bərbad durumda olmasındadır: “Küçələr palçıqlı olduğundan məktəblilər dərsə gedə bilmir. Dəfələrlə aidiyyəti orqanlara müraciət edilsə də, bunun heç bir xeyri olmayıb. Azacıq yağış yağan kimi gölməçələr əmələ gəlir. Marşrut sürücüləri isə həmin ərazidən keçmirlər”. Avtobus sürücüləri qış aylarında marşrut trayektoriyasını dəyişir, qəsəbənin içəri məhəllələrinə getmirlər. Sakinlər də bu çətinliklərə qatlaşıb avtobusların təyin etdikləri dayanacaqlara qədər piyada getməyə məcbur olurlar. Qəsəbə sakinləri bizimlə söhbətlərində bildirdilər ki, qışda kanalizasiya xətləri tez-tez sıradan çıxır: “Bütün çirkab suları qəsəbənin yollarına, evlərə, həyətlərə axır. Ona görə də qəsəbədə rütubətlik çoxdur. Uşaqlar bu çirkabın içində Allahın ümidinə qalıb. Tez-tez xəstələnirlər. Dərmanlara da pul çatdırmaq olmur”. Burada qaz problemi də həllini tapmayıb. Havalar soyuyanda əksər ərazilərə mavi yanacaq verilmir. Camaat odun sobasından istifadə edib evlərini qızdırır. Az öncə sakinlər Sabunçu Rayon İcra Hakimiyyətinə mavi yanacaqla bağlı müraciət ediblər. Ancaq faydası olmayıb. Qəsəbədə olarkən maraqlı mənzərə ilə də üzləşdik. Sən demə, dəmir yolu vağzalından aşağıda yerləşən xeyli sayda qanunsuz tikililərin sökülməsi nəzərdə tutulub. Hətta ARDNŞ qərarı ilə bir neçə ev buldozerlə dağıdılıb. Sakinlər dedilər ki, bu evlərin əksəriyyəti ARDNŞ-in balansındadır: “Amma bununla belə, hökumət bu binaları uçurmaq istəyir. Kompensasiya məsələsini dilə gətirən yoxdur. Bir onu deyirlər ki, sökəcəyik. Bir sözlə, hökumət bizə neft qoxuyan bu ərazidə yaşamağımıza da imkan vermir”. Həqiqətən də qəsəbədə elə vəziyyət yaranıb ki, burada normal yaşayışdan danışmağa dəyməz. Üstəlik, burada əksər evlər sənədsizdir. Ölkə başçısı həmin evlərin sənədləşdirilməsi barədə göstəriş versə də, bunu icra edən yoxdur. Bu məsələ ilə bağlı İcra Başçısı Adil Hseynovala əlaqə yaratmaq istəsək də onun müavinləri sərişdəsi sayəsində bu baş tutmadı. Elə bil bu inzibati bina mavinlərin atalarından miras qalıb. Mövzuya qayıdacağıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Dünən, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33 |
|
|
|
|