Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                 

"Onsuz da həmişə onlar informasiya müharibəsində güclü olublar" - BƏS NƏ EDƏK?
Tarix: 8-12-2021, 10:01 | Çap et
"Onsuz da həmişə onlar informasiya müharibəsində güclü olublar"
Azərbaycandan da Oskar mükafatına film təqdim olunub. Belə ki, gənc rejissor, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun “Daxildəki ada” filmi “94-cü Akademiya Mükafatlarında (Oskar) Azərbaycanın namizədi olaraq təsdiq edilib. Beləliklə, ”Daxildəki ada" “Xarici dildə ən yaxşı film” nominasiyasında Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, film Azərbaycanın beynəlxalq dərəcəli şahmat ustası Seymur Tahirbəyovun, dünya çempionatı finalı öncəsi özünü ailə-məişət problemləri labirintində necə itirməsindən, sonra isə başını götürüb bir nəfər sakini olan adaya qaçmasından bəhs edir. Filmdə əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.

Xatırladaq ki, “Daxildəki ada” Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.

Bəs adıçəkilən film Oskar mükafatında nə qədər uğur qazana bilər?

Əlbəttə ki, A kateqoriyalı film festivalında Azərbaycanın da təmsil olunması böyük uğurdur. Lakin gözlənilən idi ki, bu cür film festivalında Azərbaycan həqiqətləri, Qarabağ savaşından bəhs olunacaq, dünyanın diqqətini cəlb edəcək film təqdim olunsun. Məlum olduğu kimi, ermənilərin bununla bağlı uydurma təbliğat maşını daim fəaliyyətdədir. Yenə də Qarabağ haqqında yalanlar üzərində çəkilmiş “45 gün: Millət uğrunda mübarizə” sənədli filmini Oskara namizəd veriblər. Qeyd edək ki, filmin rejissoru britaniyalı Emil Hessen Kaliforniyada yaşayan erməni iş adamı Asko Akopyanın maddi dəstəyi ilə bu filmi çəkib. Filmdə Qarabağ müharibəsi haqqında uydurma məlumatlar əks olunub, ermənilər hücuma məruz qalmış “məzlum” xalq kimi təqdim olunub. Qeyd edək ki, film bu günə qədər Kaliforniyada, Çində nümayiş etdirilib. Kaliforniyanın mərkəzi küçələrində böyük reklam banerlərində filmin reklamı yerləşdirilib. Emil Hessen filmin gələcək uğurları üçün erməniləri ianə verməyə çağırıb və ianə toplandığı haqda öz “İnstagram” profilində vaxtaşırı məlumatlar paylaşır.

Bəs niyə Azərbaycan hələ də öz həqiqətləri haqda A kateqoriyalı film festivalına çıxacaq filmlər çəkməyə tələsmir?

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun mövqeyini öyrənməyə çalışsaq da, sualımıza cavab ala bilmədik.

Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev mövzuya bu cür rəy bildirdi: “Əlbəttə ki, Rüfət Həsənov və digərləri bu cür beynəlxalq film festivallarına film göndərirsə, bu, çox böyük uğurdur. Ölkələr filmləri təqdim edir, filmlər böyük siyahıya düşür. Bu hələ heç nə demək deyil. Daha sonra həmin böyük siyahıdan 20 film seçilir. Bu da hələ heç nə demək deyil. Nəhayət, 20 filmdən 5 film seçilir. Film həmin beşliyə düşəndə yalnız bu zaman deyilir ki, film Oskara namizəddir.

Beləliklə, hər il olmasa da, 2-3 ildən bir bizdən də filmlər göndərilir. Nə olsun? Elə siyahıdaca qalır və yaddan çıxır.

O ki qaldı ermənilərin yenə də Qarabağ haqqında uydurma filmlər çəkib təqdim etməsinə, onsuz da həmişə onlar informasiya müharibəsində güclü olublar. Doğrudur, bu barədə son vaxtları çıxmaq olar. Amma gördüyünüz kimi, yenə də onlar öz yalan təbliğatlarını aparırlar və belə də davam edəcək.

Mənə elə gəlir ki, indi ermənilər istəyirlər ki, bütün vasitələrlə, o cümlədən kino vasitəsilə sübut etsinlər ki, ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya bilməz. Və bununla da çalışırlar ki, Qarabağda yaşayan ermənilərə hər hansı bir yolla status verilsin. Bu isə Azərbaycan üçün çox ciddi bir mövzudur.

Deyə bilərəm ki, azərbaycanlı kino adamlarında təfəkkür çox zaman kənardan formalaşdırılır, əgər həqiqəti bilmək istəyirsinizsə. Yəni vəziyyət birmənalı deyil.

Kinonun inkişafı üçün maddi vəsaitlə bərabər, cəmiyyətin kinoya verdiyi əhəmiyyət də önəm daşıyır.

Daha bir məsələ, qeyd edirsiniz ki, bizdə gözəl sənətkarlar çoxdur. Bu da mübahisəli məsələdir ki, bizdə gözəl, peşəkar sənətkarlar çoxdurmu? Mən şəxsən belə düşünmürəm.

Nə deyə bilərəm? Sizinlə tamamilə razıyam. Kinoçular bir yerə yığışıb, müzakirələr etmirlər, fikir fərqliliyi var. Yəni toxunduğunuz məsələ çox önəmlidir, həqiqətdir. Yaxın vaxtlarda bu haqda geniş məqalə dərc etməyi düşünürəm".

Rejissor, kinoprodüser Fehruz Şamıyev isə bunları dedi:

““Daxildəki ada” filmini izləmişəm. Xatırladım ki, film ötən il Avropanın aparıcı film festivallarından olan Sarayevo Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Doğrudur, film müharibə mövzusunda deyil, lakin Azərbaycandan da Oskar arenasına çıxacaq bir film istehsal olunmayıb. Bunun üçün yaxşı diaspora lazımdır, həm də kinematoqrafik bədii həll olunan film istehsal olunmalıdır. Doğrudur, eşidirik ki, bu mövzuda filmlərin çəkiləcəyi planlaşdırılır. Lakin bu haqda dəqiq məlumatı Azərbaycan Film Studiyası verə bilər".

Qeyd edək ki, Oskar mükafatlandırma mərasimi 27 mart 2022-ci ildə keçiriləcək.

"Yeni Müsavat"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru