Gəncə şəhər sakini Surayya Rəşad Nəriman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, iş vaxtı ölən anasının sığorta pulunu ala bilmədiyindən şikayətlənir:
“Mən, Surayya Rəşad Nəriman oğlu, yazaraq xahiş edirəm ki, şikayətimi ictimailəşdirəsiniz.
Bildirim ki, 2024-cü il, yanvarın 26-da iş vaxtı maşın vurması nəticəsində anam vəfat etmişdir. Anam Gəncə şəhərində Mənzil-Kommunal Təsərrüfatı Departamentində işləyirdi. Şəhərin mərkəz küçələrinin birində qəza nəticəsində 13-gün reanimasiyada yatdı və rəhmətə getdi.
Anam 30 il idi ki, həmin qurumla əmkdaşlıq edirdi. Biz tək, ana-bala yaşayırdıq.
Sığorta şirkətindən deyirlər ki, anan iş vaxtı ölməyib, iş vaxtı ölsəydi, işlədiyi yer bizə göndərdiyi sənəddə bunu qeyd edərdi. Əlavə edirlər ki, get problemini Mənzil-Kommunal Təsərrüfatı Departamentinə bildir.
Bir sözlə, anamın “qan pulu”nu batırırlar. Əmək Müfəttişliyi günahı Mənzil-Kommunal Təsərrüfatı Departamentində görür. 1 ildir bu iki qurumun arasında qalmışam, lakin müsbət cavab yoxdur”.