Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                     Dövlət Gömrük Komitəsində yeni təyinat olub .....                     Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb .....                     Sülh sazişi İrəvanın İrana yolunu açır .....                     Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi .....                     Rusiya Ukraynada ABŞ zavoduna hücum edib .....                     Rusiyadan sərhədimizdə sensasion əməliyyat: .....                     Paris buna məcburdur... .....                     SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ .....                     Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ .....                     İranla Ermənistan arasında SENSASİON ANLAŞMA .....                     Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi .....                     BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... .....                     Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... .....                     Təhsil sistemində tenderi də özgəsinə vermirlər... .....                     Putinin planına sərt reaksiya: .....                     Nazirlik qonaqları üçün bilet və otel xidmətini .....                     Əməyin ödənilməsinin hansı təminatları var? .....                     Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb .....                     "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı .....                     Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? .....                     İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü .....                     Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq .....                     Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... .....                     Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib .....                     SOCAR "RabitəBank"dan imtina etdi .....                     10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var .....                     "İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." .....                     Sabunçuda televizor pultu silaha çevrildi .....                     Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi .....                     Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq .....                     Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı .....                     Azərbaycanda sabiq rektor vəfat etdi .....                     Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Diasporumuza qarşı “xüsusi əməliyyat” .....                     Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... .....                 

Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Tarix: Bu gün, 09:15 | Çap et

“İran mənbələrinin məlumatına görə, Zəngəzur dəhlizinin eni 6 km olacaq və Türkiyənin cənub-şərqindəki "David dəhlizi" ilə birləşdiriləcək". Tribunainfo.az xəbər verir ki, bu iddia ilə iranlı ekspert Əhməd Kazemi çıxış edib. Onun sözlərinə görə, sülh sazişi gələn il imzalanacaq. “Əbu-Dabidə əldə olunmuş razılaşmalara əsasən, yekun sənədin 2026-cı il aprelin 24-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə İstanbulda imzalanması planlaşdırılır”.

Kazemi bundan başqa digər bir iddiasını da dilə gətirib. “Dəhliz doqquz iştirakçıdan ibarət beynəlxalq investisiya konsorsiumu tərəfindən idarə olunacaq. Gəlir aşağıdakı kimi bölüşdürülür: 40%- ABŞ, 30%- Ermənistan və Azərbaycan, qalan 30%-i isə hələ dəqiqləşməyib”.

İranlı ekspertin yekun sülh sənədinin imzalanması ilə bağlı açıqladığı tarix sual doğurur. Əvvəla, niyə məhz 24 apreldə imzalanması təftiş oluna bilər. Üstəlik, həmin gün ermənilər qondarma soyqırımını qeyd edirlər.

İkincisi, Ermənistanda gələn il gərgin dövrdür və parlament seçkiləri keçiriləcək. Seçkilər iyunda olacaq və iki ay qalmış Paşinyanın sülh sənədini imzalaması inandırıcı görünmür. Ən əsası, buna qədər referendum keçirilməli və Ermənistan konsitusiyadan ərazi iddialarını çıxarmalıdır. Paşinyan isə 18 avqustda xalqa müraciətində referendumdan söz açmadı.

Təbii ki, Ermənistana “ev tapşırığı” verilib. Prezident İlham Əliyev müsahibəsində İrəvanı həmin “ev tapşırığını” icra etməli olduğunu bildirib. Bundan sonra istənilən an sülh müqaviləsinin bağlana biləcəyini açıqlayıb. Ona görə də gələn ilin parlament seçkilərinədək Ermənistanda referendum keçirilməsi istisna deyil. Bəzi analitiklərə görə, Paşinyan 2026-cı il seçkilərinə qədər konstitusiyaya düzəliş etmək və yekun sülh sənədini imzalamaqla ölkəsinə, xalqına dayanıqlı sülh gətirdiyini deyərək parlamentdə qələbəsini sığortalamış ola bilər.

Xatırladaq ki, Bakı və İrəvan sülh mətnini avqustun 8-də Ağ Evdə paraflayıblar. Bu da geri oxunması mümkün olmayan sənəddir.

Bu mənada, iranlı ekspertin proqnozları nə dərəcədə real görünür? Məhz 24 apreldə İstanbulda sülh sazişi imzalana bilərmi, yoxsa yekun sənədə də ABŞ-da qol çəkəcəklər?

Siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, yekun sülh müqaviləsinin imzalanması bir tələbin icrasından asılıdır. Onun fikrincə, Ermənistan hakimiyyəti referenduma gedəcək və son şərti də yerinə yetirəcək: “İnanıram ki, Paşinyan Vaşinqton razılaşmasını pozmayacaq və sülh müqaviləsinin bağlanması üçün qanunvericiliyə dəyişikliyə gedəcək. Çünki bu prosesi uzatmaq zərərlidir və regionu qarışdırmaq istəyən qüvvələrə fürsət yarada bilər. Nə qədər ki, Rusiya və İranln bölgəyə müdaxilə etmək gücü o səviyyədə deyil, İrəvan referendumu qısa zamanda keçirməli və konstitusiyadan bizə qarşı ərazi iddialarını ləğv etməlidir. Hər halda, bu gözləntimiz yüksəkdir və Paşinyanın ictimai rəyi hazırlamaq üçün addımlar atacağını düşünürəm. Sadəcə, qarşıdakı seçkilər onu narahat edir. Bu kritik mərhələni keçərsə, yekun sülh sənədinin imzalanması üçün məlum tələbi icra edəcək”.

Ekspert istisna etmir ki, parlament seçkilərinə qədər də referenduma ola və iqtidar əlini gücləndirə bilər: “Paşinyanın xalqa müraciətində çox mühüm iki çağırış var idi. Əvvəlcə dedi ki, əgər xalq Qarabağı verdiyini düşünürsə, inqilab etsin. Bu arxayınlıqla söylədi və erməni cəmiyyətinin ovqatını gözəl bilir. Ardınca dedi ki, Qarabağa qayıdış olmayacaq. Yəni bu səhifə bağlanıb. O baxımdan, Paşinyan növbəti çıxışında elan edəcək ki, əgər Qarabağ Ermənistana aid deyilsə, onda bu iddianı konstitusiyada və müstəqillik bəyannaməsində saxlamalı deyilik. Bir sözlə, Paşinyan şüurda inqilab etməyə çalışır”.

Qarayeva yekun sülh sənədinin məhz 24 apreldə imzalanacağına şübhə ilə yanaşır və iranlı təhlilçinin ermənilərə ironiya etdiyini düşünür: “Ola bilsin ki, həmin ekspert anti-Azərbaycan şəxsdir. Guya işarə vurur ki, Paşinyan məhz uydurma genosid günü "təslimçi sülh aktı"na qol çəkəcək. Burada erməni cəmiyyətinə absurd bir eyham var. Görüş yerinin İstanbulda olmasına gəlincə, bu haqda proqnoz verməkdə çətinlik çəkirəm. Lakin yekun sənədin imzalanma mərasimi Tiflisdə də ola bilər. Sadəcə, bu prosesin təşəbbüskarı Tramp olduğu üçün elə Ağ Evdə də imzalanmasını gözləyirəm. Bizim üçün fərq etməz, əsas odur ki, bu saziş imzalansın".

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin sözlərinə görə, sənədin İstanbulda imzalanması mümkündür, sadəcə, Paşinyan bunu bir türk şəhərində etməklə erməni cəmiyyətində qıcıq doğura bilər: “Ona görə də elə Vaşinqtonda qol çəkiləcəyinə ehtimal edirəm. Çünki Tramp da bunu arzulayır. O, özünü əldə edilmiş razılaşmanın memarı hesab edir. ABŞ lideri istəməz ki, məsələyə tam nöqtə qoyulması başqa bir platformada baş tutsun. Hər halda, top Ermənistandadır və son şərti icra etməlidir. Ağ Ev rəhbəri də yekun sülh sazişinin 8 avqustda niyə imzalanmadığını yaxşı başa düşdü və etirazı olmadı. Azərbaycan Prezidenti görünür ki, amerikalı həmkarına Ermənistan konstitusiyası haqda informasiya verib, o da qəbul edib. Odur ki, İrəvan zəhmət çəksin və tələbimizi yerinə yetirsin. Məncə, sülh sənədi paraflandıqdan sonra ermənilər ayağa qalxmayıblarsa, deməli, reallıqla barışıblar”.

S.Əsədli yekun sülh müqaviləsinin seçkilərdən sonra imzalanacağını daha çox ehtimal edir: “Paşinyan seçkidə qələbəsini təmin etməklə yerini möhkəmləndirir, Rusiya təhlükəsini xeyli dərəcədə azaldır, sonra immunitetsiz vəziyyətdə olan erməni cəmiyyətini referenduma çağırır. Nəticədə isə öz hədəfinə çatacaq, revanşistlərin hay-küyü də effekt verməyəcək. Yəni biz 2026-cı ilin sonu, yaxud 2027-ci ildə yekun sülh müqaviləsinə şahid ola bilərik. Hətta Paşinyan referendumun 2027-ci ildə keçiriləcəyini anons etmişdi. Amma bu, zaman itkisidir və özünə zərərdir, prosesi tezləşdirmək lazımdır”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35
Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16
"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12
Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02
İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49
Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47
Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43
SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40
10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37
"İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30
Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21
Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15
Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08
Azərbaycanda sabiq rektor vəfat etdi - FOTO
Bu gün, 08:54
Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 08:52
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 08:49
Diasporumuza qarşı “xüsusi əməliyyat” - Bakıdan reaksiya
Bu gün, 08:47
Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... - NƏ VAXTA QƏDƏR...
Bu gün, 08:38
Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24
Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14
ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24
"1 ildir ki, bu iki qurumun arasında qalmışam" - GİLEY
Bu gün, 07:22
"Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu - FOTO
Bu gün, 07:16
Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə - NƏ ETMƏLİ?
Bu gün, 07:03
İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... - BU DA FAKT...
Bu gün, 07:01
Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
"Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" - FAKT BUDUR!
Bu gün, 06:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru