Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                 

BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Tarix: 21-08-2025, 11:00 | Çap et

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi dövləti sabotaj edən, ona ən ciddi problem və təhdid yaradan, xalqla üz-üzə qoyan yeganə strukturdur. Necə deyərlər, xalqı hökumətdən narazı salan da, dövlətin özünə başağrısı, yük olan da məhz bu qurumdur. Çünki bir yandan su problemi ilə əhalini boğaza yığıb, Bakının ayrı-ayrı yerlərində tez-tez şikayətlər gəlməkdədir, digər tərəfdən isə dövlətə olan vergi borcunu qaytarmır. Bu, necə bir təşkilatdır?
Məlum olur ki, özlərinə biznes səltənəti quran, bahalı avtomobillərdə şütüyən “Azərsu” rəhbərliyindəki şəxslər dövlətə yaranmış külli miqdarda vergi borcunu ödəmir.
Anxeber.Az yazır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (keçmiş "Azərsu" ASC) dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb.
Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarından informasiya əldə edib.
Məlumata görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 23 614 998,85 manat (23 milyon 614 min 998 manat 85 qəpik) vergi borcu mövcuddur.
Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nizamnamə kapitalı isə 2 400 427 052 manatdır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Azərbaycan Prezidentinin 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb. Qurum istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Xidmət içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini təmin edir. Amma edirmi? 23 milyon vergi borcu yığılıb, xalqı da su ilə normal təmin etmir. Bu yay şəhərin müxtəlif ərazilərində yaşanan su fəlakəti hər kəsə bəllidir.
Onu da deyək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ölkə üzrə 1 823 757 abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir. Bunların 1 750 522-i əhali, 73 235-i isə qeyri-əhali abunəçiləridir. Ölkə üzrə abonentlərin 79,5 faizi, Bakı şəhəri üzrə 82 faizi, regionlarda isə 73,3 faizi fasiləsiz içməli su ilə təmin olunur. Xidmətin balansında 21 000 km uzunluğunda su, 10 500 km uzunluğunda kanalizasiya və yağış suları xətləri mövcuddur.
Di gəl, ortada nə real iş var, nə də qurum dövlətin vergini borcunu ödəyir. Yəni abonent 5 manat su borcunu gec ödəyəndə dərhal xəttini bağlayan “Azərsu” özü 23 milyonluq vergi borcundan bir qəpik vermir. Burada deyərlər ki, ağası Gülüm olanın, başına külüm olar...
Və bu azmış kimi, qurumun danışmağa dili də var. Sən əhalini normal, fasiləsiz su ilə təmin etmə, yayın istisində evlər susuz qalsın, vətəndaşların şikayətlərinə məhəl qoyma, bəhanə et ki, guya tələbat artıb, təzyiq yoxdur, amma həm də dövlətə kələk gəl – 23 milyon vergi borcunu ödəmə. Halbuki bu maliyyə imkanları ilə müasir su xətləri çəkilməli, suyun təzyiqi ən yüksək səviyyədə təmin olunmalı, dövlətin də vergi borcu qaytarılmalıdır.
Amma agentlik rəhbəri Zaur Mikayılov İqtisadiyyat Nazirliyi yanında vergi xidmətini də, xalqı da deyəsən, barmağına dolayıb. Bundan əlavə, bir sıra MTK-ların su sayğaclarının qoyulması, quraşdırılması, texniki şərtin alınması, ümumən su təminatında problemlər var. Amma “Azərsu” rəhbərliyi ona edilən xahişləri də nəzərə almır.
Bir sözlə, struktur və kadr dəyişikliklərinə rəğmən, su təsərrüfatında heç bir inqilabi yenilik olmadı. Oldusa belə, mənfiyə doğru müşahidə etmək olar. Ən azından əvvəllər bu problemlərlə üz-üzə qalmazdıq. Amma adı gurultulu olan, inzibati binası kənardan malikanəyə oxşayan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeliyindəki qurumlar özünü doğrultmadı. Eyni zamanda, bu sözləri rəhbərlikdə təmsil olunanlar, idarəetmə barəsində də söyləmək mümkündür.
Bu faktın – yəni vergi borcunu ödəməməsinin üzə çıxması isə təsdiqlədi ki, sözügedən strukturun idarəçiliyi nədən ibarətdir. Əslində, vergi xidməti məhkəməyə üz tutmalı, ödənişlərin olunmasını tələb etməlidir. Bu məsələdə boşluğa yol vermiş şəxslərə hətta vergi cinayətinin açılması belə istisna deyil. Söhbət dövlətin vergi borcunu ödəməməkdən gedir. Vətəndaşın bir manat belə kommunal, yaxud vergi borcu olanda onun gözünü çıxarıb alırlar, suyunu kəsirlər. Bəs Zaur Mikayılovun agentliyinə bu nə yumşaq münasibətdir? – Sual cavabsızdır...

Anxeber.Az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru