Regional Su Meliorasiya Xidməti tərəfindən 2 ədəd açıq tender elan olunub.
"DİA-AZ" xəbər verir ki, birinci tender nasos aqreqatlarının (vertikal) satın alınması ilə bağlıdır. Ehtimal olunan qiymət 3 672 553 AZN təşkil edir. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış tarixi 18 sentyabr 2025-ci il, saat 18:00 olaraq müəyyən edilib. Tenderdə iştirak haqqı 1000 AZN-dir.
İkinci tender isə kanalizasiya nasos aqreqatlarının (dalğıc) satın alınması ilə bağlıdır və ehtimal olunan qiyməti 2 269 222 AZN təşkil edir. Təkliflərin təqdim olunması və zərflərin açılışı da 18 sentyabr 2025-ci il, saat 18:00-dir. İştirak haqqı eyni qaydada 1000 AZN olaraq müəyyən edilib.
Hər iki tender üzrə əlaqə üçün məsul şəxs şöbə müdirinin müavini – sektor müdiri Elşad Fərəcovdur ([email protected], telefon: +994 12 377 07 70 (601)).