Azərbaycanda ev təsərrüfatı (ailə) başçısının qadın olduğu evlərdə adambaşına düşən aylıq istehlak xərcləri ailə başçısının kişi olduğu evlərlə müqayisədə daha çoxdur.
Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ailə başçısı kişi olan evlərdə adambaşına düşən aylıq istehlak xərcləri 368,6 manat olduğu halda, ailə başçısı qadın olan evlərdə adambaşına düşən aylıq istehlak xərcləri bundan 4,8% və ya 17,7 manat çox – 386,3 manat olub.
Ailə başçısı qadın olan evlərdə qadınlar yalnız siqaret, alkoqollu içkilər və nəqliyyata kişilərdən daha az pul xərcləyiblər. Digər istehlak xərclərində isə qadınlar kişilərdən daha çox pul xərcləyirlər. Məsələn, ailə başçısı qadın olan evlərdə qida məhsullarına ayda adambaşına 172,4 manat, ailə başçısı kişi olan evlərdə isə 159,7 manat xərclənib.