Sumqayıt şəhərində yerləşən 21 nömrəli məktəbin əsaslı təmirinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Bu barədə İqtisadiyyat.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 1176 şagird yerlik məktəbin əsaslı təmiri işlərinin icrası “Meqaplus” firmasına həvalə olunub. Nazirliklə şirkət arasında müqavilə də bağlanılıb.
Müqaviləyə əsasən, məktəbin əsaslı təmiri işlərinə 4 milyon 430 min manatdan çox vəsait sərf olunacaq.
Qeyd edək ki, ötən ilin sentyabrından bağlanan məktəbin əsaslı təmirinin yeni tədris ilinə qədər başa çatdırılması nəzərdə tutulur. Məktəbin şagirdləri isə şəhərdəki digər təhsil müəssisələrinə köçürülüb.
Xatırladaq ki, 21 nömrəli məktəb 1971-ci ildən fəaliyyət göstərir.