Xəbər verdiyimiz kimi bir neçə dəfə Naxçıvanda qazi ailəsinə qarşı özbaşınalıqdan bəhs etmişdik.
Belə ki, I Qarabağ müharibəsində kəllə-beyin travması alaraq, l qrup əlil statusu qazanan Faiq Firdovsi oğlu Quliyevin ailəsi öz 50 illik şəxsi torpaqlarında, yaşayışlarını təmin etmək üçün dükan tikə bilmirlər.
Əslində bunu hökumət etməlidir. Bu ailəyə isə nəinki dövlət kömək etmir, əksinə özəl torpaqlarında özlərinin də tikməyinə mane olurlar. Buna Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev şəxsən rəhbərlik edir!
Qeyd edək ki, Şahbuz rayonunda və Naxçıvan şəhərində belə dükanları mərkəzi yoldan yalnız piyada səkiləri ayırır.
F. Quliyev prezidentə, Birinci vitse-prezidentə, Milli Məclis sədrinə dəfələrlə müraciətlər edib.
Lakin şikayətə nədənsə baxan olmayıb ki, olmayıb.
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi olan Fuad Nəcəfli bu haqda Prezident Administrasiyasına niyə məlumat vermir, bu çox maraqlıdır.
Axı F. Nəcəfli hər dəfə Şahbuzun başçısına tapşırır ki, qazi ailəsidir, bu ailəyə köməklik göstərilsin.
Əgər Rəfayıl onu da saymırsa, nə üçün o, bu barədə cənab prezidentə məruzə etmir?
"DİA-AZ"