"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb .....                     AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib .....                     Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib .....                     "Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" .....                     Nuranə Babayeva şöbə müdiri təyin olundu .....                     Paşinyandan Ter-Petrosyana məsləhət: .....                     Baş nazir millətinə reallıqları çatdırır .....                     Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır .....                     “7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” .....                     ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib .....                     Xalq artisti yatağa düşdü .....                     “Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır .....                     “Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... .....                     7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... .....                     Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? .....                     Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... .....                     Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. .....                     Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi .....                     "Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" .....                     "İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" .....                     ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? .....                     Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI .....                     İlham Əliyev Türkmənistana .....                     Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb .....                     ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... .....                     "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." .....                     Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR .....                     İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? .....                     Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... .....                     Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? .....                     İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... .....                     Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? .....                     İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... .....                     Bu qida məhsulları BAHALAŞACAQ... .....                     Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir .....                     Vüqar Əsgərov gömrük sistemini qarışdırır .....                     Bülletendə olanların pulu aylardır ödənilmir .....                     Əbülfəz Elçibəyin vəfatından 25 il ötür .....                     Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir .....                     Gələcəyin sahibləri .....                 

Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: Bu gün, 06:46 | Çap et

Rusiya ordusu avqustun 18-nə keçən gecə pilotsuz uçuş aparatları ilə Ukraynanın Odessa vilayətinə hücum edib. Regionun hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, zərbə yanacaq-energetika infrastruktur obyektinə yönəlib. Onun sözlərinə görə, nəticədə güclü yanğın başlayıb və alovun söndürülməsi üçün “Ukrzaliznitsya”nın xüsusi qatarı cəlb olunub.

Yerli KİV-in məlumatına görə, dronlar Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus terminalı vurub. Bu məlumatı həmçinin Rusiyanın “Z” kanallar da təsdiqləyib. Rusiyanın “Troyka” teleqram-kanalının paylaşımında deyilir: “Azərbaycanın SOCAR şirkətinin Odessa vilayətinin Usatovo kəndində yerləşən neft bazasına yeni zərbə endirilib. Məqsəd prezident İlham Əliyevin arxayınlaşmamasıdır”.

Məlumatda bildirilir ki, dronların birbaşa zərbələri nəticəsində terminalın bütün 17 çəni, nasos stansiyası, operator otaqları və texniki binaları məhv edilib. Anbarda 16 min kubmetrdən çox yanacaq olub. Zərərin miqyası dəqiqləşdirilir, təcili bərpa işləri aparılır.

Bu, son 10 gün ərzində həmin neft bazasına edilən ikinci kütləvi hücumdur. Avqustun 8-də də rus hərbçilərinin bazanı PUA-larla vurması nəticəsində dizel boru kəməri zədələnmişdi, SOCAR-ın dörd əməkdaşı ağır yaralanmışdı. Bundan iki gün əvvəl isə Novoselskoye kəndində yerləşən “Orlovka” kompressor stansiyasına hücum olmuşdu. Bu stansiya vasitəsilə Azərbaycan qazı Trans-Balkan qaz kəməri ilə Ukraynaya ötürülür. Bundan sonra Caliber nəşrinə yaxın mənbələr Azərbaycan hakimiyyətinin Ukrayna Silahlı Qüvvələrinə silah göndərmək məsələsini nəzərdən keçirdiyi barədə məlumat vermişdi.

Bundan başqa, prezident İlham Əliyev Ukraynaya əlavə olaraq 2 milyon dollarlıq humanitar yardım ayırdı və prezident Volodimir Zelenski ilə telefonla danışdı. Onlar Rusiyanın Azərbaycana bağlı olan obyektlərə məqsədyönlü hava zərbələrini qınayaraq, belə addımların heç bir halda ölkələr arasında enerji sahəsində əməkdaşlığın dayanmasına səbəb olmayacağını vurğulayıblar.

Maraqlıdır, Rusiya bununla nə əldə etmək istəyir? Bu hücumların Putinin xəbəri olmadan endirilməsi qətiyyən inandırıcı deyil. Halbuki, belə zərbələr vəziyyəti yalnız gərginləşdirir və Rusiya-Azərbaycan münasibətlərinin normallaşması perspektivini daha da uzaqlaşdırır.

Son hadisələrlə bağlı Pressklub.az-a danışan müstəqil analitik Rəşad Rzaquliyevin sözlərinə görə, dünyada baş verənlərin Azərbaycanı seçim qarşısında qoyduğunu anlamağın vaxtıdır.

Ya biz dövlət və millət olaraq aktiv geosiyasi mərkəzlərin diktəsinə tabe olmadan öz maraqlarımızı müdafiə edirik, ya da kiminsə qeyri-müəyyən perspektivli əlaltısına çevrilməyə razı oluruq. Ən pisi isə müstəqilliyimizi və suverenliyimizi yeni dünya düzənindən əvvəlki geosiyasi xaosdan asılı vəziyyətə salmaqdır.

Azərbaycan, prezident İlham Əliyev rəhbərliyi və ictimaiyyətin dəstəyi ilə “geosiyasi komplimentarlığı” kənara ataraq öz müstəqil oyununu aparmağa başladı. Bəli, müstəqil siyasətimiz, öz maraq və prinsiplərimizin “qiymətini” ödəməli olacağıq. Bəli, ləyaqətli gələcək naminə “paralel itkilər” də olacaq. Təəssüf ki, bununla barışmaq lazım gələcək.

Rusiya Federasiyası, demək olar ki, “mental səviyyədə” militarizasiya olunur. “Bizimlə olmayan – bizə qarşıdır” Bibliya prinsipinin dəyişdirilmiş forması Rusiyada getdikcə daha çox özünü göstərir. Azərbaycan isə cəsarətlə bəyan edir ki, özünə və vətəndaşlarına qarşı imperiya saymazlığına dözməyəcək. Azərbaycan ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla münasibətlərdə sürətli siyasi-diplomatik sıçrayış formatının təşəbbüskarı kimi çıxış etdi. Bu da Cənubi Qafqaz regionunun dinc gələcəyinə xidmət edəcək. Və əslində sübut etdi ki, Rusiyanın bölgədəki vasitəçiliyi nəinki qeyri-effektivdir, həm də zərərli və dağıdıcı xarakter daşıyır”, – ekspert vurğulayıb.

O xatırladıb ki, Azərbaycan Rusiya və İranın ərazilərindən yan keçən beynəlxalq nəqliyyat-logistika dəhlizinin formalaşdırılmasında fəal iştirak etməyə başlayıb. “Azərbaycan açıq şəkildə bəyan etdi ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi təcavüz aktıdır. Rusiyanın siyasi rəhbərliyinin mövqeyi bütün Avrasiya məkanında sülh və sabitliyin əldə olunmasına dağıdıcı təsir göstərir.

Nəticədə bu gün baş verənləri görürük. Rusiya öz ölkəsində Azərbaycan diasporunun fəallarını təqib edir, dövlət terrorundan və məhkəməsiz cəzalandırmadan belə çəkinmir. Rusiya Azərbaycanın neft və neft emalı sənayesinə qarşı diversiyalardan istifadə edir. Və bu, hələ başlanğıcdır.

Rusiya sürətlə düşmənə çevrilir. Bu vəziyyət bir vaxtlar mövcud olan yaxşı münasibətləri xatırlayanda təəssüf doğurur. Amma baş verənlərin geri dönüşsüz olduğunu da göstərir. Və əminlik yaradır ki, Azərbaycan müasir tarixin düzgün tərəfini seçib. Həqiqət və ədalətin yalan və zorakılığa qarşı duran tərəfini”, – Rzaquliyev bildirib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11
AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09
Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01
Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54
Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52
Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50
Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır
Bu gün, 10:49
“7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:45
ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 10:39
Xalq artisti yatağa düşdü
Bu gün, 10:31
“Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır
Bu gün, 10:27
“Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Bu gün, 10:17
7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? - VİDEOFAKT
Bu gün, 10:02
Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... - BU NƏDİ BELƏ?
Bu gün, 09:55
Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. - “Hraparak”
Bu gün, 09:41
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29
"İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19
ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17
Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12
İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06
Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb - FOTO
Bu gün, 09:02
ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... - Ümumiyyətlə, imtina etməz...
Bu gün, 08:59
"AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52
Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45
İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37
Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31
Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31
İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30
Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? - GƏLİŞMƏ
Bu gün, 07:26
İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... - FAKT BUDUR!
Bu gün, 07:25
Bu qida məhsulları BAHALAŞACAQ... - GÖZLƏNTİ
Bu gün, 07:22
Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir - “Biz qorxurduq ki...”
Bu gün, 07:06
Vüqar Əsgərov gömrük sistemini qarışdırır - İTTİHAM VAR...
Bu gün, 07:04
Bülletendə olanların pulu aylardır ödənilmir - “sistemdə problem var” bəhanəsi ilə xəstələrə dərd verilir
Bu gün, 06:59
Əbülfəz Elçibəyin vəfatından 25 il ötür - ANIM
Bu gün, 06:52
Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:46
Gələcəyin sahibləri - Eltən Törəçi yazır...
Bu gün, 06:44
İmtahan, yoxsa tələ? - AKTUAL
Bu gün, 06:40
Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38
"Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." - FOTO
Bu gün, 06:35
Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı – Həmin şəxslər ölkəmizə gələrsə…
Bu gün, 06:31
ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib - CBS telekanalı
Bu gün, 06:26
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru