Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                 

“Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Tarix: 22-08-2025, 10:17 | Çap et

Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli Fransanın RFI radiostansiyasının rus xidmətinə müsahibə verib. Haqqın.az yazır ki, AXCP sədri müsahibəsində bir sıra ziddiyyətli bəyanatlar və açıq-aşkar manipulyasiya xarakterli şərhlər səsləndirib.

Maraqlıdır ki, RFİ jurnalisti müsahibədə Azərbaycan əleyhinə qərəzli mövqeyi ilə seçilib. Məsələn, Azərbaycan Prezidentinin Vaşinqtona səfərindən az sonra dərc olunmuş ABŞ Dövlət Departamentinin “siyasi məhbuslar” hesabatına çoxlu istinadlar edib. “Əlbəttə, "siyasi məhbuslar" mövzusu Ə.Kərimlinin də ürəyincə olan mövzudur, çünki radikal müxalifət bu mövzuda beynəlxalq strukturların diqqətini və qrantlarını cəlb etmək vasitəsi kimi istifadə olunur", - deyə Haqqın.az yazır.

Müsahibəyə gəlincə, Ə.Kərimli “Azərbaycan müxalifətinin sıxışdırılması və siyasi meydanda zərərsizləşdirilməsi” barədə ağızdolusu danışır, amma ölkədə siyasi dialoqun təşəbbüskarının məhz Azərbaycan hakimiyyəti olduğunu ya “unudur”, ya da bilərəkdən görməzlikdən gəlir. Rusdilli sayt bu mövzudakı şərhində yazır ki, AXCP ardıcıl olaraq hakimiyyətin dialoq təşəbbüsü rədd edib, konstruktiv əməkdaşlıq proseslərində iştirak edən qüvvələri isə tənqid edib və təzyiq göstərib.

AXCP sədri hakimiyyətə iddialı olduğunu desə də, yenə də unudur ki, uzun illər ardıcıl olaraq bütün səviyyələrdə seçkiləri boykot edib. Əslində Ə.Kərimli seçkilərdə iştirakdan imtina etməklə bu prosesi gözdən salmaq üçün çalışıb. Nəhayət, AXCP sədrinin indilikdə hakimiyyətə qarşı yenidən “boy göstərmək cəhdi” Vaşinqton görüşündən narahat olan Rusiya və Fransanın anti-Azərbaycan mövqeyinə dəstək kimi qiymətləndirilə bilər.

Hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki təmsilçilərindən olan Aydın Mirzəzadə “Yeni Müsavat”a dedi ki, AXCP sədrinin açıqlamaları təəccüblü deyil: “Radikal müxalifətçi Əli Kərimli heç vaxt Azərbaycanı sevməyib. Onun fəaliyyəti dövründə özünü hüquqşünas, demokrat müxalifət kimi göstərsə də, əslində əsas məqsədi Azərbaycan iqtidarına deyil, ümumilikdə Azərbaycana müxalif olmaqdır. Torpaqlarımız 30 ilə yaxın müddətdə işğal altında qalanda bir dəfə də olsun ki, işğaldan, bir milyona yaxın məcburi köçkün faktorundan, onların acınacaqlı həyatından danışmayıb. Ermənistanı heç zaman pisləməyib. Azərbaycana qarşı xaricdən olan siyasi təzyiqlərdən də danışmayıb. Vətən müharibəsi dövründə Fransa və bir neçə digər dövlətin ölkəmizə qarşı təzyiqlərinə susub. İndinin özündə də işğaldan azad olunan torpaqlarda görülən işlərdən, Türk dünyasının birliyinin yaradılması üçün Azərbaycanın göstərmiş olduğu fəaliyyətdən heç zaman söz açmayıb. O, həmişə Azərbaycana müxalif olaraq, beynəlxalq birlikdə ölkəmizi mənfi qələmə verməyə çalışıb. Əli Kərimli olmayan məsələləri şişirtməyə, eyni zamanda onu zorla Azərbaycana diktə etməyə çalışır. Siyasi məhbus məsələsindən danışır. Halbuki ölkəmizdə siyasi əqidəsinə görə həbs edilən bir nəfər də yoxdur. Bütün məhkəmə prosesləri açıq şəkildə keçirilir. Əgər Azərbaycanda radikal müxalifət sıxışdırılırsa, niyə Əli Kərimli sərbəst gəzir? Necə olur ki, bu gün Azərbaycan iqtidarını Əli Kərimlidən də sərt tənqid edən Qüdrət Həsənquliyev, Fazil Mustafa və digərləri ölkə parlamentində fəaliyyət göstərirlər? Əli Kərimli Fransa mətbuatına verdiyi müsahibədə Fransanın Azərbaycana qarşı ədalətsiz mövqeyinə, Parisin İrəvanın işğalçılıq siyasətinə nədənsə heç bir fikir bildirmədi. Eyni zamanda nədən Azərbaycan Prezidentinin Vaşinqtona uğurlu səfərinə və bu səfər nəticəsində bədnam "907-ci düzəliş"in dayandırılması barədə ABŞ Prezidentinin sərəncamına toxunmadı? Amerika ilə Azərbaycan arasında strateji əməkdaşlıq barədə sazişin imzalanmasına hazırlığın getməsinə nə üçün toxunmur? Əli Kərimlinin indi Fransa radiosuna müsahibə verməsi mümkündür ki, xaricdən gələn tapşırıqdır. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, ABŞ kimi ölkə ilə Trampın gəlişindən sonra münasibətlərin əvvəlki konstruktiv həddə çatması həmin dairələri narahat edir. Əli Kərimli vasitəsilə onlar buna kölgə salmağa çalışırlar. Əvvəlki sədr Əbülfəz Elçibəydən təhvil aldığı siyasi partiyada Elçibəy dövründə fəaliyyət göstərən şəxslərdən kimsə qalmadı. Onların hamısını partiyadan uzaqlaşdırdı. Mətbuatda da göründüyü kimi, onun rəhbərlik etdiyi təşkilatda şəxsiyyətəpərəstlik yaranıb. Onu tənqid etmək, fərqli fikir söyləmək mümkün deyil. Qurultay qabağı namizədliklərini verəcək insanlar təcili partiyadan xaric olunur. Onun partiyasında özündən başqa kimsə Azərbaycan siyasətində tanınmır. Öz təşkilatında tərəfdarlarına nümunə olmayan bu gün Azərbaycan cəmiyyətinə nə nümunə verə bilər?"

AMİP liderinin köməkçisi Əli Orucov Ə.Kərimlinin islahını qeyri-mümkün sayır: “Heç kim inkar etmir ki, partiyaların və mətbuatın, eləcə də vətəndaş cəmiyyəti institutlarının tam sərbəst fəaliyyət göstərməsində çatışmazlıqlar qalır. ABŞ Dövlət Departamentinin yaydığı hesabatda Azərbaycanla bağlı hissəsində əksini tapanlar şişirdilib. Bu, Azərbaycanı istəməyən və təzyiq altında saxlamaq istəyən qüvvələrə pas ötürməkdir. Azərbaycan elə bir geopolitik məkanda yerləşir ki, mərkəzi hakimiyyət möhkəm olmasa, indiki mürəkkəb dönəmdə idarə etmək və təhlükəsizliyini, maraqlarını qorumaq çətin olardı. Demokratiya adı altında anarxiya Azərbaycanı uçuruma aparardı və əldə edilən böyük zəhmət və səylər hesabına uğurlar da puç olardı. Dünya dəyişir, mübarizənin üsulları və metodları də dəyişir. Ancaq AXCP və onun lideri Əli Kərimli hələ də 90-cı illərdə qalıb. Elə zənn edir ki, Azərbaycanı xarici ölkələrə, xüsusən də Fransa kimi bizə münasibəti neqativ olan dövlətin mediasında pisləməklə nəyəsə nail ola biləcək. Problemlərin olduğunu heç kəs inkar etmir, ancaq bu problemlər daxildə dialoq və dəyirmi masa arxasında müzakirəyə çıxarılıb həll edilir. Fransa ermənidən betərdir. AXCP lideri bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə, demək, onun islahı qeyri-mümkündür”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru