Türkiyəli iş adamı, “Massimo Group MMC” şirkətinin rəhbəri Necib Köse Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov barədə ittiham məzmunlu iddialar səsləndirib. Şirkət rəhbəri sosial şəbəkə hesablarında videomüraciət paylaşaraq, B.Yusifovun ona külli miqdarda borcunun olduğunu deyib.
Globalinfo.az xəbər verir ki, söhbət Şıxov ərazisində yerləşən, dəyəri təxminən 25 milyon manat olan villa üçün sifariş edilən mebel işlərindən gedir.
Onun sözlərinə görə, “Massimo Group” həmin villanın bütün otaqlarını mebellə təchiz edib, lakin sifariş icra olunduqdan sonra ödəniş olunmayıb.
İş adamı 8 aydır vəsaitini ala bilmədiyini deyir.









