“Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi artezian quyular qazdırır, su xətləri çəkdirir.
Pravda.az-ın xəbərinə görə, bu işlərə 54 610 AZN xərclənəcək.
Xidməti “Aktiv-A” MMC həyata keçirəcək.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.