Milli Onkologiya Mərkəzi tərəfindən keçirilən tender ləğv edilib.
"DİA-AZ" xəbər verir ki, sözügedən tender Milli Onkologiya Mərkəzinin korpuslarında cari təmir işlərinin həyata keçirilməsi məqsədilə elan edilmişdi. Tenderin ləğv edilməsinə səbəb, iştirak etmək üçün təklif verən və tələb olunan lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderin ehtimal olunan qiyməti 279 881 AZN təşkil edirdi. Müsabiqə 25 iyul tarixində elan olunub, təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə 19 avqust saat 15:00 olub. Ləğv “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1. maddəsinə əsasən həyata keçirilib.