Gənclər və İdman Nazirliyi tenderə yekun vurub.
Tribunainfo.az xəbər verir ki, dövlət qurumu dünən nəticələri açıqlayıb.
Belə ki, nazirlik güllərin və əklillərin satın alınmasını həyata keçirəcək. Bununla bağlı “FLORA HOLLAND” MMC ilə satınalma müqaviləsi bağlayıb.
Məsələnin maraqlı tərəfi odur ki, Gənclər və İdman Nazirliyinin tenderini udan şirkət bu işlərin görülməsi üçün 88 min 888 manat 88 qəpik pul alacaq.