Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? .....                     “Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” .....                     Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, .....                     Mərkəzi Bankın valyuta ehtiyatları .....                     Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq .....                     Bakının bəyanatı Zatulini qəzəbləndirdi .....                     Eyni adama məxsus iki şirkət bağlanır .....                     Prezident Əliyev Rusiyaya buna görə cavab verdi .....                     Reklamdan gələn pullar hara gedir? .....                     Naxçıvan Ali Məclisinin nəşriyyatı .....                     Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi .....                     Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ .....                     "Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" .....                     Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır .....                     İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti .....                     Vahid Məhkəmə Portalında növbəti çətinlik .....                     Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb .....                     Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı .....                     Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq .....                     Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj .....                     Rusiya-NATO gərginliyi VƏ... .....                     Rusiyadan Bakıya sıçrayan təhlükə .....                     Biz harda nə qədərik? .....                     “Müasir Mühəndis Texnologiyaları” MMC-nin səhmdarları bir araya gələcək .....                     Naxçıvanda bu qurum üçün yeni bina tikiləcək .....                     "Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib" .....                     `Bayıldım`dakı xidmətə ancaq BAYILMAQ OLAR .....                     Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? .....                     Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib .....                     Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır .....                     Növbəti hədəf Qod Nisanov ola bilərmi? .....                     Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır .....                     "İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" .....                     Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... .....                     Buna müştəri ilə məzələnmək deyərlər .....                     ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb .....                     Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb .....                     Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… .....                     Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ .....                 

Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 08:23 | Çap et

Rusiya Azərbaycanla bütün körpüləri yandırmaqda davam edir. «Московский комсомолец» nəşrində Azərbaycanın nasistlərlə müqayisə edilməsi bu qəbildən növbəti addımdır. Nikita Mixalkovun “Rossiya 24” kanalında efirə gedən müəllif verilişində türk soyuna malik olan xalqların, o cümlədən Azərbaycan və Özbəkistan respublikalarının müstəqilliyini təhdid edən çağırışların ardınca “Московский комсомолец» in Bakını ittiham edən çıxışı Kremlin imperiya hikkəsinin, velikorus şovinizminin nümayişidir. Moskva hər vəchlə çalışır ki, Bakı ilə münasibətlərdə yaranmış gərginliyin əsl səbəbləri arxa plana keçsin. Əsl səbəb isə Qroznı-Bakı reysi ilə uçan Azərbaycana məxsus təyyarəni Rusiya silahlı qüvvələrinin vurması, faciədən sonra Moskvanın özünü yumşaq desək, məsuliyyətsiz aparması, onlarla insanın ölümünə səbəb olmuş hərbi cinayəti etiraf etməməsi, kompensasiya ödəməməsi, hadisənin səbəbləri barədə detallı məlumatlar verməməsi, bir sözlə özünü həyasızcasına saymazyana aparmasıdır. Bütün bunlar barədə məqsədli şəkildə susulur, amma Rusiyanın azərbaycanlı icması, onun illərdir ki, bu ölkənin büdcəsinə milyonlar, milyardlar verən iş adamları təhdidə, təzyiqə, həbsə məruz qoyulur. Rusiyada OMON-un işgəncələri altında qətlə yetirilən azərbaycanlılar var. Azərbaycan soruşur!
Azərbaycan aydınlaşdırmaq istəyir!

Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri XİN-ə çağrılır, izahat tələb edilir! Rusiya isə özünü eşitməzliyə vurur, təzyiqi, pressinqi artırır, öz ambisiyalarını ən idbar şəkildə nümayiş etdirir. N. Mixalkov məktəblərimizdə tədris etdiyimiz tarixin məzmununu ittiham edir. Məsələn: kitabda 1990-cı ilin Qanlı Yanvarı haqqında yazılan hekayələri təftiş etməklə, Bakının küçələrinin qan gölünə qərq olması fikrini belə təkzib etməyə çalışır. Sanki belə bir qətliam olmayıb! Az qalır desin ki, Bakı Aleksandr Nevskini niyə dərsliklərdən çıxarıb? Ya da Poltava döyüşündən, I Pyotrdan niyə daha danışmırıq? Təyyarəni vurmasına, bu zaman onlarla insanın öldürülməsinə, cinayətə görə cavab vermək əvəzinə hələ bir OMON-un Yekaterinburqda özünü gestapodakılardan da betər aparması, soydaşlarımızı döyərək qətlə yetirməsi tək faktlara susaraq, öz bəd əməllərini bir kənara qoyub Azərbaycanı nasizmdə günahlandırması ondan xəbər verir ki, irəlidə bizi-Azərbaycan mediasını (sosial media da daxil olmaqla!) məkrli, həyasız, amma həm də çox güclü rəqiblə ciddi mübarizə gözləyir. N. Mixalkova da, adında sovetizm qalığını qoruyan “Московский комсомолец» ə də bir sıra adi həqiqətləri başa salmalıyıq. Məsələn, hər verilişini 50 qram araq və bir cüt duzlu xiyarla başa vuran Nikita Mixalkovu qandırmalıyıq ki, Azərbaycan artıq 35 ilə yaxındır ki, müstəqil dövlətdir və onun vətəndaşı 1990-cı ilin 20 Yanvarını məhz qanlı, qəddar sovet cinayəti kimi qəbul edir. Etməlidir! Rusiya SSRİ himninə sahib çıxmaqla o qanlı qırğına da sahib çıxdığını artıq çoxdan etiraf edib. Altından çıxa bilməz! Kreml ideoloqlarının Bakının kursunda dönüklük axtarması isə sadəcə axmaqlıqdır. Çünki Prezident İ. Əliyev həmişə olduğu kimi yenə də öz mövqeyindədir. Nə soruşduğunu, kimdən soruşduğunu, nə üçün soruşduğunu, nə vaxt soruşduğunu yaxşı bilir. Çaşan məhz Kremldir. Yeni reallıqları “unudan” Kremldir. Axı Qarabağda hansısa abidələrin demontaj edilməsi yeni söhbət deyil. Xankəndidə Ayvazovskinin abidəsindən əvvəl S. Şaumyanın abidəsi sökülüb. Obrazlı desək, bunlar Qarabağın minalardan təmizlənmə prosesinin davamıdır. Ayvazovskinin abidəsi də, “Russkiy dom” kimi qanunsuzluq nişanəsi olub və öz qanuni aqibətinə yetişib. Nasizmin bura nə dəxli? Bəli, tarix kitablarımızda “Böyük Vətən müharibəsi” istilahı artıq “İkinci Dünya müharibəsi” ifadəsi ilə əvəz edilib. Və, Azərbaycan bununla həmin müharibədə iştirakının yerini daha obyektiv göstərmiş olur. Bir vaxtlar, o məkana vətən deyirdilər. Amma indi öz müstəqil vətənimiz var. O zaman canını fəda edənlərin fədakarlığı bu gün, Müstəqil Azərbaycanın üfüqlərində tam başqa cür görünür. Rusiya bu faktla niyə barışmağa can çəkir? İndi Xankəndidə separatizmin bütün qalıqları ləğv edilir. Azərbaycanda S. M. Kirovun, 26 Komissarın, K. Marksın heykəlləri kimi Ayvazovskinin də abidəsi demontaj edilib. Bülbülün, Natəvanın, Üzeyir bəyin heykəlləri güllələnəndə faşistləri xatırlamayan «Moskva Komsomolu»nun bu gün Azərbaycanı “nasizmdə” ittiham etməsi ən azı gülüncdür, riyakarlıqdır. Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını iddia edən Moskva Ayvazovskiyə Xankəndidə heykəl qoymaq istəyini məntiqə görə Bakı ilə müzakirə etməli idi. Bakının başı üstündən Xankəndidə, terrorçu, qiyamçı birləşmələrlə separat şəkildə Ayvazovski söhbəti aparmaq səmimiyyətdən, dürüstlükdən uzaq, Mixalkovun təbirincə desək, Qafqaza yaraşmayan namərd addım idi. Rusiya tez-tez bəyan edir ki, Yekaterinburqda baş verənlər(həbslər, qətllər) Rusiyanın daxili işidir. Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? Biz ki, Moskvada Mumuya heykəl ucaltmırıq. Тем более, Kremlin başı üstündən. Baxmayaraq ki, Bakıda A. S. Puşkinə abidə qoymuşuq. Çünki itin də, insanın da yerin bilirik! Elə Nikita Mixalkovun da, “Московский комсомолец» in də!

p. s. Bakı-Qroznı marşrutu ilə uçan təyyarədən qaçmaq mümkün olmayacaq. Rusiya-Azərbaycan münasibətləri o hadisədə qəzaya uğrayıb! Moskva əvvəlcə o təyyarəni xilas etməlidir! Açar ordadır!

Mir Şahin,
Real Tv











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? - AKTUAL
Bu gün, 10:49
“Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” - Biləsuvarın gömrük rəisi camaatın ərzağını yığır
Bu gün, 10:47
Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, Agentlik “stop” qoydu
Bu gün, 10:40
Mərkəzi Bankın valyuta ehtiyatları 575 milyon dollar azalıb
Bu gün, 10:29
Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq - TƏFƏRRÜAT
Bu gün, 10:27
Bakının bəyanatı Zatulini qəzəbləndirdi - “Qəbul etməyəcəyik”
Bu gün, 10:20
Eyni adama məxsus iki şirkət bağlanır
Bu gün, 10:19
Prezident Əliyev Rusiyaya buna görə cavab verdi – Pol Qobldan mühüm açıqlama
Bu gün, 10:17
Reklamdan gələn pullar hara gedir? -Cahid Həsənovdan ilginc AÇIQLAMA
Bu gün, 10:14
Naxçıvan Ali Məclisinin nəşriyyatı yüksək məbləğdə borca düşüb
Bu gün, 10:11
Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi - SƏBƏB
Bu gün, 10:09
Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ - “Eptal Group” MMC ilə şübhəli müqavilə: 776 min manata...
Bu gün, 10:04
"Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" - ETİRAZ
Bu gün, 10:02
Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:00
İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti - BU NƏDİ BELƏ?
Bu gün, 09:54
Vahid Məhkəmə Portalında növbəti çətinlik - BU DƏFƏ ŞƏXSİ KABİNET BÖLÜMÜ İŞLƏMİR
Bu gün, 09:48
Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb - DETALLAR
Bu gün, 09:44
Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:41
Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq - TƏFƏRRÜAT
Bu gün, 09:36
Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj – Elə bir prosesə start verilir ki…
Bu gün, 09:30
Rusiya-NATO gərginliyi VƏ... - AKTUAL
Bu gün, 09:28
Rusiyadan Bakıya sıçrayan təhlükə – 100 ildən sonra təkrarlana bilər
Bu gün, 09:05
Biz harda nə qədərik?
Bu gün, 09:03
“Müasir Mühəndis Texnologiyaları” MMC-nin səhmdarları bir araya gələcək - TOPLANTI
Bu gün, 08:59
Naxçıvanda bu qurum üçün yeni bina tikiləcək
Bu gün, 08:52
"Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib" - NARAZILIQ VAR...
Bu gün, 08:49
`Bayıldım`dakı xidmətə ancaq BAYILMAQ OLAR - GİLEY
Bu gün, 08:35
Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:23
Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib - “Fox Business”
Bu gün, 08:16
Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 08:13
Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır - Tornton
Bu gün, 07:14
Növbəti hədəf Qod Nisanov ola bilərmi? - İLGİNC İDDİALAR
Bu gün, 07:12
Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 06:48
"İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" - Zərdüşt Əlizadə ŞƏRH EDİR
Bu gün, 06:40
Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... - İTTİHAM VAR...
Bu gün, 06:31
Buna müştəri ilə məzələnmək deyərlər - Başqa NƏ DEYƏK?
Bu gün, 06:25
ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
Bu gün, 06:17
Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb - Ukrayna MÜDAFİƏ OLUNUR...
Bu gün, 06:09
Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt
Bu gün, 06:07
Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ - FAKT BUDUR!
Bu gün, 06:05
Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək - KİV
Bu gün, 05:40
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
Bu gün, 05:36
Tərtərdə silahla insident törədən qazi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 05:34
Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27
"Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24
Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22
İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18
Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43
Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41
Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru