ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bu həftənin ortalarında Rusiyaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp bildirib.
Amerika prezidentinin sözlərinə görə, Uitkoffun səfəri çərşənbə və ya cümə axşamına planlaşdırılıb.
"O, Qəzzada humanitar vəziyyətə, o cümlədən ərzaq çatdırılmasına diqqət yetirir. Görüşə Rusiya tərəfi maraq göstərib", - Tramp izah edib.