Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu .....                     Tramp Əliyev və Paşinyanı Ağ Evdə qəbul edəcək .....                     Ermənilər azərbaycanlı dizaynerin geyimini öz adlarına çıxıblar .....                     Ərdoğan Kiyevə səfər edəcək .....                     İrandan Azərbaycana gətirilən “Lacoste” ayaqqabıları ilə bağlı qalmaqal .....                     İran “Müdafiə Şurası”nı niyə yaradıb? .....                     Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ... .....                     Rusiya Ukrayna aeroportunu dronlar bazasına çevirir .....                     İrandan təxribatçı iddiaya təkzib: Azərbaycanı ittiham etməmişik .....                     "Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb .....                     Səhiyyə Nazirliyində yeni təyinat .....                     Saleh müəllimin BƏRDƏ YEYİNTİSİ... .....                     Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? .....                     “Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” .....                     Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, .....                     Mərkəzi Bankın valyuta ehtiyatları .....                     Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq .....                     Bakının bəyanatı Zatulini qəzəbləndirdi .....                     Eyni adama məxsus iki şirkət bağlanır .....                     Prezident Əliyev Rusiyaya buna görə cavab verdi .....                     Reklamdan gələn pullar hara gedir? .....                     Naxçıvan Ali Məclisinin nəşriyyatı .....                     Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi .....                     Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ .....                     "Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" .....                     Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır .....                     İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti .....                     Vahid Məhkəmə Portalında növbəti çətinlik .....                     Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb .....                     Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı .....                     Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq .....                     Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj .....                     Rusiya-NATO gərginliyi VƏ... .....                     Rusiyadan Bakıya sıçrayan təhlükə .....                     Biz harda nə qədərik? .....                     “Müasir Mühəndis Texnologiyaları” MMC-nin səhmdarları bir araya gələcək .....                     Naxçıvanda bu qurum üçün yeni bina tikiləcək .....                     "Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib" .....                     `Bayıldım`dakı xidmətə ancaq BAYILMAQ OLAR .....                     Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? .....                 

İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti - BU NƏDİ BELƏ?
Tarix: Bu gün, 09:54 | Çap et

Son günlərdə restoranların ödəniş qəbzinin fotolarını paylaşanlar çoxalıb. Bu yazı yazılan anlarda əldə 3 dənəsi var.

Paylaşımlara səbəb müştərilərin ödədikləri hesabı həddindən artıq, şişirdilmiş saymasıdır.

Qəbzlərin birindən anlaşılır ki, 2 adam nahar edib və 123 manat 90 qəpik hesab verib.

İkinci qəbzdən görünür ki, təxminən 4 adam 597 manat 30 qəpik hesab ödəyib.

çüncü qəbzi ictimailəşdirənlərin təşkil etdiyi ziyafətə yığışanlar 6 nəfər olub. Onlar da 1290 manat hesab veriblər.

Həmin qəbzləri burada yenidən paylaşaq, qoy oxucular adamların hansı qiymətə nə yediyini, nə içdiyini görsünlər.

Yuvarlaq götürsək, 1300 manatlıq ziyafətdə 3 şüşə “Sirab” suyunun 33 manata satılması ictimai diqqətə səbəb olmuşdu. Sanki o biri qiymətlə normalmış. Bu ona görə gözə görünür ki, “Sirab” müştəriyə on qat baha satılıb. Ancaq o biri təamların qiymətində də şişirdilmə xirtdəyə qədərdir.

Bir restoranda isə təkcə 4 maşının saxlanmasına görə 40 manat (hərəsinə 10 manat) alıblar. Bu da on qat artıq şişirdilmədir. Bir çox restoranlarda uzağı 1 manat parklama haqqı aalırlar, ya da almırlar. Elə supermarketlər var ki, bazarlıq edən sürücülərə əla parklama şəraiti yaradıb, amma ödəniş tələb etmir.
Bu cür şişirdilmiş qiymətləri normal sayan və müdafiə edənlərin əsas arqumenti budur: “Avropada da belədir”; “İtaliyada 4 adam, hərəyə bir pitsa yedik, 50 avro verdik”; “Brüsseldə spagetti yedik, bir kola içdik, 60 avromuzu aldılar” və s.

Əslində düz deyirlər, oralarda elədir. İaşə xidməti bahalıdır.

Amma ora Avropadır, orada əhalinin qazancı da burdakından 5-10 dəfə çoxdur. Avropalılar çox qazanırlar, çox xərcləyirlər. Onlar benzini də baha alırlar. İş görən ustaya (hər bir işçiyə) da bizdəkindən 5-10 dəfə artıq zəhməthaqqı verirlər.

Orada restoranlarda verilən yeməklərin qiyməti ona görə bahadır ki, ərzaqların maya dəyəri yüksəkdir, üstəlik, xidməti personala (aşpaza, qarsona, qabyuyana) yüksək maaş vermək lazımdır.

Bura Avropa deyil, burada ətin kilosu 15-20 manatdır. Başqa ərzaqlar da eləcə. Qabyuyana canları çıxa-çıxa minimum əməkhaqqı həcmində maaş verirlər, xidmətçilər 5-6 yüz manat maaş alır, ya almır. Bəlkə kababçılar bir az artıq qazana. Müdirlərin onlardan işləri keçir.

Di gəl, süfrəyə qoyulmuş təamların qiyməti hesablananda kalkulyator Avropa standartları ilə işləyir.
O boyda Avropadan götürdüyümüz yalnız otellərin, restoranların qiymət preyskurantıdır. Qalan məsələlərdə Avropa pisdir, orda deqradasiya gedir, dağılır.

Beləcə, 2-3 manatlıq dönərlə doyası mədəyə malik insanlar, necə deyərlər, bir qarın yeməyə, azı 60, çoxu 200+ manat ödəməli olurlar.

Bu xüsusda bir arqument də var: “Beşulduzlu oteldə dincəlmək, elit restoranlarda qidalanmaq lüks, komfort kateqoriyasına girir və bunlara görə çox pul ödənilməlidir.

Elədir. Ancaq məsələ ondadır ki, özünü “elit restoran” sayanlar son vaxtlar çox artıb və hamısı girəvəsinə düşəni soymağa çalışır.

Dünyanın ən bahalı çayının Azərbaycanda, Bakıda təklif edilməsi, hətta bunun məcburi xarakter daşıması (“bizdə belədir, ya çayı bu qiymətə, bütün dəsgahla birlikdə içəcəksiniz, ya da çay evini tərk edin”) barədə çox yazılıb, təkrar etməyək.

İaşə sektorunun sahibkarları hesab edirlər ki, bu ölkədə hamı pul kəsir və istənilən qiyməti ödəyəcəklər. Obyektlər də ya oliqarxlara, ya da yüksək mənsəbli məmurlara məxsusdur.

Düzdür, ölkədə, xüsusilə də paytaxtda imkanlı adamlar çoxdur və onlar lüks istirahətlərindən qalmırlar, amma baxaq, görək, hər gün restorana 1300 manat ödəyə biləcək neçə adam var.

Yəni restoranının qazancını ifrat varlı adamların və turistlərin səxavətinin ümidinə qoymaq rentabelli olmaya bilər.

Bu, cəmiyyətdə zümrəvi uçurum yaradan tendensiyadır. Bahalı restoranların, əyləncə yerlərinin yanından keçən yüz minlərlə insan özünü öz vətənində əzilmiş kimi hiss edir.

Bu cür şişirdilmiş qiymətlərin ən ciddi təsiri zamanla iaşəçilərin özünə olacaq. İnsanlar bir öynə yeməyə 100-200 manat verməkdən imtina edəcək, sərfəli alternativlər axtaracaq və tapacaqlar.

Vaxtilə məşhur olan şadlıq saraylarının hazırda ard-arda mərasim evlərinə çevrilməsinin sirri də bundadır. Onlar özlərindən sonra istifadəyə verilən “lüks palas”larla rəqabətə dözmədilər, qiymətlərini artırdılar, keyfiyyəti aşağı saldılar, daimi müştərilərini itirdilər və sıradan çıxdılar.

Hazırkı “elit restoran”lar da həm rəqabətə tab gətirə bilməyəcəklər, həm də barələrində aparılan bu kimi haqlı “qara piar”dan ziyan çəkəcəklər.

Ticarətin, xidmətin və iaşənin öz standartları, qayda-qanunları və əndazələri var. Qısa müddətdə sürətlə varlanmaq istəyənlərin hər addımı iflasa aparır. İaşəçilərin əsas gəlir qaynağı daimi müştərilərdir. Bu işlər hərəni bir dəfə soymaqla olmur.

Bu sayaq bahaçılıq ölkəmizi cazibədar turizm ölkəsi olmaqdan da çıxarır. 3-4 il öncə Qəbələdə bir toğlunun kababını yeyən əcnəbilərdən bir cöngənin pulunun alınması vaqiəsi hələ də unudulmayıb. İstənilən ölkədə iaşə soyğununa məruz qalan turistin bir daha həmin ölkəyə üzükməsi nadir haldır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:53
Tramp Əliyev və Paşinyanı Ağ Evdə qəbul edəcək – Vaşinqtonda sülh mesajı
Bu gün, 11:51
Ermənilər azərbaycanlı dizaynerin geyimini öz adlarına çıxıblar - FOTO
Bu gün, 11:44
Ərdoğan Kiyevə səfər edəcək
Bu gün, 11:41
İrandan Azərbaycana gətirilən “Lacoste” ayaqqabıları ilə bağlı qalmaqal - Məhkəmə qərar verdi
Bu gün, 11:36
İran “Müdafiə Şurası”nı niyə yaradıb? – ŞƏRH
Bu gün, 11:28
Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ... - Partiya sədrlərinin yay tətili
Bu gün, 11:24
Rusiya Ukrayna aeroportunu dronlar bazasına çevirir
Bu gün, 11:22
İrandan təxribatçı iddiaya təkzib: Azərbaycanı ittiham etməmişik - TƏFƏRRÜAT
Bu gün, 11:20
"Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb
Bu gün, 11:03
Səhiyyə Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 11:02
Saleh müəllimin BƏRDƏ YEYİNTİSİ... - İTTİHAM VAR...
Bu gün, 10:55
Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? - AKTUAL
Bu gün, 10:49
“Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” - Biləsuvarın gömrük rəisi camaatın ərzağını yığır
Bu gün, 10:47
Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, Agentlik “stop” qoydu
Bu gün, 10:40
Mərkəzi Bankın valyuta ehtiyatları 575 milyon dollar azalıb
Bu gün, 10:29
Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq - TƏFƏRRÜAT
Bu gün, 10:27
Bakının bəyanatı Zatulini qəzəbləndirdi - “Qəbul etməyəcəyik”
Bu gün, 10:20
Eyni adama məxsus iki şirkət bağlanır
Bu gün, 10:19
Prezident Əliyev Rusiyaya buna görə cavab verdi – Pol Qobldan mühüm açıqlama
Bu gün, 10:17
Reklamdan gələn pullar hara gedir? -Cahid Həsənovdan ilginc AÇIQLAMA
Bu gün, 10:14
Naxçıvan Ali Məclisinin nəşriyyatı yüksək məbləğdə borca düşüb
Bu gün, 10:11
Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi - SƏBƏB
Bu gün, 10:09
Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ - “Eptal Group” MMC ilə şübhəli müqavilə: 776 min manata...
Bu gün, 10:04
"Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" - ETİRAZ
Bu gün, 10:02
Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:00
İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti - BU NƏDİ BELƏ?
Bu gün, 09:54
Vahid Məhkəmə Portalında növbəti çətinlik - BU DƏFƏ ŞƏXSİ KABİNET BÖLÜMÜ İŞLƏMİR
Bu gün, 09:48
Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb - DETALLAR
Bu gün, 09:44
Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:41
Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq - TƏFƏRRÜAT
Bu gün, 09:36
Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj – Elə bir prosesə start verilir ki…
Bu gün, 09:30
Rusiya-NATO gərginliyi VƏ... - AKTUAL
Bu gün, 09:28
Rusiyadan Bakıya sıçrayan təhlükə – 100 ildən sonra təkrarlana bilər
Bu gün, 09:05
Biz harda nə qədərik?
Bu gün, 09:03
“Müasir Mühəndis Texnologiyaları” MMC-nin səhmdarları bir araya gələcək - TOPLANTI
Bu gün, 08:59
Naxçıvanda bu qurum üçün yeni bina tikiləcək
Bu gün, 08:52
"Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib" - NARAZILIQ VAR...
Bu gün, 08:49
`Bayıldım`dakı xidmətə ancaq BAYILMAQ OLAR - GİLEY
Bu gün, 08:35
Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:23
Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib - “Fox Business”
Bu gün, 08:16
Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 08:13
Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır - Tornton
Bu gün, 07:14
Növbəti hədəf Qod Nisanov ola bilərmi? - İLGİNC İDDİALAR
Bu gün, 07:12
Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 06:48
"İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" - Zərdüşt Əlizadə ŞƏRH EDİR
Bu gün, 06:40
Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... - İTTİHAM VAR...
Bu gün, 06:31
Buna müştəri ilə məzələnmək deyərlər - Başqa NƏ DEYƏK?
Bu gün, 06:25
ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
Bu gün, 06:17
Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb - Ukrayna MÜDAFİƏ OLUNUR...
Bu gün, 06:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru