“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                 

Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ... - Partiya sədrlərinin yay tətili
Tarix: 4-08-2025, 11:24 | Çap et

Yay mövsümü hər kəs üçün fasilə, istirahət imkanı yaradır. Siyasi partiya rəhbərləri də bu fürsətdən istifadə edərək tətil planları quranlar siyahısındadır. Onlardan kimi yerli bölgələrə üz tutur, kimi xaricə səyahət edir, kimisi isə istirahəti təxirə salaraq iş tempini davam etdirir.

Modern.az mövzu ilə bağlı siyasi partiya sədrləri arasında sorğu keçirib. Partiya rəhbərlərinnin yay aylarında tətilə yanaşması, seçdikləri məkanlar və şəxsi istirahət anlayışları ilə bağlı maraqlı mənzərə ortaya çıxıb.

Azad Vətən Partiyasının rəhbəri Akif Nağı: Torpaqlarımız işğal altında olanda istirahət haqqında düşünmürdük. Həm də yayda demək olar ki, indiyədək istirahət etməmişəm. Çünki rayonlarımızın da işğal tarixlərinin xeyli hissəsi yay aylarına düşürdü. Xüsusilə də iyul-avqust aylarında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlının işğal günləri ilə bağlı yürüşlər, anım tədbirləri keçirilirdi. İnsan bədəni təbii ki, müəyyən müddət dincəlməlidir, bütün dünyada da yayılan ənənə var ki, bu əsasən yay aylarında olur. Biz hələlik partiyada gündəlik işlərimizlə məşğuluq, yaxın günlərdə isə Şəki və Bərdəyə səfərimiz gözlənilir. Orada partiya üzvlərimizlə görüşlərimiz olacaq, böyük ehtimalla yaxın rayonlarda olan nümayəndələr də dəvət olunacaq. Partiyalar dövlətin aparıcı institutudur, bu baxımdan üzərimizə düşən vəzifələri icra etmək əsas prioritetdir. Artıq çox insan istirahət üçün Qarabağ bölgəsinə gedir, bizim də bir neçə dəfə, həm partiya xətti ilə, həm də Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə işğaldan azad olunan ərazilərə səfərlərimiz olub. Demək olar ki, Qubadlı və Kəlbəcər istisna Qarabağın hər yerinə olmuşuq. Şuşaya və Ağdama da fərdi səfərlərim olub. Ora bir neçə günlük getmək belə, ən yaxşı istirahətə bərabərdir.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: 5-6 gün Şabran İstirahət Mərkəzində, 1 gün də Ağdamda oldum. Bakıda dənizə gedirik, rayonları gəzirik, həm də işdəyik. Milli Məclisdən məzuniyyətdə olsaq da, mən partiya sədri kimi burada işimin başında oluram. Sentyabrın sonu partiya qurultayının keçirilməyi nəzərdə tutulur, ona hazırlaşırıq. Hər bir halda bütün insanların işləmək hüquqi olduğu kimi, istirahət hüququ da var və ondan istifadə etməlidir. Bəzən bizdə istirahətə gedənlərə qəribə baxırlar, amma sadə insanlarında tutmuş, partiya rəhbərlərinə, deputatlara, media işçilərinə qədər hamı istirahət etməlidir. Bu normal insan üçün lazım olan xüsusiyyətlərdən biridir.

Real Partiyasının sədri Natiq Cəfərli: Yay tətilində avqust ayının sonlarında ailəmlə bir neçə günlük Şuşaya getməyi planlaşdırıram. Hazırda bir az işlərimiz var deyə istirahətə çox zaman ayıra bilmirəm. Gürcüstanda baba evimiz də var, çox vaxt dincəlmək üçün ora da gedirik. Hazırda da müəyyən işlərlə əlaqədər Gürcüstandayam - artıq bir neçə gündür ki, buradayam.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: Bizim elə bir imkanımız yoxdur ki, başqaları kimi xarici ölkələrə gedib istirahət edək. Amma doğma Qarabağda imkan olsa 4-5 gün Laçında və digər rayonlarda havamızı dəyişmək istəyərik. Amma imkanımız yoxdur, son zamanlarda da müalicəmlə məşğulam. Başqalarının xaricdə hər şeyi var, onlar istirahət edə bilər, təəssüf ki, biz həyatımızda bunlara nail ola bilməmişik. İmkanım olmadığı üçün Azərbaycandan kənara çıxa bilməyəcəm.

Gələcək Azərbaycan Partiyasının rəhbəri Ağasif Şakiroğlu: Vətənimizin hər yeri şəxsən mənim üçün gözəldir, cənnətdir. İnsan harada hüzur tapırsa orada da istirahət edə bilər və edir də. Şəxsən mən ailəmlə bərabər Bakıdayam. İstirahət etməyə də zamanım yoxdur. Elə işimin başının üzərində dayanmaq mənim üçün ən gözəl istirahətdir.

Ağ Partiya sədri Tural Abbaslı: Xarici ölkələrin əksəriyyətində insanlar yayda da, qışda da tətilə çıxır. Bu həm insanların iş məhsuldarlığını artırır, həm də ailələrinə vaxt ayırmağa kömək edir. Amma Azərbaycanda istirahət anlayışı birbaşa madiyyata bağlı məsələdir. Hətta insanlar bir çox hallarda məzuniyyətə çıxmır ki, maaşından müxtəlif kəsintilər olacaq. O maaşla da nəinki istirahət, heç ailə saxlamaq olmur. Ona görə də, Azərbaycanda istirahət nisbi məsələdir. Kimin əlavə gəliri, pulu varsa hər fəsil ona istirahətdir. Mən isə hələ ki, partiyadayam və buradakı iş siyasi aktivlikdən çox aslıdır. Bizim standart qrafikimiz yoxdur, siyasət nə qədər varsa, partiyada da bir o qədər iş var. İstirahət üçün ayrıca vaxt ayırmamışam, amma özümün, yoldaşımın və ya dostlarımın rayonlarının birində 4-5 günlük qalmağı düşünürəm. Uzaq başı belə istirahə edəcəm. Yoxsa xüsusilə Türkiyəyə gedəcəm, Baliyə gedəcəm desəm yalan olar (gülür).

Ədalət Partiyasının sədri Mütəllim Rəhimov: Təəsüf ki, bu yay istirahət etmək üçün xüsusi vaxt ayıra bilməyəcəm. Həm rəsmi işlədiyim müəssisədə, eyni zamanda partiyada işlərin çoxluğu ucbatından istirahət etməyim mümkün olmayacaq. Xüsusilə, partiyada yeni sədr seçilməyim bir sıra vacib məsələlərin həllini tələb edir. Bunları isə yubatmaq olmaz. Ona görə də partiya işləri məzuniyyətə çıxmağıma imkan vermir. Amma bununla belə çox istərdim ki, övladlarımla birlikdə heç olmasa 1-2 günlük Qarabağa səfər edim. Azad edilmiş torpaqlarımızda qəhrəmanlarımızı yad etmək, həm də övladlarıma həmin yerləri göstərmək çox yaxşı olardı. İlk fürsətdə bunu dəyərləndirməyə çalışacam.

“Ana vətən” Partiyasının rəhbəri Fəzail Ağamalı: Mən bu yay istirahətimi Bakıda keçirdim. Bir neçə gündür ki, Oğuza gəlmişəm. Bura nisbətən sərin, gözəl yerdir. Turizm üçün olduqca əlverişli məkandır. Burada istirahətimi davam etdirmək istəyirəm. Düşünürəm ki, 15-20 gün burada qala biləcəm. Keçirdiyim istirahət yorğunluğumu aradan qaldıracaq, mənə əlavə enerji verə biləcək.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru