“Kontakt Home”dan şikayətlər tükənmir. Sözügedən şəbəkədən elektronik əşya alan növbəti müştəri peşman olub.
Tribunainfo.az xəbər verir ki, o özü bu barədə sosial şəbəkələrdə yazıb. Müştəri Həvva Mehdiyeva bildirib ki, aldıqları məhsul zədəli olub. Ancaq “Kontakt Home” müştərinin probleminə baxmır:
“Şikayətim “Kontakt Home”dandır. 14 iyun tarixində aldığımız kondisioner əzilmiş halda bizə çatdırıldı. Bunu da öz əməkdaşları aşkarlayıb. Dəfələrlə zəng etməyimizə baxmayaraq, məsələmizə baxılmır. Bu şikayəti hara bildirək ki, həllini tapsın?”.