“Dövlət Radiotezliklər İdarəsi” publik hüquqi şəxsin güllər və əklillərin alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, səbəb isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderin dəyəri 172 855 AZN-dir.