Bakıda qrup halında adam öldürənlər .....                     “Məni hədələyərək işdən çıxardılar” .....                     "İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər" .....                     "Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" .....                     Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? .....                     Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub .....                     Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi .....                     “Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB .....                     Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək .....                     “İrşad” gömrük qaydalarını pozur .....                     Ukraynada Trampa və ABŞ-yə etimad azalır .....                     Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı .....                     İran müharibə planı hazırlayıb: .....                     "Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq .....                     Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı .....                     Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi .....                     Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi .....                     Röya Baləlinin mahnısını oxudu .....                     Qazinin pulunu kim kəsib? .....                     Bu ərazilər Azərbaycana qaytarılır: .....                     Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi .....                     SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır .....                     “Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...” .....                     “Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... .....                     Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” .....                     Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb .....                     Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi .....                     Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini .....                     FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı .....                     Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu .....                     Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub .....                     Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... .....                     İranın bitməyən Zəngəzur xofu .....                     Amerikada siyasi böhranın başlanğıcı: .....                     Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib .....                     Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir .....                     Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib .....                     İrəvanda "dövlət naziri" peyda oldu: .....                 

Prezidentin "mübahisəli" köməkçisi - Bahəddin Həzi yazır...
Tarix: Dünən, 06:41 | Çap et

Çox qəribədir: Prezidentə öz köməkçisi mane olur.

Həyatda da, siyasətdə də çox olur belə hallar. Amerikada avtomobil sənayesinin qurucusu Henri Ford oğluna aylıq maaş kəsmişdi və demişdi: “Əgər mənə kömək etmək istəyirsənsə, sadəcə, mane olma”.

Ford öz oğlunu öz zavoduna buraxmırdı. Gəlsə, nəsə bir problem yaradacağını bilirdi axı.

Elə siyasətdə də belə faktlar çoxdur. Tarixi keçmiş də, çağdaş dövr də oxşar misallarla doludur.

Baxırsan, bir ölkənin rəhbəri təhsili qaldırmağı birinə həvalə edir, həmin nazir gəlib, təhsili batırır. Yaxud başqa birinə səhiyyə etibar edilir, bu nazir də səhiyyəni şikəst günə qoyur. Yaxud başqa biri mədəniyyəti xilas etmək məqsədilə nazir təyin edilir, axırda mədəniyyəti onun özündən xilas etmək lazım gəlir...

Məşhur kardinal Taleyranı bilirsiniz: Napileon Bonapart güllə, mərmi yağışının altında ordusunun önündə atın üstündə döyüşə gedirdi, həyatını riskə atıb, torpaq tuturdu, xarici işlər naziri Taleyran isə danışıqlarda o torpaqları satıb, şəxsi büdcəsini artırırdı.

Bir az əvvəl "mədəniyyət" və "nazir" kəlmələrini işlətdik. Vladimir Medinski də mədəniyyət naziri olub. Belə görünür ki, Rusiya mədəniyyti - rus mədəniyyəti bu nazirdən xilas olduğuna şükr etməlidir. Hərçəndə Medinski Rusiyanın dövlət sistemindən ifraz olunmayıb, əksinə adama daha məsul bir iş tapşırılıb: prezidentin köməkçisi vəzifəsi. Ancaq bu köməkçi öz vəzifəsini prezidentə mane olmaq kimi anlayır. Əgər köməkçi Azərbaycanla Rusiyanın münasibətlərini zədələyəcək bir addım atırsa, yaxud bir yanlışbəyanat verirsə, bu, problem həll etmək deyil, əlavə problem yaratmaqdır.

Bilirsiniz, siyasət də bir mədəniyyətdir. Siyasi mədəniyyət elə-belə yox yerdən əmələ gəlməyib. Hətta çox tez-tez "siyasi səhnə" ifadəsini işlədirik. Deməli, mədəniyyətin siyasəti olduğu kimi, siyasətin də mədəniyyəti var. Adam siyasətin içindədir, siyasətdə axsayır. Mədəniyyət naziri olub, amma mədəniyyəti yox! Bir sözlə, məşhur rus məsəlindəki kimi: buz üstünə çıxmış inək.

Həmin bu köməkçinin- Vladimir Medinskinin diplomatiyası da göz qabaöındadır. Adaşı - Prezident Putin ona Ukrayna ilə danışmağı tapşırıb, amma, Medinski Ukrayna ilə danışmaq əvəzinə Ukrayna haqqında... Azərbaycan əleyhinə danışıb.

Bir az da aydın olsun deyə, Vladimir Medinskinin “Russia Today” kanalına müsahibəsindən sitat gətirək. Medinski Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını şərh edərkən, ağlına gələni belə danışıb: “Əgər münaqişəni cəbhə xəttində dayandırıb, əsl sülh olmadan, sadəcə atəşkəs bağlansa, – bilirsinizmi, Ermənistanla Azərbaycan arasında mübahisəli Qarabağ bölgəsi var idi, – bu region böyük bir Qarabağa çevriləcək”.

Yəni Rusiya ilə Ukrayna atəşkəs sazişi imzalasa, Donbas da Qarabağ kimi olacaq.

Medinskinin Qarabağı Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazi" adlandırması Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq cəhdindən başqa bir şey deyil. Bilərəkdən olub, ya bikməyərəkdən, bu, artıq situativ olaraq heç nəyi dəyişmir. Azərbaycan artıq bu zərbəni qarşılayıb və Xarici İşlər Nazirliyi Rusiyalı məmura öz yerini göstərib.

Doğrudur, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycanlı həmkarı Ayxan Hacızadənin haqlı narazılığına cavabında Medinskinin sözlərinin guya kontekstdən çıxarıldığını deyib. Ancaq görünən dağa bələdçi gərək deyil. Belə yerdə deyirlər: "Üzürü günahından betər". Konteksti nə olursa-olsun, Qarabağın "mübahisəli ərazi" adlandırılması Rusiyanı atıb Avropanın ətəyindən tutan Ermənustana reverans, Kremlin özünə isə "ayı xidməti" olmaqdan özgə heç nə deyil. Medinskini Ukrayna ilə məsələni həll etməyə - qaş düzəltməyə göndəriblər, vurub göz də çıxarmaq istəyib (Qarabağı süni şəkildə "mübahisələndirməklə".

Bir az əvvəl Medinskinin "siyasi mədəniyyət" sarıdan korluq çəkdiyini demişdik. Adamda siyasi mədəniyyət olsa, Ukraynaya təcavüz etmiş bir zehniyyətin köməkçisi olmaq istəməzdi. Vəzifədən vaxtında imtina edərdi, ya da istefa verərdi. Axı Medinski özü də əslən Ukraynalıdır. Milliyyətcə olmasa belə, onu Ukraynaya çox şeylər bağlayıb. Zamanında. İndi Rusiya pezidenti Putinin adından öz doğma vətəninə - Ukraynaya qarşı vuruşur bu adam. Bu da onu mənəvi cəhətdən (təbii ki, neqativ anlamda) xarakterizə edir. Adam da öz Ana Vətəninə təcavüz edər?! Yaxud bu təcavüzü dəstəkləyər?!

Medinskinin Qarabağı "mübahisəli ərazi" adlandırması özünün "mübahisəli" köməkçi olduğunu göstrir. Məlum bəyanatdan sonra məndə sual yarandı: "Görəsən, Vladimir Medinski prezidentin köməkçisi olaraq yerindədirmi?! Cavab sadədir: belə bir məsələyə bu dərəcədə diletant yanaşıbsa, məsələ aydındır. Adam guya Rusiya ilə Ukraynanı barışdıracaqmış, əvəzində Azərbaycanla Rusiyanı dalaşdıracaq qədər yersiz danışıb. Bundan sonra Medinskini yerində olan kadr saymaq olarmı?! Məncə, yox.

P.S. Əgər Medinski "mübahisəli ərazi" axtarırsa, öz ölkəsinin xəritəsinə - Sibirə, Uzaq Şərqə, Urala, Şimali Qafqaza baxsın. XXI əsrdə özü başqasının torpaqlarını işğal edən - ərazi mübahisələri yaradan dövlət öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasında "mübahisəli ərazi" tapa bilməz. Çünki bu siyasi coğrafiyada nə mübahisə var, nə də mübahisəli ərazi. Medinski kimi diletant diplomatlar gərəkdir getsinlər, o yanda oynasınlar. Avropanın mərkəzində törətdikləri bu boyda qardaş qırğını, bu boyda qanlı "mübahisə", deyəsən, dərs olmayıb.

Bahəddin Həzi, bizimyol.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 16:14
“Məni hədələyərək işdən çıxardılar” - Qadın cərrah
Bu gün, 16:09
"İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər"
Bu gün, 16:05
"Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" - Əlikram Bayramov
Bu gün, 16:00
Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? – Özü AÇIQLADI
Bu gün, 15:37
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub
Bu gün, 15:34
Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi - QƏRAR
Bu gün, 15:32
“Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB – “Günü falçılarda keçir”
Bu gün, 13:06
Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək - QSC-nin nazirə məxsus olduğu bildirilir
Bu gün, 13:04
“İrşad” gömrük qaydalarını pozur
Bu gün, 13:02
Ukraynada Trampa və ABŞ-yə etimad azalır
Bu gün, 12:59
Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı
Bu gün, 12:53
İran müharibə planı hazırlayıb: - KİMİ VURACAQ?
Bu gün, 12:52
"Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq - TENDERLƏR
Bu gün, 12:49
Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 12:39
Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi - MƏQALƏ
Bu gün, 12:34
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Bu gün, 12:31
Röya Baləlinin mahnısını oxudu - VİDEO
Bu gün, 12:28
Qazinin pulunu kim kəsib? - ETİRAZ
Bu gün, 12:25
Bu ərazilər Azərbaycana qaytarılır: - Ermənilər XƏRİTƏ yaydılar
Bu gün, 12:22
Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15
Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia
Bu gün, 12:12
SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
Bu gün, 12:07
“Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...”
Bu gün, 12:03
“Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... - BU NƏDİ BELƏ...
Bu gün, 11:55
Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” - İLGİNC
Bu gün, 11:43
Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb - Paşinyan
Bu gün, 11:41
Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi - TƏFƏRRÜAT
Bu gün, 11:37
Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini İŞDƏN QOVDU
Bu gün, 11:35
FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı - 827 MİNLİK TENDER LƏĞVƏ GETDİ
Bu gün, 11:31
Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu - belə deyirlər...
Bu gün, 11:28
Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
Bu gün, 11:25
Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... - ŞOK FAKTLAR
Bu gün, 11:21
İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
Bu gün, 11:14
Amerikada siyasi böhranın başlanğıcı: - texnoloji oliqarxiya hərəkətə keçib
Bu gün, 11:08
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
Bu gün, 11:04
Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir - HƏM DƏ BY YOLLA...
Bu gün, 11:03
Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib
Bu gün, 10:58
İrəvanda "dövlət naziri" peyda oldu: - Ermənistan saxtakarlığı davam etdirir
Bu gün, 10:56
Əmək müqaviləsi ləğv olunan neftçilər... - Ekspert danışır...
Bu gün, 10:47
Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb
Bu gün, 10:42
Bəziləri bu məsələdə azərbaycanlı izi görməyə çalışır - Paşinyan
Bu gün, 10:38
Kremldən Bakıya açıq təhdid: Rusiya nədən qorxur? - NƏ BAŞ VERİR?
Bu gün, 10:36
“Yaxşı arvad olun ki, əriniz gəzməsin” - Ofeliya Şabanova
Bu gün, 10:29
Azərbaycana qarşı köhnə iftira: Bakıdan tutarlı cavab - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:12
Kişi arvadının adına kredit və borca götürdüyü pulu ödəmədi, sonra onu döydü - TƏFƏRRÜAT
Bu gün, 10:09
Süni intellektin Bibliyanın müəllifi ilə bağlı təhlilinə Katolik Kilsəsindən REAKSİYA
Bu gün, 10:07
Kəmaləddin Heydərovun nəzarətində olan idarə 827 minlik avtomobil almaq istədi, baş tutmadı
Bu gün, 10:01
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru