Bu sözləri Rusiyanın Vaşinqtondakı yeni səfiri Aleksandr Darçiyev "RİA Novosti" xəbər agentliyinə müsahibəsində dilə gətirib. Diplomatik missiyasına artıq mart ayında başlamış səfir dünən etimadnaməsini Donald Trampa çatdırıb.
"Etimadnamənin təqdimat mərasimi, əlbəttə, uzun söhbətlər üçün nəzərdə tutulmayıb, ancaq xoşbəxtlikdən, ABŞ lideri, özünün gərgin iş qrafikinə baxmayaraq, Rusiya Günü (12 iyun - red.) münasibətilə mənimlə şəxsən görüşdü", - Darçiyev vurğulayıb.
Səfirin sözlərinə görə, onlar görüş əsnasında Rusiya-ABŞ münasibətlərinin bərpasının vacibliyini qarşılıqlı surətdə təsdiqləyiblər. Darçiev ABŞ Prezidentinə bildirib ki, o, bu iş üzərində şəxsən işləməyə hazırdır.
AzVision.az
"ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüş qısa, amma konstruktiv əhvalda baş tutdu".