Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən əməliyyatxana üçün tibbi sərf materialları sifariş verib.
İqtisadiyyat.az xəbər verir ki, tibbi sərf materiallarının satın alınması ilə “Azəri Med” şirkəti ilə razılaşma əldə olunub.
Hospital ilə şirkət arasında bağlanılmış müqaviləyə əsasən, alqı-satqının dəyəri 1 milyon 384 min manat təşkil edib.
Əməliyyatxana üçün sifariş edilən tibbi sərf materiallarının siyahısı ilə buradan tanış olmaq mümkündür.