Burada baş həkim QOÇULUQ EDİR .....                     İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək .....                     "Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" .....                     Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik .....                     Putin İsrailin İrana hücumunu şərh edib .....                     İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər .....                     Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir .....                     Xalq artistindən rep deyən Alim Qasımova .....                     Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? .....                     Azərbaycan İrandan təxliyələrə .....                     Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? .....                     Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub .....                     Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, .....                     Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək .....                     Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                     İsrailli ekspertdən qalmaqallı açıqlama .....                     İsrail elə hazırlaşıb ki... .....                     Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır .....                     Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu .....                     Bir manata görə "parkovşik"lər dalaşdı: .....                     Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi .....                     Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. .....                     Ermənistanın “balans oyunu”: .....                     “Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… .....                     Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi .....                     Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı .....                     İsrail hücumunda onların ailə üzvləri də öldürülüb .....                     “FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi .....                     Azı 78 Tehran sakini həlak olub, 329 nəfər yaralanıb .....                     Öldürülənın yerinə TƏYİNAT VARSA... .....                     Netanyahu gün ərzində Trampla telefon danışığı aparmağı planlaşdırır .....                     SEPAH-ın bu generalları da öldürüldü .....                     Expressbankın İdarə Heyətinə yeni təyinat olub .....                     Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 16 manat 80 qəpik artıb .....                     İsrail dünyadakı bütün səfirliklərini bağlayır .....                     İsrailin gözlədiyi NƏ İDİ... .....                     Tramp bunu özünün uğuru kimi qələmə verəcək .....                     Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilidi .....                     “İş adamı” maskasının arxasında: Müqayis Verdiyev kimdir? .....                 

Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın - HƏQİQƏTƏN DƏ...
Tarix: Dünən, 12:34 | Çap et

Avropa Şurasının baş katibi Alen Bersenin Ermənistana səfəri siyasi hadisə yox, bivec mətnli əyalət tamaşası təəssüratı yaratdı. “Demokratik islahatlara dəstək”, “sülhməramlı icmaların davamlılığına töhfə”, "Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına çağırış" kimi bəyanatlar artıq çoxdan mənasını itirmiş, inandırıcılıqdan məhrum olmuş nimdaş, klişe diplomatik ifadələrə çevrilib.

Bu, real diplomatiya yox, dekorasiyalara inamını itirmiş aktyorların rol aldığı yorucu siyasi səhnədir.

Əslində belə səfərlər Avropanın bölgəyə marağının göstəricisi deyil, onun institusional acizliyinin rəsmi təsdiqidir. İdeoloji ziddiyyətlər və daxili siyasi dağınıqlıq içində boğulan Ermənistan, Qərb strukturları ilə əlaqələri yalnız maliyyə mənbəyi və xarici siyasi sipər kimi dəyərləndirir. Əvəzində rəsmi Brüssel regionda getdikcə zəifləyən təsir imkanları fonunda sadəcə vasitəçi imitasiyası və özünün geosiyasi aktuallığını qorumağa yönəlmiş illüziya əldə edir.

Avropa Şurası Ermənistanın islahatlarını alqışlasa da, əslində ölkədə dövlət institutlarının dağılması prosesi gedir. Baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsinə (EAK) və müxalifətə qarşı daxili mübarizə ilə məşğuldur. O, nə aydın gündəm təqdim edə bilir, nə də Azərbaycanla nizamlama istiqamətində hansısa öhdəlik götürmək niyyətindədir. İrəvan tez-tez “sülhə hazırlıq” bəyanatları səsləndirsə də, real kompromisə doğru heç bir addım atmır.

Əsas maneə Ermənistanın Konstitusiyasıdır - burada hələ də Azərbaycana qarşı ərazi iddiaları qorunub saxlanılır. Paşinyan populizm və praqmatizm arasında manevr edərək, bəzən dəyişikliklərin zəruriliyini etiraf edir, bəzənsə daxili qüvvələrin təzyiqi ilə geri çəkilir. Bu hüquqi ziddiyyət sülh danışıqlarını mənasız və real nəticədən uzaq edir.

Əgər doğrudan da Avropa Şurası Cənubi Qafqazda sabitlik istəyirsə, niyə İrəvanla dialoq gündəmində Ermənistanın Konstitusiyasındakı sülhə mane olan müddəaların dəyişdirilməsi məsələsi yer almır?

Niyə heç bir dəfə Ermənistanın silahlanması və yeni hərbi texnika alması, yəni danışıqlar ruhuna zidd hərəkətləri barədə sərt mövqe bildirməyib?

Cavab aydındır: Avropaya tez həll olunmuş münaqişə lazım deyil. Onun üçün idarə olunan və davam edən bir qarşıdurma gərəkdir - bu, ona arbitrlik rolu oynamağa imkan verir. Qarışıq və qeyri-sabit “status-kvo” şəraitində Brüssel bölgədə minimal xərclə - nə siyasi, nə maliyyə baxımından - iştirakını qoruyub saxlayır.

Nikol Paşinyan isə “islahatçı dövlət” obrazını Qərbə sataraq resurs qazanmağa çalışır. 2023–2026-cı illər üzrə Avropa Şurasının Ermənistan üçün hazırladığı və 19 milyon avro dəyərində olan Fəaliyyət Planı demokratiyaya investisiya deyil - sadəcə sədaqətə görə verilən güzəşt və imtiyazdır. Bu məbləğ uğrunda İrəvan istənilən ritorikanı səsləndirməyə hazırdır - əsas odur ki, görünüşdə “dayanıqlı inkişaf” təsiri yaransın.

Ermənistan artıq uzun müddətdir ki, “islahatlar” pərdəsi altında dövlətçiliyin imitasiyasına, hüquqi arxaikliyin qorunmasına və institutların sistemli aşınmasına meydan verən bir platformaya çevrilib. Paşinyan və onun xarici himayədarları üçün əlverişli olan bu modeldə forma məzmuna, bəyanatlar real addımlara, səfərlər isə yalnız imic təmirinə xidmət edir.

Formal islahat ritorikasına baxmayaraq, Ermənistanda faktiki olaraq avtoritar hakimiyyət konsolidasiyası gedir. 2018-ci ildən bəri Paşinyan idarəçiliyin bütün əsas alətlərini öz əlində cəmləşdirib və əvəzində hakimiyyət bölgüsünü təmin edən institutları məqsədli şəkildə zəiflədir.

Demokratiya və Seçki Yardımı üzrə Beynəlxalq İnstitutun (IDEA) məlumatına görə, Ermənistan 2022-ci ildən bəri yenidən “demokratiya eroziyası yaşayan ölkələr” kateqoriyasına daxil edilib. Səbəblər arasında məhkəmə sisteminə təzyiqlər, parlamentə icra hakimiyyətinin təsir imkanlarının artması və müxalifətə qarşı repressiv praktikalardır.

2023-cü ildə hökumət “Ermənistan” və “Tsarukyan” bloklarının nümayəndələri daxil olmaqla bir sıra müxalif liderlərə qarşı təqib kampaniyasına başlayıb. 2024-cü ilin yanvarında isə Konstitusiyanın dəyişdirilməsi və Azərbaycanla sərhədin müəyyənləşdirilməsinə etiraz edən 25-dən çox dinc fəal saxlanılıb və dindirməyə cəlb edilib. "Human Rights Watch" və "Amnesty International" Ermənistan hakimiyyətinin sərbəst toplaşmaq azadlığını sistematik şəkildə pozduğunu və müstəqil məhkəmə sisteminin əslində olmadığını bəyan ediblər.

Nikol Paşinyan faktiki olaraq icra, qanunverici və geniş mənada məhkəmə hakimiyyətini öz nəzarəti altına alıb. 2020-ci ildə keçirilən təmizləmələrdən sonra Konstitusiya Məhkəməsi tam şəkildə iqtidarın nəzarətinə keçib. "Freedom House" təşkilatı 2024-cü il hesabatında qeyd edir ki, Ermənistan demokratiya sahəsində davamlı irəliləyiş göstərmir və “hakimiyyət institutlarının alətə çevrilməsi daha da sistematik xarakter alır”.

Bu reallıqda Avropa Şurası baş katibinin İrəvana səfəri sülhün, sabitliyin və demokratik dəyərlərin təşviqi yox, sadəcə siyasi səhnənin dekorasiyasıdır. Həqiqi sülhə deyil, simulyasiya olunmuş proseslərə xidmət edən, dəyərsizləşmiş və təkrarlanan Avropa mizan-səhnəsi.

Paşinyanın pafoslu bəyanatlarında tez-tez vurğulanan “qəbul edən icmaların davamlılığı” və “insan hüquqları təşəbbüsləri” reallıqda Ermənistanın nə məcburi köçkünlərin inteqrasiyasına dair milli proqramı, nə də uyğun infrastrukturunun olduğunu ört-basdır edə bilmir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) 2023-cü il hesabatına əsasən, İrəvan 2020-ci ildən sonra humanitar missiya ilə bağlı səsləndirdiyi iddialara baxmayaraq, nə qaçqınların qəbulu, nə də onların sosial adaptasiyası üzrə konkret plan təqdim edib.

Üstəlik, son üç il ərzində Ermənistan hakimiyyəti nə daxili məcburi köçkünlər, nə də qaçqınlar üçün sosial dəstək sisteminin yaradılmasına məqsədyönlü büdcə ayırmayıb.

Əslində isə hətta ən sadə humanitar təşəbbüslər belə yalnız beynəlxalq maliyyə və xarici təşkilatların nəzarəti ilə həyata keçirilir. Buna nümunə kimi Avropa İttifaqının maliyyələşdirdiyi və insan hüquqlarının pozulması hallarını monitorinq edən QHT-lərə 2,5 milyon avro ayırdığı “EU4HumanRights” layihəsini göstərmək olar.

Fəqət proqramın 2024-cü ilin dekabrında dərc olunmuş illik hesabatında qeyd olunur ki, Ermənistanın dövlət orqanları təqdim olunmuş məlumatlardan istifadə etmir və pozuntu hesabatlarına reaksiya vermir.

Avropa Şurası tərəfindən maliyyələşdirilən və 2023–2026-cı illəri əhatə edən “Ermənistan üçün Fəaliyyət Planı” ümumilikdə 19 milyon avro büdcəyə malik olsa da, real islahat alətinə çevrilə bilməyib.

Avropa Şurasının 2025-ci ilin aprelində yayımladığı daxili icmalına əsasən, bu plan çərçivəsində nəzərdə tutulan 36 tədbirdən cəmi 9-u qismən həyata keçirilib və onlardan da əksəriyyəti milli nazirliklərin adekvat iştirakı olmadan baş tutub. Qalan təşəbbüslər isə ya sabotaj olunur, ya da yalnız hesabat konfransları və heç bir institusional davamlılığı olmayan nəşrlərlə məhdudlaşır.

Bu şəkildə həyata keçirilən demokratiya imitasiyası Ermənistanla Azərbaycan arasındakı danışıqlara da birbaşa təsir göstərir.

Paşinyan davamlı olaraq “sülhə hazırlıq” ritorikasından istifadə edir, lakin bunu konkret addımlarla müşayiət etmir. 2021-ci ildən bu yana İrəvan sülh müqaviləsini imzalamağa hazır olduğunu beş dəfə bəyan etsə də, hər dəfə ya “formulyarların kifayət qədər işlənməməsi”, ya da hökumətin özünün təşviq etdiyi daxili etirazlar bəhanəsi ilə bu prosesə əngəl yaradılıb.

Sülhün qarşısındakı əsas maneə isə 2025-ci ilin mayına olan vəziyyətə görə hələ də dəyişdirilməmiş Ermənistan konstitusiyasıdır.

Məzkur sənəddə “erməni xalqının birliyi” və “tarixi ədalətin bərpası” kimi ifadələr saxlanılır ki, bunlar da Azərbaycana qarşı ərazi iddiaları kimi şərh olunur. Avropa İttifaqı, ATƏT və hətta bəzi ABŞ rəsmiləri bu maddələrin dəyişdirilməsinə çağırsa da, Ermənistan rəhbərliyi bu tövsiyələri ardıcıl olaraq qulaqardına vurur.

Hətta 2025-ci ilin martında Nikol Paşinyan bəyan etdi ki, “Konstitusiyanın dəyişdirilməsi suverenlik məsələsidir”, bununla da beynəlxalq tərəfdaşların konstruktivliyə dair çağırışlarını tamamilə heçə endirdi.

Bütün bunlara baxmayaraq, Avropa hələ də Ermənistanı guya “islahatçı tərəfdaş” kimi dəstəkləməkdə davam edir. 2025-ci ilin mayında Alen Bersenin səfəri də bu tendensiyanın bariz sübutudur.

Nə sülh prosesindəki ləngimələrə dair konkret mövqe, nə konstitusion ziddiyyətlərə istinad, nə də müxalifətə qarşı təqiblərin dayandırılması ilə bağlı bir tələb səsləndirildi. Avropa Şurasının baş katibi yalnız “sülh səylərinə dəstək” və “demokratik inkişafın əhəmiyyəti” kimi ümumi formullarla kifayətləndi.

Bu fonda isə Ermənistana paralel şəkildə silah tədarükü açıq-aşkar absurda çevrilir. 2025-ci ilin yalnız ilk rübündə Ermənistan Fransiyadan (155 milyon avro dəyərində) və Hindistandan (ikinci “Akash” zenit-raket komplekti) iki yeni hərbi texnika müqaviləsi imzalayıb. Silah tədarükü ilə “sülh bəyanatları” yanaşı gedir və bu, Avropa strukturlarında heç bir reaksiya doğurmur. Bu davranış yalnız ikili standartlarla deyil, həm də Aİ-nin regionda konkret strateji xəttə malik olmaması ilə izah olunur.

Avropa İttifaqı Cənubi Qafqazda təsir imkanlarını qorumağa çalışsa da, nə real siyasi kapitala, nə də effektiv təsir mexanizmlərinə sahibdir. Ermənistanın dəstəklənməsi - bu ölkənin Rusiya və Türkiyənin təsirinə qarşı “dayaq nöqtəsi”nə çevrilməsi üçün edilən cəhdin bir hissəsidir. Bu isə bəzən Avropanın öz prinsiplərindən imtina etməsi bahasına başa gəlir. Gerçəkləşməyən islahatları dəstəkləmək və təkzibolunmaz faktları görməzdən gəlmək - Avropanın İrəvana münasibətində əsas siyasətə çevrilib.

Avropa bu gün başqalarının qurduğu səhnədə sadəcə tamaşaçıya çevrilib. Ermənistan isə - imitasiya, ambisiya və qorxu içində bərqərar olmuş bir siyasi mozaikadır.

İmitasiya - çünki islahatlar yalnız kağız üzərində mövcuddur.

Ambisiya - çünki Paşinyan hələ də hakimiyyətini xarici legitimliklə qorumağa ümid edir.

Qorxu - çünki Azərbaycanla real normallaşma sadəcə bəyanatlar deyil, ağrılı institusional dəyişikliklər və tarixi ərazi miflərindən imtina tələb edir.

Brüssel hadisələrə göz yumduğu, İrəvan isə diplomatiyanı formal bəyanatlarla əvəz etdiyi müddətcə sülh prosesi dondurulmuş vəziyyətdə qalacaq. Avropa vasitəçi deyil, getdikcə siyasi mistifikasiyanın iştirakçısına çevrilir və burada real məqam - bütün Cənubi Qafqazın təhlükəsizliyidir.

Azərbaycan üçün artıq getdikcə daha aydın görünür ki, İrəvan nə real sülh sazişinə doğru hərəkət edə bilir, nə də belə bir niyyət nümayiş etdirir.

Formal bəyanatlar, təkrarlanan səfərlər, konkret addımların olmaması - bütün bunlar Bakının narazılığını artırır və danışıqlara olan inamı dağıdır.

Əgər Avropa bu yersiz güzəşt və loyal siyasətindən imtina etməzsə, regionda malik olduğu azsaylı təsir alətlərini də birdəfəlik itirəcək.

Ermənistan getdikcə siyasi şounun səhnəsinə çevrilir, burada isə Avropa institutları yalnız ikinci dərəcəli rollar oynayır və prosesin məzmununa təsir edə bilmir. Paşinyan populizm və geosiyasi ritorika arasında balans saxlamağa çalışdığı, Avropa isə hər şeyin plan üzrə getdiyinə özünü inandırdığı bir vaxtda, region artan qeyri-sabitliklə üz-üzə qalır.

Bu məzmunsuz “sülh pyesi”ndə Avropa Şurasının rolu - səhnədə baş verənləri izləyən, lakin nəticəyə təsir göstərmək gücündə olmayan tamaşaçı roludur.

Elçin Alıoğlu - Trend










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burada baş həkim QOÇULUQ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:43
İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək - CNN
Bu gün, 06:34
"Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" - partiya sədri
Bu gün, 06:32
Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik - Paşinyan indi də BELƏ DEYİR
Bu gün, 06:27
Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"
Bu gün, 06:24
İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər - ƏGƏR...
Bu gün, 06:18
Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir - Fitch
Bu gün, 06:12
Xalq artistindən rep deyən Alim Qasımova - “Yersiz hərəkət...”
Dünən, 23:41
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? - AÇIQLAMA
Dünən, 23:34
Azərbaycan İrandan təxliyələrə KÖMƏK EDİR
Dünən, 18:06
Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? - AKTUAL
Dünən, 18:00
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub - “New York Times”
Dünən, 17:57
Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, layihə işləri 1.2 milyon manata başa gələcək
Dünən, 17:54
Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək
Dünən, 17:49
Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Dünən, 17:47
İsrailli ekspertdən qalmaqallı açıqlama - “Xameneyi siyahımızda birincidir”
Dünən, 17:45
İsrail elə hazırlaşıb ki... - İranın o qədər gücü var... ya yox?..
Dünən, 17:40
Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:29
Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu - Qaz, işıq işlətməyənlər də pul ödəyəcək
Dünən, 17:25
Bir manata görə "parkovşik"lər dalaşdı: - Birinin çənəsi sındı
Dünən, 17:24
Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:20
Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. - BU NƏDİ BELƏ?
Dünən, 17:19
Ermənistanın “balans oyunu”: - Moskvanın kölgəsində qərbə baxış
Dünən, 17:11
“Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… - FOTO
Dünən, 17:04
Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi - KİV
Dünən, 17:01
Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı mesajı
Dünən, 16:56
İsrail hücumunda onların ailə üzvləri də öldürülüb - SİYAHI
Dünən, 16:55
“FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 16:52
Azı 78 Tehran sakini həlak olub, 329 nəfər yaralanıb
Dünən, 16:49
Öldürülənın yerinə TƏYİNAT VARSA... - GƏLİŞMƏ
Dünən, 16:43
Netanyahu gün ərzində Trampla telefon danışığı aparmağı planlaşdırır
Dünən, 16:40
SEPAH-ın bu generalları da öldürüldü – İranın rəsmi kanalları onları “şəhid” elan etdi
Dünən, 16:25
Expressbankın İdarə Heyətinə yeni təyinat olub - ƏMR
Dünən, 15:34
Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir
Dünən, 15:32
Azərbaycanda orta aylıq əməkhaqqı 16 manat 80 qəpik artıb – Rəsmi
Dünən, 15:29
İsrail dünyadakı bütün səfirliklərini bağlayır
Dünən, 15:28
İsrailin gözlədiyi NƏ İDİ... - NƏ OLDU?..
Dünən, 15:24
Tramp bunu özünün uğuru kimi qələmə verəcək - ÇÜNKİ...
Dünən, 15:22
Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilidi
Dünən, 15:18
“İş adamı” maskasının arxasında: Müqayis Verdiyev kimdir? - İLGİNC
Dünən, 15:14
Unibank rəhbərliyində yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:09
AZAL 3 şəhərə uçuşları ləğv edib
Dünən, 14:59
Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik - Paşinyan
Dünən, 14:57
İran Prezidenti xalqa müraciət edib - “Tasnim”
Dünən, 14:55
İsrail-İran arasındakı müharibədə HAKERLƏRİN ROLU
Dünən, 14:52
Qriqoryan İrana hücumu Ermənistan üçün problem adlandırdı
Dünən, 14:44
İsrail niyə İrana aviazərbələr endirib? - Əməliyyatın səbəbləri və hədəfləri
Dünən, 14:39
"Laminar" MMC nizamnamə kapitalını kəskin şəkildə azaldıb
Dünən, 13:02
Bir tərəfdə Azərbaycana təbrik, digər tərəfdə narazı ermənilər
Dünən, 13:00
İsrail-İran münaqişəsi alovlanıb, bölgənin digər ölkələrinə də keçsə... - ŞƏRH
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru