İsrailin müdafiə hazırlığı İranın cavab hücumunun genişmiqyaslı ola biləcəyi gözləntisini yaradır.
Hərçənd, İran rəhbərliyi dilemma qarşısında qalıb:
- İsrailə böyük hücum müharibəni genişləndirə və İrana qarşı beynəlxalq müdaxiləni aktuallaşdıra bilər;
- İmitasiya xarakterli hücumla kifayətlənib, danışıqlar masasına gələrsə, ağır şərtləri qəbul etməli olacaq və bu, rejimin İran cəmiyyətinə cavab verməsini çətinləşdirəcək: Əsədin devrilməsindən sonra Suriyadan çıxdıqları zaman eyni suallarla üzləşdilər;
- Müəyyən cavab tədbirlərindən sonra diplomatik masada danışıqları imitasiya etməsi və nüvə silahı əldə etmək üçün zaman qazanması da çətin görünür, xüsusilə son hücumdan sonra.
Bu baxımdan, İran rəhbərliyinin vəziyyətdən necə çıxacağı sual altındadır. Və İsrailin İranın düşdüyü vəziyyətdən maksimum istifadə etməyə çalışacağı aydın görünür.
Asif Nərimanlı - "DİA-AZ"